* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (pak əksi). Murdar su. – [Pişik itə:] Bil nə səbəbdən belə murdarsan; İstəməzsən xeyr apara hiç kəs. S.Ə.Şirvani. □ Murdar etmək (eləmək) – 1) müsəlman dini etiqadınca pak sayılan şeyi murdar sayılan şeyə toxundurub, sürtüb və ya vurub onu da napak etmək. Əlini itə vurub murdar eləmək. – [Arvad:] A kişi, a kişi, başuva daş, içəri girmə, üst-başın murdardır, aləmi murdar elərsən. H.Sarabski; 2) məc. dan. öldürmək, gəbərtmək. İnəyi murdar etmək. Murdar olmaq – 1) müsəlman dini etiqadınca murdar sayılan şeyə toxunub, dəyib natəmiz, napak olmaq; 2) məc. dan. ölmək, gəbərmək (heyvan haqqında). Toyuq murdar oldu. – [Mirzə İsmayıl:] Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murdar olar? Ə.Haqverdiyev; // eyni mənada adam haqqında həqarətlə deyilir. Əsəd o saat murdar oldu. “Qaçaq Nəbi”. Göstərmə təbibə o cigərguşəni, zinhar; Qoyma ola murdar. M.Ə.Sabir. [Əzim dayı:] Tüfəngin qundağı ilə nə qədər vurdumsa tərpənmədi, bu da murdar olmuşdu. A.Şaiq. 2. Ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən. Murdar təbiətli adam. Murdar iş. – [Qurban:] Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Ə.Haqverdiyev. [Maral:] Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam namus, iffət məsələsi! H.Cavid. // İs. mənasında. Mən dünyada çox bihəya adamlar görmüşəm, amma bunun kimi murdarına hələ rast gəlməmişəm. N.Vəzirov. 3. məc. Zəhlətökən, xoşagəlməyən, pis. Bayırda murdar hava var. – [Firidun bəy:] Ah, bu murdar səsləri susduracaq birinci top atəşi, başlamazmısan? H.Nəzərli. [Rza:] Həmzə adını eşidən kimi mənim xəyalımda ağır, anlaşılmaz, murdar bir aləm açıldı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / murdar2 f. 1) pak olmayan; 2) pis, alçaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / murdar1 iyrənc — rəzil — alçaq — əclaf — xəbis — çirkin — mənfur
Azərbaycan dilinin sinonimlər lüğəti / murdar3 1. MURDAR [Hacı Murad:] Murdar oğlunu görmək istəmirəm (S.S.Axundov); ÇİRKİN Mirzə Mahmud: Çirkli, üfunətli, çirkin və əxlaqı pozğun bir qıza alçaq nəfsim yetdi... (Çəmənzəminli); NAPAK Səfər: Nə etməli allah versin bəlasın; Napak qulun haq dinlər iddiasın (A.Səhhət); NATƏMİZ. 2. murdar bax pis 3. murdar bax rəzil
Azərbaycan dilinin sinonimlər lüğəti / murdar1 MURDAR – TƏMİZ Murdar əskiyə od düşməz (Ata. sözü); Kərim dayı Rəfiqə xanım kimi səliqəli, təmiz və nəcib bir xanıma ikiqat bükülüb əzilmiş jurnal vermək istəmirdi (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / murdar2 I прил. 1. нечистый; греховный, осквернённый; не разрешаемый религиозным обычаем. Murdar su нечистая вода, murdar sayılmaq считаться осквернённым, греховным 2. скверный: 1) вызывающий отвращение; мерзкий, гадкий. Murdar hərəkət скверный поступок, murdar xasiyyət скверный характер, murdar adam гадкий человек 2) неприятный, отвратительный. Murdar hava скверная погода, murdar küçələr скверные улицы II сущ. гад (об отвратительном, мерзком человеке). Belə murdara rast gəlməmişəm я никогда не встречал такого гада; murdar etmək (eləmək): 1. nəyi осквернять, осквернить (по религиозным представлениям, сделать нечистым, греховным), əllərini murdar etmək осквернять руки, yeməyi murdar eləmək осквернять пищу 2. перен. простореч. укокошить, укокать кого-л. (убить); murdar olmaq: 1. оскверняться, оскверниться; 2. оскверняться, быть осквернённым; 3. околевать, околеть, издыхать, издохнуть
Azərbaycanca-rusca lüğət / murdar1 s. 1. nasty, unclean, foul, dirty; wicked, bad; sloven(ly) d.d.; ~ olmaq 1) to be* / to become* / to get* dirty; 2. məc. (heyvan) to die
Azərbaycanca-ingiliscə lüğət / murdar1 sif. sale, impur, -e ; abominable, exécrable ; dégoutant, -e ; hideu//x, -se ; vilain, -e ; ~ adam homme m odieux ; ~hərəkət action f vile
Azərbaycanca-fransızca lüğət / murdar1 [fars.] прил. мурдар (1. дин. михьи тушир, пак тушир (“пак” акси); murdar su мурдар яд; // murdar etmək (eləmək) мурдар авун а) дин. пак (михьи) яз гьисабзавай са затӀ мурдар тир са затӀунихъ галукьарна гьамни напак авун, мурдарун; б) пер. рах. гиликьарун, кьин, мурдарун; murdar olmaq мурдар хьун а) дин. мурдар хьун, напак хьун; б) пер. рах. гиликьун, кьин; qoyun murdar oldu хеб мурдар хьана (гиликьна); 2. пис, усал, алчах, рикӀиз такӀан, икрагь ийидай, хуш текъведай (мес. кӀвалах, хесет); 3. пер. пис, зегьле фидай, усал, мес. гьава).
Azərbaycanca-ləzgicə lüğəti / murdar(Borçalı, Qazax) canavar. – Murdar qoyunu apardı (Qazax) Murdar üşüyən ay (Zərdab) – mart ayı
Azərbaycan dilinin dialektoloji lüğəti.