kirdar sözü azərbaycan dilində

kirdar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kirdar • 70.8333%
  • KİRDAR • 16.6667%
  • Kirdar • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

kirdar sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. İş, əməl, hərəkət. Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. M.P.Vaqif. Xandostu! Amandı, qoyma gəldi; Kirdarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. □ Kirdardan düşmək – artıq heç bir işə yaramamaq, yararsız hala gəlmək. [Səfər kişi:] Demək, mən lazım ola bilərəm, … mən hələ kirdardan düşməmişəm. Mir Cəlal. 2. Səbir, hövsələ. Kirdarım yoxdur. – Anada o kirdar hanı, telefona gələ, nömrə tapa, belə odlu-odlu danışa. Mir Cəlal. □ Kirdarı gəlməmək – hövsələsi çatmamaq, səbri gəlməmək, həvəsi olmamaq. [Mehriban] bir istədi ki, Şərifənin gördüyü işi onun əlindən alıb görsün. Nədənsə buna da kirdarı gəlmədi. S.Hüseyn. Kirdarını kəsmək – hövsələdən çıxartmaq. Lakin Şahpəri ilə baş verən hadisə [Şahmarın] kirdarını kəsmişdi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / kirdar

kirdar sözünün sinonimləri (yaxın mənalı sözlər)

kirdar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. устар. дело, деяние 2. разг. терпение. Kirdarı yoxdur kimin нет терпения у кого, kirdarını kəsmək выводить, вывести из терпения

    Azərbaycanca-rusca lüğət / kirdar

kirdar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. кӀвалах, кар, амал, гьерекат; // kirdardan düşmək са кардизни виже тахтун, садазни виже техкъвер гьалдиз атун; 2. сабур; kirdarı gəlməmək сабур агакь тавун, гьевес тахьун, гъил тефин; kirdarını kəsmək кьарай атӀун, сабурдай акъудун, сабур акьалтӀарун.

    Azərbaycanca-ləzgicə lüğəti / kirdar

kirdar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, Ordubad) səbir, hövsələ. – Mənim kirdarım gəlmir (Bakı); – Sizin kirdarı͂:z yoxdi (Ordubad)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kirdar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kirdar nədir? #kirdar sözünün mənası #kirdar nə deməkdir? #kirdar sözünün izahı #kirdar sözünün yazılışı #kirdar necə yazılır? #kirdar sözünün düzgün yazılışı #kirdar leksik mənası #kirdar sözünün sinonimi #kirdar sözünün yaxın mənalı sözlər #kirdar sözünün əks mənası #kirdar sözünün etimologiyası #kirdar sözünün orfoqrafiyası #kirdar rusca #kirdar inglisça #kirdar fransızca #kirdar sözünün istifadəsi #sözlük