cindar sözü azərbaycan dilində

cindar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cindar • 70.6897%
  • Cindar • 27.5862%
  • CİNDAR • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cindar Hüseyn Əfəndi
Cindar Qarabaşzadə Hüseyn Əfəndi (Safranbolu, Karabük ili – 1648) — Osmanlı sultanı I İbrahimi təsiri altına alaraq dövlət işlərinə təsir edən padşah lələsi və Anadolu başqazısıdır. Safranboluda dünyaya gəlmişdir. Babası bölgənin tanınmış müəzzinlərindən olan Şeyx Qarabaş İbrahim Əfəndi, atası isə Şeyx Mehmed Çələbidir. İlk təhsilini atasından alan Hüseyn Əfəndi atasından dini təhsillə yanaşı, sehr və cadugərlik dərsləri də almışdır. Ardından İstanbula gələrək təhsilini Süleymaniyyə mədrəsəsində davam etdi. Bu əsnada ətrafında "nəfəsli güclü" olaraq məşhurlaşdı və etdikləri duaların qəbul olduğu şayələri yayıldı. Bir müddət dolanışığını bu yolla təmin edən Hüseyn Əfəndinin sehr-cadu işlərilə məşğul olması onun müəllimləri və digər müdərrislərin narazılığına səbəb oldu, hətta bu səbəbdən mədrəsədən məzun ola bilmədi. Ancaq bu məsələdəki şöhrəti saraya qədər yayılmış və beləliklə həyatı dəyişmişdir. O illərdə psixoloji narahatlıqları olan I İbrahimin müalicəsi üçün dönəmin validə sultanı Kösəm Sultan tərəfindən saraya dəvət edilən Hüseyn Əfəndi təsirli dualarıyla daha da məşhurlaşdı. Padşahın böyük rəğbətini qazanan və bu əsnada şərəfinə Mahmud Paşa məscidi yaxınlığında bir saray inşa etdirilən Hüseyn Əfəndi dövrün şeyxülislamı Zəkəriyazadə Yəhya Əfəndinin etirazlarına baxmayaraq I İbrahimin əmriylə əvvəlcə Sahn-ı Səman mədrəsələrində (iyun 1642), daha sonra isə Süleymaniyyə mədrəsəsində müdərris təyin olundu.

cindar sözünün leksik mənası və izahı

  • 1 is. [ər. cin və fars. …dar] köhn. Cinləri guya özünə tabe etməklə onların zərərini aradan qaldıra bilən adam. Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad; Təyin elə cindarı ki, etsin ona imdad. Ta dəyməyə həmzad. M.Ə.Sabir. Sevər səhərdən axşamadək tanış evləri dolanıb, harada bir yaxşı cindar, yaxşı falçı, yaxşı dua yazan, yaxşı nəfəs sahibi dərviş tapsa idi, onun qapısına gedərək, qızı üçün əlac axtarardı. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / cindar
  • 2 ə. və f. cinləri özünə tabe edib onların şərini aradan qaldıra bilən adam, cinqovan; ekzorsist.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / cindar

cindar sözünün sinonimləri (yaxın mənalı sözlər)

cindar sözünün rus dilinə tərcüməsi

cindar sözünün inglis dilinə tərcüməsi

cindar sözünün fransız dilinə tərcüməsi

cindar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. cin və fars. ...dar] сущ. куьгьн. жиндар (гуя жинерар вичиз табий авуналди абурун зарар арадай акъуд жедай кас; жинерар хкуддайди).

    Azərbaycanca-ləzgicə lüğəti / cindar

"cindar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cindar nədir? #cindar sözünün mənası #cindar nə deməkdir? #cindar sözünün izahı #cindar sözünün yazılışı #cindar necə yazılır? #cindar sözünün düzgün yazılışı #cindar leksik mənası #cindar sözünün sinonimi #cindar sözünün yaxın mənalı sözlər #cindar sözünün əks mənası #cindar sözünün etimologiyası #cindar sözünün orfoqrafiyası #cindar rusca #cindar inglisça #cindar fransızca #cindar sözünün istifadəsi #sözlük