əndər sözü azərbaycan dilində

əndər

Yazılış

  • əndər • 52.1739%
  • Əndər • 43.4783%
  • ƏNDƏR • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əndərab
Əndərab (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. Əndərab (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Əndərab (Sərab)
Əndərab (fars. اندراب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,704 nəfər yaşayır (369 ailə).
Əndərab (Ərdəbil)
Əndərab (fars. اندراب‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 337 nəfər yaşayır (77 ailə).
Əndəriyan qızıl mədəni
Əndəriyan qızıl mədəni — Şərqi Azərbaycan ostanının ən böyük qızıl mədənidir.Əndəriyan kəndinin yanında və Vərziqan ətrafında yerləşir.Bu mədən 250 ton qızıl ehtiva edir.
Əndərun
Əndərun (Osmanlıca: اندرون) — Osmanlı imperiyasında sarayda bürokratik və hərbi sahədə ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur. Osmanlı dövlətində XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən önəmli rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və regional bürokratiya üçün lazimi insan resurlarını formalaşdırırdı. Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır. Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və dəvşirilən uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara "acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı.
Əndərunlu Fazil
Əndərunlu Fazil (türk. Enderûnlu Fâzıl) - XVIII əsrdə yaşamış osmanlı divan şairlərindən biri. Əndərun məktəbində təhsil aldığı üçün özünə Əndərunlu təxəllüsünü götürmüşdür. Osmanlı İmperiyasında qadağan edilərək əsərləri toplanan ilk şair olaraq tarixə keçmişdir. Əndərunlu Fazilin Zənənənnamə (qadınlar kitabı) əxlaqsız məzmun səbəbi ilə oxunması qadağan edilmişdir. Əndərunlu Fazil homoseksual olduğunu açıq şəkildə etiraf edən və bununla fəxr edən ilk şərq şairi hesab edilir. Qadınlarla qurduğu münasibətlərdən heç bir zövq almadığını təkrarlamış və yazdığı şeirlərdə əsasən cinsəllik mövzularında olan məsələlərdən yazmağa üstünlük vermişdir. Müxtəlif təbəqədən olan gənc oğlanlarla yaşadığı münasibətləri və hisslərini açıq şəkildə qələmə alan Əndərunlu Fazilin bu misraları onu çox məhşurlaşdırmışdır: Şair bu ifadələrlə şair olduğunu və cinsəllik baxımından fahişə olaraq adlandırdığı qadınların oğlanlarla onun arasına girə bilməyəcəklərinə işarə etmişdir. Əndərunlu Fazilin günümüzə qədər gəlib çatmış beş əsəri mövcuddur: Defter-i Aşk / دفتر عشق - şair, başına gəlmiş hadisəni nəql etməkdədir. Əsər Fazilin saraya qəbul edilməsi, gənc saray nümayəndələrinə qarşı sevgi hissi keçirməsini və vəziyyətin müəyyənləşməsindən sonra saraydan qovulmasına qədər davam edən dövrü özündə ehtifa edir.

əndər sözünün leksik mənası və izahı

"əndər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əndər nədir? #əndər sözünün mənası #əndər nə deməkdir? #əndər sözünün izahı #əndər sözünün yazılışı #əndər necə yazılır? #əndər sözünün düzgün yazılışı #əndər leksik mənası #əndər sözünün sinonimi #əndər sözünün yaxın mənalı sözlər #əndər sözünün əks mənası #əndər sözünün etimologiyası #əndər sözünün orfoqrafiyası #əndər rusca #əndər inglisça #əndər fransızca #əndər sözünün istifadəsi #sözlük