Əkbər sözü azərbaycan dilində

Əkbər

Yazılış

  • Əkbər • 97.0969%
  • əkbər • 2.3669%
  • ƏKBƏR • 0.4808%
  • ƏKbər • 0.0555%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elgiz Əkbər
Elgiz Əkbər (22 yanvar 1974, Yaroslavl vilayəti) — aparıcı. == Haqqında == Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan, hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır. Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub.
Məhəmməd Əkbər
Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun əsas arvadı, Səfəvi sülaləsinin nümayəndəsi Dilras Banu Bəyimin övladı olan moğol şahzadəsi. Əkbər atasına qarşı üsyan başlatmış, uğursuzluğa düçar olduqdan sonra da Dəkkənə qaçmışdır. Bundan sonra Səfəvi imperiyasına sürgün edilmiş və orada da ölmüşdür. O, 1719-cu ildə bir neçə aylıq moğol imperiyasına hökmdanlıq etmiş Nikusiyarın atasıdır. Məhəməd Əkbər 11 sentyabr 1657-ci ildə Övrəngabadda şahzadə Sultan Övrəngzib (Aləmgir)lə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində dünyaya gəlmişdir. Onun anası dövrün ən görkəmli hökmdar ailələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Bədiüzzaman Mirzə Səfəvi moğol imperiyasında Qucarat valisi kimi çalışmış və sarayda çox güclü nüfuza sahib olmuşdu. Anası Dilras Banu Bəyim Əkbəri dünyaya gətirən zaman infeksiyaya yoluxmuş və buna görə də Əkbər bir neçə aylıq ikən vəfat etmişdir. Övrəngzibin ən sevimli arvadı olan Dilrasın ölümündən sonra Əkbər atası və böyük bacısı Zeb-un Nisə Bəyim tərəfindən xüsusi qayğı və diqqətlə böyüdülmüşdür. O, atasının ən sevimli övladı olmuşdur.
Məmməd Əkbər
Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub. Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə) — şair 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirmişdir. Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Ramiz Əkbər
Ramiz Fəzail oğlu Əkbərov (Ramiz Əkbər) —yazıçı-dramaturq, həkim-cərrah, Respublikanın əməkdar həkimi, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tibb xidməti polkovniki. Ramiz Fəzail oğlu Əkbərov 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Yardımlı rayon M. F. Axundov adına orta məktəbdə əla qiymətlərlə oxuyub. 1973-cü ildə yüksək qiymətlərlə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1979-cu ildə oranı Lenin adlı təqaüdlə bitirib. 1979–1980-ci illərdə M. Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə ordinatura və internatura kursu keçib. Əmək fəaliyyətinə tələbəllik illərində akademik M. Cavadzadənin klinikasında orta tibbi personal – tibb qardaşı kimi başlamışdır. 1980–1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983–1985-ci illərdə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir.
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Əkbər Hüseynli — Vətən müharibəsi şəhidi. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Məsimov — Vətən müharibəsi şəhidi. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Hüseynov — Vətən müharibəsi şəhidi. Əkbər Tağıyev — Vətən müharibəsi şəhidi. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Mustafayev — Dövlət Sərhəd Xidmətinin Əkbər Quliyev — Vətən müharibəsi şəhidi.
Əkbər Xanmətov Əkbər oğlu
Əkbər Xanmətov (tam adı: Əkbər Əkbər oğlu Xanmətov; 25 oktyabr 1938, Sudur, Qusar rayonu – 26 dekabr 2020, Bakı) — kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi. Əkbər Əkbər oğlu Xanmətov 25 oktyabr 1938-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Maksim Qorki adına kənd orta məktəbini bitirmişdir. 1958–1961-ci illərdə Sovet Ordu sıralarında xidmət etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və orada 1965-ci ilə kimi təhsil almışdır. 1965-ci ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş və 1968-ci ildə həmin universiteti kimyaçı ixtisası üzrə bitirmişdir. O, 1969–1972-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almış və 1972–1976-cı illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1977–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuda böyük elmi işçi vəzifəsində, 1996–2001-ci illərdə elmi tədqiqat "Olefinlər" institutunda və 2002 – 2012-ci illərdə AMEA – nın Neft-Kimya Prosesləri İnstitutuda aparıcı elmi işçi, 2014-cü ildən Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışır. 2012-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Kiçik Elmi Şurasının üzvüdür. Əkbər Xanmətov 26 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.
Allahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Sülhəddin Əkbər
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir. 1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur. 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.
Tahir Əkbər
Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı – 2 mart 2018, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). Tahir Əkbər müxtəlif janrlarda, xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Onun "Simfonik rənglər" və ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janr hesab olunur. Bəstəkar onlarla mahnının, o cümlədən, "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır" və "Xəzəllərin rəqsi" mahnılarının müəllifidir. Tahir İsmayıl oğlu Əkbərov 1946-cı il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1960–1965-ci illərdə Dzerjinski adına Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965–1969-cu illərdə isə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil alıb. Ailəsi ilə Daşkəndə köçən Tahir Əkbər buradakı məclislərin birində bəstəkar-pedaqoq, professor Boris İsaakoviç Zeydmanla görüşüb. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Tahir Əkbər bəstəkarın diqqətini cəlb edir və Boris Zeydman gənc bəstəkarın əsərləri ilə tanış olduqdan sonra Tahir İsmayılova onun sinfində oxumağı təklif edir. Beləliklə, Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Boris Zeydmanın sinfinə daxil olur. O konservatoriyanı 1975-ci ildə bəstəkar-musiqişünas kimi bitirib.
Əkbər Axundov
Əkbər Axundov (Əkbər Cavad oğlu Axundov) — Naxçıvan şəhər Partiya Komitəsinin katibi, Vəli Axundovun əmisi oğlu. Saray kəndində olan Müsavat Partiyasının katibi, (1920), Azərbaycan KBP Bakı Komitəsində təlimatçı vəzifəsində çalış­mış, sonra isə Naxçıvan şəhər Partiya Komitəsinin katibi olmuş­dur 3 iyun 1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir.
Əkbər Ağayev
Əkbər Ağayev (hərbçi) (1919—1944) — Buhenvald həbs düşərgəsində yaradılan antifaşist təşkilatın rəhbərlərindən biri. Əkbər Ağayev (kimyaçı) (d. 1954) — kimya elmləri doktoru. Əkbər Ağayev (tənqidçi) (1915—1989) — Tənqidçi, Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.
Əkbər Babayev
Əkbər Babayev (1924, Gəncə – 12 sentyabr 1979, Moskva) — Nazim Hikmət irsinin araşdırmaçısı və türkoloq alim. Əkbər Ağarza oğlu Babayev 1924-cü ilin iyul ayının 10-da Gəncənin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Əkbər Ağarza oğlu Babayev ağır xəstəlikdən sonra 1979-cü il sentyabrın 12-də Moskva şəhərində vəfat etmişdir. Atası Ağarza Babayev məktəbdə müəllim kimi çalışmışdır. Atası Ağarza Axund Molla Ələkbər oğlu 1947-ci ildə Stalin hökumətinin qəzəbinə tuş gələrək “pantürkist” olmaqda ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Bakıda “6-cı kalon” deyilən cəzaçəkmə məntəqəsində çəkib. Ağarza Babayev yalnız 1953-cü ildə Stalinin vəfatından sonra bəraət ala bilib. Ailədə 4 uşaq olmuşdurlar. Əkbər Babayev 5 yaşında oxuyub-yaza bilmişdir. Təhsilə marağının olmasında evlərində tez-tez qonaq olan Əhməd Cavadın, Səməd Vurğunun xüsusi rolu olmuşdur.
Əkbər Bayramov
Əkbər Bayramov (tam adı: Bayramov Əkbər Salman oğlu; 30 dekabr 1930, Ağdam – 8 iyul 2017) — Azərbaycan alimi, psixologiya elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, professor. 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945–1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949–1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954–1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957–1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958–1960). 1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III–IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik və 1969-cu ildə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960–1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. 1965–1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965–1983) orada işləmişdir. 1970–1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir. 1960–2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Əkbər Behkəlam
Əkbər Behkəlam (alm. Akbar Behkalam‎; 1944[…], Təbriz) — Almaniya azərbaycanlılarından olan rəssam və heykəltaraş. 1944-cü ildə Təbrizdə dünyaya gəlib. 1961-ci ildən 1964-cü ilə qədər Təbriz incəsənət məktəbində təhsil alıb. Sonra İstanbula köçüb və Memar Sinan Gözəl Sənətlər Universitetində təhsilin davam etdirib. 1976-cı ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.
Əkbər Fərzəliyev
Əkbər Fərzəlidin oğlu Fərzəliyev (1 oktyabr 1932, Qusar, Hil rayonu – 15 may 1999) — Azərbaycan kino aktyoru, hüquqşünas. Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə. Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib.
Əkbər Hüseynli
Əkbər Hüseynov
Əkbər Muradov
Əkbər Muradov (d. 30 iyun 1968, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan paraolimpiyalı idmançısı. İdman fəaliyyətinə 2004-cü ildə Bakıda başlamışdır. O, kişilərin 10 metr məsafəyə güllə atıcılığında dünya sıralamasında 5-ci olmuşdur. Əkbər Muradov 2007 və 2013 Avropa Çempionatının bürünc mükafatçısı və Dünya Kubokunun qalibidir. Azərbaycanı 2012 Yay Paralimpiya Oyunlarında təmsil etmişdir. Əkbər Muradov Dağlıq Qarabağ müharibəsi zamanı ağır xəsarət alaraq əlil olmuşdur.
Əkbər Mustafayev
Əkbər Natiq oğlu Mustafayev (2 iyul 2000; Bərdə rayonu, Azərbaycan — 10 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əkbər Mustafayev 2000-ci il iyulun 2-də Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kəndində anadan olub. Subay idi. Əkbər Mustafayev 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əkbər Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əkbər Mustafayev oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkbər Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkbər Mustafayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əkbər Məftun
Əkbər Məftun (ilk adı:Əkbər Qurban oğlu Əkbərov; 15 aprel 1912 – 14 sentyabr 1990) — şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943), filologiya elmləri namizədi (1968), dosent (1975), Naxçıvan Əməkdar müəllimi, müharibə və əmək veteranı (1981). Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir. Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir. O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur. Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir. 1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir.
Əkbər Məhəmmədov
Əllahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Əkbər Novruzov
Əkbər Novruz oğlu Novruzov (1924, Giləzi, Bakı qəzası – fevral 1975) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi (1971–1975), Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1975), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. Əkbər Novruz oğlu Novruzov Bakı qəzasının Giləzi stansiyasında kəndli ailəsində anadan olmuşdur. 1942-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi zamanı Qafqaz, Belqrad, Budapeşt və Vyana uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Əkbər Novruzov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1952-ci buranı bitirərək Xəzər Gəmiçilik İdarəsinin siyasi şöbəsində təlimatçı, sonra isə idarənin partiya təşkilatının katibi olmuşdur. 1958-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin Təbliğat və təşviqat şöbəsinin təlimatçısı, 1961–1969-cu illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri olmuşdur. 1969–1971-ci illərdə Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1971-ci ildən həyatının sonunadək Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. Əkbər Novruzov 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. "Qırmızı ulduz" və "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də medallarla təltif edilmişdir. Əkbər Novruzov 1975-ci ilin fevral ayında həlak olmuşdur.
Əkbər İbrahimov
Əkbər Mirzə oğlu İbrahimov Onkoginekoloq cərrah, PhD, uzman doktor, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında pedaqoq, Avropa Onkoloji Ginekologiya Cəmiyyətinin (ESGO) həqiqi üzvü == Həyatı və fəaliyyəti == Əkbər Mirzə oğlu İbrahimov 15 may 1987-ci ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuşdur. 2005-ci ildə Hacalmuradlı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika Fakultəsinə ödənişsiz əsaslarla daxil olmuşdur. (http://mekteb.edu.az/az/75/75017a0000_3a.htm) 2009-cu ildə tibb tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 86-cı illiyinə həsr olunmuş bilik olimpiadasında Birinci Yer qazanaraq fəxri diplom və mükafata layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmişdir. 2012-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən TUS (Tıpta Uzmanlıq Sınavı) imtahanı vasitəsi ilə ilk seçimi olan Türkiyə Cümhuriyyətində Hacettepe Universitetinin Ginekologiya və Onkoginekologiya kafedrasında uzmanlıq təhsilinə başlamışdır. 2012-2017-ci illər ərzində ginekoloji və onkoginekoloji əməliyyatlarının endoskopik (laparoskopik) üsulla icrasını tamamilə mənimsəmiş və icra etmişdir. Təhsilini 01.04.2015 və 01.04.2017 tarixləri arasında Hacettepe Universitetinin Ginekoloji Onkoloji Cərrahiyyə şöbəsində davam etdirmişdir. == Elmi fəaliyyəti == 2017-ci ilin May ayında Türkiyə Cümhuriyyətində Hacettepe Universitetində uşaqlıq cismi xərçənginin metastazlarına həsr edilmiş elmi işini (Isolated Paraaortic Lymph Node Metastasia Frequency In Surgical Staged Endometrioid Type Endometrium Carcinoma) təqdim edərək onkoginekoloq ünvanını qazanmışdır. (Dissertation of specializing in oncological gynecology-Diss.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. == Həyatı == İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. === Şəxsi həyatı === Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Gülşən Əkbərova
Gülşən Əkbərova (5 mart 1953, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti (2006), ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti. == Həyatı == Əkbərova Gülşən Məmməd qızı 1953-cü il martın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası əslən Ordubadlı yazıçı-jurnalist Məmməd Əkbər 50 il Azərbaycan mətbuatında şərəflə, vicdanla xidmət edib. Gülşən Əkbərova 1960-cı ildə Bakıdakı Qırmızı Əmək Bayrağı ordenli 190 nörmrəli orta məktəbə qəbul edilib. Həmin ildə paralel olaraq Bakıdakı 1 nömrəli musiqi məktəbinin fortepiano sinfinə də daxil olur və 1968-ci ildə orta musiqi təhsilini müvəffəqiyyətlə başa vurur.1970-ci ildə 190 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Uşaqlıqdan əhatəsində böyüdüyü ədəbi mühit, söz-sənət ab-havası onu atasının yolunu davam etdirməyə təhrik etdi. Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi ilk qələm təcrübəsini o zaman televiziyada hazırlanan "İlham", "Sabahın ustaları", "Dostluq", "Efirdə gənclik" verilişlərində sınamağa başlayır. 1971–1975-ci illərdə müəllifi və aparıcısı olduğu "Yaşıdlarım", "Romans axşamı", Azərbaycan televiziyasının ilk canlı şou proqramı "Tələbə klubu" az vaxtda ona populyarlıq gətirdi. 1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova, Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsinin tələbnaməsinə əsasən təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür.
Hafiz Əkbərov
Hafiz Əkbərov — rejissor və rejissor assistenti. == Həyatı == Hafiz Əkbərov 1 noyabr 1941-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirib. 1962-ci ildə İncəsənət İnstitutuna daxil olub, 1968-ci ildə həmin Ali məktəbi bitirib. İnstitutda oxuyarkən Badamdar qəsəbəsindəki Mədəniyyət Evində bədii rəhbər vəzifəsində işləyib. 1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb. 1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib. 1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb. 1989-1991 illərdə AzərbaycanFilm kinostudiyasının nəzdində "Azərbaycan" kooperativi yaradıb və bu illər ərzində bir neçə reklam və sənədli filmlər çəkib. == Filmoqrafiya == Cırtdanın yeni sərgüzəşti (film, 1973) Çaqqal oğlu çaqqal (film, 1972) Cücələrim (film, 1975) Daş (film, 1977) Dınqıl, sazım, dınqıl (film, 1976) Günlərin bir günündə...
Həsən Əkbərov
II Əkbər Şah
II Əkbər Şah (22 aprel 1760, Mukundpur[d] – 28 sentyabr 1837, Qırmızı Qala) — Böyük Moğol İmperiyasının XIX padşahı.
Kərəm Əkbərov
Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.
Mikayıl Əkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi.
Mübariz Əkbərov
Mübariz Əkbərov — Azərbaycan Respublikasının Əməkdar Rəssamı. Əkbərov Mübariz Səməd oğlu 1955-ci il aprel ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri Rəssamlıq Məktəbini, 1975-ci ildə isə Gəncə şəhər pedaqoji texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Mübariz Əkbərov 30 ildən çoxdur ki filiqran işləmələri ilə məşğuldur və o, Danimarka, İngiltərə, Almaniya, Fransa, Türkiyə və Rusiyada təşkil olunmuş bir sıra beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, yaratmış olduğu əsərlər bir sıra müzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ailəlidir, 2 övladı, 2 nəvəsi var. 1995-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2003-cü ildə Bakı şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 2004-cü ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2005-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2006-cı ildə Gəncə şəhərinin 2500 illiyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuşdur 2007-cü ildə Şəki şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 13-21 fevral 2010-cu il tarixində Londonda Viktoriya Və Albert müzeyində keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində 22 əl işindən ibarət sərgisi təşkil olunmuşdur 2011-ci ildə Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi təşkil olunmuşdur 2-12 iyun 2016-cı il tarixində Bakı şəhəri, Azərbaycan Xalça Müzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq Dili-Naxışlar simpoziumu çərçivəsində Metalda Həkk Edilmiş Gözəllik adlı fərdi sərgisi təşkil olunmuşdur 28 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.
Məhəmmədabad-i Əli Əkbərxan (Bicar)
Məhəmmədabad-i Əli Əkbərxan (fars. محمد آباد علي اكبر خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Mətləb Əkbərov
Nazim Əkbərov
Əkbərov Nazim Fərrux oğlu — ssenarist. Nazim Əkbərov 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Xarici Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsini ingilis və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdir. 1972–1979-cu illərdə Babək rayonunun Təzəkənd, Qoşadizə, Nehrəm, Yarımca, Sovetabad kənd məktəblərində müəllim, Babək rayon qiyabi orta məktəbində, sonra Babək rayon xalq təhsili şöbəsində metodist vəzifələrində işləmişdir. 1979–1991-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti aparatında əvvəlcə məsləhətçi, sonra işlər müdiri, daha sonra təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1991-ci ilin iyun ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan MR təhsil naziri vəzifəsində işləyib. Bu vəzifədə bir sıra yeni tipli məktəblər – Naxçıvan şəhərində "Xanım qızlar pansionu" adlı qız məktəbi, Hərbi-İdman Təmayüllü Lisey, Naxçıvan Türk Liseyi, Ordubad Türk Qız Liseyi, Şərur Türk Liseyi, İlahiyyat təmayüllü "Hilal" liseyi, Babək rayonunda biologiya-kənd təsərrüfatı təmayüllü təsərrüfat hesablı liseylər açıb. 1994-cü ildən Çağ Öyrətim İşlətmələri şirkətində baş pedaqoji müşavir vəzifəsində, təhsil sahəsində həyata keçirilən kurikulum islahatında mənəviyyat üzrə milli məsləhətçi kimi də fəaliyyət göstərir. Mənəviyyata, əxlaq məsələlərinə dair 8 kitabda onun hekayələri, esseləri, məqalələri, irpərdəli pyesləri toplanmışdır. Mənəviyyat, əxlaq və davranış qaydalarına dair beş dərs vəsaitinin müəllifidir.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Nizami Əkbərov
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi. Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960-cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki "Pioner" qəzetində çıxan "Gənc riyaziyyatçılar klubu"nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən "Azərbaycan gəncləri" qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb.
Orxan Əkbərov
Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qalib Əkbərov
Qəzənfər Əkbərov
Əkbərov Qəzənfər Qulam oğlu (4 aprel 1917, Cəhri – 3 avqust 1944, Mazovets voyevodluğu) — Sovet İttifaqı Qəhrəmanı. 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Rahil Əkbərov
Rasim Əkbərov
Rasim Ağa oğlu Əkbərov (1957, Qasım İsmayılov) — Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri, keçmiş siyasi məhbus, sabiq Azərbaycanın Milli Qəhrəmanı (1992–2001). Rasim Əkbərov 1957-ci ildə anadan olmuşdur. 1990-cı ildə könüllü əsgər kimi döyüşə yollanıb və 157 saylı briqadanın komandiri vəzifəsinə qədər yüksəlib. Rasim Əkbərov 1993–2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı olan "Ağa dayı" kimi tanınan Ağa Tahir oğlu Əkbərovun oğludur. Ağa Əkbərov Bakı Dövlət Universitetinin professoru olmuş Səfiyar Musayevin qudası idi. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Rasim Əkbərova Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 1994-cü il tarixli 83 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Ağa oğlu Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adından və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilmişdir. Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

əkbər sözünün leksik mənası və izahı

"əkbər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əkbər nədir? #əkbər sözünün mənası #əkbər nə deməkdir? #əkbər sözünün izahı #əkbər sözünün yazılışı #əkbər necə yazılır? #əkbər sözünün düzgün yazılışı #əkbər leksik mənası #əkbər sözünün sinonimi #əkbər sözünün yaxın mənalı sözlər #əkbər sözünün əks mənası #əkbər sözünün etimologiyası #əkbər sözünün orfoqrafiyası #əkbər rusca #əkbər inglisça #əkbər fransızca #əkbər sözünün istifadəsi #sözlük