* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Qəm, qüssə, dərd, ruhi iztirab. [Maral:] Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş… H.Cavid. Neçəsində fərəhim var; Neçəsində kədərim var. B.Vahabzadə. Səmədin ürəyini sonsuz bir kədər və ümidsizlik doldurdu. İ.Hüseynov. // Kədərlə şəklində zərf – qəmli, qüssəli, dərdli. Kədərlə başını aşağı dikmək. Kədərlə cavab vermək. – Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / kədər1 Ərəb mənşəlidir, “qəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kədər1 KƏDƏR – SEVİNC Həm sevinc, həm kədər tutdu məclisi; İlk dəfə şair tək xəyala vardım (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / kədər2 сущ. 1. скорбь, глубокая печаль. Kədərini unutmaq забыть свою скорбь, kədərinə şərik olmaq разделять чью-л. скорбь, el kədəri народная скорбь, dərin kədər içində в глубокой скорби 2. грусть, печаль, уныние, кручина (чувство печали, уныния). Kədər içində olmaq испытывать чувство грусти, kədərini dağıtmaq развеять грусть, печаль; gözlərində (üzündə, səsində) dərin bir kədər duyulurdu в его глазах (на лице, в голосе) чувствовалась глубокая печаль, kədər gətirmək наводить печаль 3. огорчение. Kədər hissi чувство огорчения ◊ dünya kədəri мировая скорбь (выражение в искусстве, главным образом в литературе, пессимистических настроений)
Azərbaycanca-rusca lüğət / kədər1 i. sorrow, grief, sadness; depression; melancholy, dole, dolour
Azərbaycanca-ingiliscə lüğət / kədər1 [ər.] сущ. гъам, гъусса, дерт, руьгьдин азаб; // kədərlə нареч. гъамлу яз, гъамлудаказ, дертлу яз.
Azərbaycanca-ləzgicə lüğəti / kədər