* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Açıq-şabalıdı rəng (at haqqında). Qurbanəli bəyin nökəri bir kəhər atın çilovundan yapışıb bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. Kişnəyəcək qaşqa, kəhər atım mənim; Xallı toplan ayağına dolaşacaq; Kənd qızları təzə xəbər danışacaq. M.Araz. // İs. mənasında. Həmin rəngdə olan at. Kəhərə minmək. Kəhəri çapmaq. – Kəhərin sinə bəndi; Ovçunun binə bəndi; Mən dərddən qaçaq oldum; Dərd məndə binələndi. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / kəhər2 Açıq-şabalıdı rəngdə at. (“Koroğlu” dastanının lüğəti) Özü də, deyirlər, bir kəhər at gətirib, bir kisə də qızıl. (“Koroğlunun Ərzurum səfəri”) * Kəhər minmək yaxşı olur uğura, Könül bu bədövun sevdasındadı. Dizi qərə, boynu bənzər buğura, Könül bu bədövün sevdasındadı. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikası / kəhər1 Alınma sözdür, türk dillərində həmin sözün yerinə törük, doruq, dür sözü işlədilib. Tuva dilində indi də doruq sözü mövcuddur. Kəhər atın rəngi qırmızı çalarlı sarı (açıq şabalıdı) olur. Rusca buna гнедой (yəni qəhvəyi) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kəhər1 KƏHƏR – YABI Kəhər olmasın lap yabı olsun, mollaya bir at vacib idi (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / kəhər2 I прил. гнедой (красноваторыжий с черным хвостом и гривой – о масти лошади). Kəhər at гнедая лошадь II в знач. сущ. гнедой, гнедко (лошадь этой масти); qara-kəhər караковый, темно-гнедой
Azərbaycanca-rusca lüğət / kəhər1 i. bay (horse); O, öz kəhərini minmişdi He was riding on his bay
Azərbaycanca-ingiliscə lüğət / kəhər1 прил. кияр, кегьер (экуь-шабалутдин ранг алай балкӀандин гьакъинда); kəhər at кияр балкӀан; // сущ. гьахтин балкӀан вич.
Azərbaycanca-ləzgicə lüğəti / kəhər