keçən sözü azərbaycan dilində

keçən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • keçən • 87.4444%
  • Keçən • 12.5507%
  • KEÇƏN • 0.0049%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

keçən sözünün leksik mənası və izahı

  • 1 1. “Keçmək”dən f.sif. 2. sif. Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. Keçən il. Keçən həftə. – Elədimi su yazda; Axar, gedər su yazda; Mən yarı görməmişəm; Keçən yaz da, bu yaz da. (Bayatı). Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. [Zeynalın] keçən gün əli hər yerdən üzülüb, öz dərdini Şərifzadəyə açıb söyləmişdi. S.Hüseyn. 3. sif. Keçmiş, keçib getmiş, vaxtilə olmuş. Keçən günə gün çatmaz. (Ata. sözü). [Səfi:] Ağlaya-ağlaya düşdü yollara; Gələn dərdi, keçən dərdi, yol dərdi. “Əsli və Kərəm”. Cahandan getdi gileyli; Keçən dövrana bir baxmaz. Q.Zakir. // Keçən gün, keçmiş hadisə. Keçənə güzəşt deyərlər. (Məsəl). 4. Keçənlərdə şəklində zərf – keçmişdə. Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur! Şəhriyar. Keçənlərdən şəklində – keçmişdən. [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb cəmşidi-cəm peymanə qaldı. H.Cavid. Keçənlər şəklində – keçmiş, olmuş şeylər. Gəl qardaşım, keçənləri; Yada salaq dönədönə. B.Vahabzadə. // Eyni mənada bəzən “bu” sözü ilə. Bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Ü.Hacıbəyov. ◊ Keçən yeri olmamaq – heç bir güzəşt edilə bilməyəcəyini bildirir. Məmmədbağırın keçən yeri yox idi. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / keçən

keçən sözünün rus dilinə tərcüməsi

  • 1 прошлый, истекший, предыдущий

    Azərbaycanca-rusca lüğət / keçən
  • 2 I прил. прошлый, прошедший, минувший, истекший: 1. о периоде времени, предшествовавшем настоящему. Keçən il в прошлом году, keçən həftə на прошлой неделе, keçən tədris ilində в прошлом учебном году, keçən qış прошлой зимой, keçən bazar günü в прошлое воскресенье, keçən mövsüm в минувшем сезоне 2. происходивший, имевший место раньше. Keçən seçkilərdə на прошлых выборах, keçən səhvlər прошлые ошибки, keçən vaxtlardan с прошлых времен, keçən günləri yada salmaq вспоминать минувшие дни II прич 1. проходящий, проезжающий. Gəlib keçən qatarlar проходящие поезда, yoldan keçən maşınlar проходящие, проезжающие по дороге машины, физ. keçən dalğa проходящая волна, keçən şüa проходящий луч 2. переходящий, перешедший. Atadan oğula keçən mülk имущество, перешедшее от отца к сыну, связь. keçən korrespondensiya переходящая корреспонденция, keçən ehtiyat переходящий задел III сущ. прошлое (прошедшее, минувшее время). Keçənlərdə в прошлом, в прошлые времена, bu keçənlərdə в недавнем прошлом; yoldan keçən adam прохожий; ürəyindən keçənləri demək высказать то, что на сердце, keçən dövrü kimin вчерашний день кого, чей; keçən günlərlə yaşamaq жить прошлым, keçən günlərin izi печать времени ◊ keçən günə gün çatmaz, calasan günü günə прошлого не вернешь; olan olub, keçən keçib (keçənə güzəşt deyərlər) прошлого не вернёшь; что было, то прошло; что с возу упало, то пропало

    Azərbaycanca-rusca lüğət / keçən

keçən sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bygone; ◊ Keçənə güzəşt deyərlər at. söz. ≅ Let bygones be bygones II. s. 1. (keçib getmiş) past, overpast, bygone; ◊ Keçən gün ələ düşməz at. söz. ≅ Lost time is never found again; Keçən günə gün çatmaz (calasan günü günə) at. söz. ≅ The past time was the best time; 2. (ötən, əvvəlki) previous, last; ~ həftə last week

    Azərbaycanca-ingiliscə lüğət / keçən

keçən sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. passé, -e ; derni||er, -ère, antérieur, -e ; ~ həftə semaine f dernière ; ata. söz. ~ə güzəşt deyərlər c’est de l’histoire ancienne

    Azərbaycanca-fransızca lüğət / keçən

keçən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. “keçmək”dən f.sif.; 2. прил. алатай, фейи, акъатай, алатна фейи, идалай виликан, эхиримжи; keçən ay алатай варз (вацра); 3. прил. хьана алатай, алатна фейи, са вахтара хьайи; // алатай югъ, хьана алатай кар.

    Azərbaycanca-ləzgicə lüğəti / keçən

"keçən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keçən nədir? #keçən sözünün mənası #keçən nə deməkdir? #keçən sözünün izahı #keçən sözünün yazılışı #keçən necə yazılır? #keçən sözünün düzgün yazılışı #keçən leksik mənası #keçən sözünün sinonimi #keçən sözünün yaxın mənalı sözlər #keçən sözünün əks mənası #keçən sözünün etimologiyası #keçən sözünün orfoqrafiyası #keçən rusca #keçən inglisça #keçən fransızca #keçən sözünün istifadəsi #sözlük