keçir sözü azərbaycan dilində

keçir

Yazılış

  • keçir • 99.8593%
  • Keçir • 0.1251%
  • KEÇİR • 0.0156%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vaşinqton Delaveri keçir
"Vaşinqton Delaveri keçir" (ing. Washington Crossing the Delaware) — alman əsilli amerikalı rəssam Emanuel Qottlib Loytz tərəfindən 1851-ci ildə yağlı boya ilə çəkilmiş rəsm əsəri. Bu rəsmdə ABŞ İstiqlal müharibəsi gedişində general Corc Vaşinqtonun 1776-cı il 25-26 dekabr tarixində Delaver çayını keçmə səhnəsi təsvir olunmuşdur. Rəsmdə təsvir olunmuş səhnə Nyu Cersidə Trentonda məskunlaşmış Hessian ordusuna qarşı gözlənilməz hücumla nəticələnəcək ilk addım idi. Hessian ordusu ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya tərəfindən iştirak edən Almaniyanın Hessen vilayətindən olan muzdlu döyüşçülərdən ibarət dəstə idi. Rəsmin orijinalı Bremen rəsm qalereyasında (Kunsthalle) olan kolleksiyanın bir hissəsi olmuşdur. Lakin 1942-ci ildə İkinci dünya müharibəsi zamanı bombalanma reydi zamanı rəsm əsəri məhv olmuşdur. Loytz bu rəsmin daha iki versiyasını da yaratmışdır. Həmin surətlərdən biri Nyu-Yorkda Metropoliten muzeyində yerləşir. Digər versiyası vaxtilə Ağ evdə olsa da, sonradan Minnesota ştatında yerləşən Uinona şəhərində olan Minnesota Dəniz incəsənət muzeyinə gətirilmişdir.
Gecələr keçir (mahnı)
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1918-ci ildən Aprel işğalına qədərki dövrdə keçirdiyi döyüş əməliyyatları nəzərdə tutulur. Bu döyüş əməliyyatlarının bir qismi Qafqaz İslam Ordusu ilə birlikdə, digərləri isə yalnız Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun iştirakı ilə reallaşdırılıb. == Arxa fon == 1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncəyə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Bu dövrdə isə Bakıda hakimiyyətdə daşnak-bolşevik Bakı Soveti idi. == Daşnak-bolşeviklərin qərb yürüşü == Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər.
Hava keçirməyən dəbilqə
Hermetik dəbilqə (qısa "hermetik dəbilqə") — pilot və ya astronavtin yüksək hündürlük avadanlıqlarının bir hissəsi, yüksək hündürlüyü kompensasiya edən kostyum və yüksək hündürlük skafandrın tərkibinə daxil olur. Təyyarəçiyə (kosmonavta) uçan aparatın kabinəsinin hermetizasiya zamanı yüksək hündürlüklərdə uçuşu həyata keçirmək imkanı verən və bu şəraitdə və katapultasiya zamanı onun sağ qalmasını təmin edən xüsusi konstruksiyalı hava keçirməyən dəbilqə. == Ədəbiyyat == ·Hermetik dəbilqə/ / Hərbi terminlər lüğəti / Sost. A. M. Plexov, red. S. G. Şapkin. — M.: Voyenizdat, 1989. — P.68. — 335 P. — 65 000 ekz . — ISBN 5-203-00175-8.
I Abbasın Qeşm adasını ələ keçirməsi
I Abbasın Qeşm adasını ələ keçirməsi — Səfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur. == Zəmin == I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu. == Döyüş == Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi.
Keçirici materiallar
Keçirici materiallar — kimi bərk cismlər, mayelər və qazlar keçirici materiallara aiddir. Bərk keçiricilər arasında elektrotexnikada ən çox metallar və ərintiləri tətbiq edilirlər. Xüsusi elektriki müqavimətlərinə görə "ρ" metallik keçirici materialları iki əsas qrupa bölmək olar: yüksək keçiricilikli metallar, hansılarda ki, normal temperatur zamanı ρ 0,05mkOm·m-dən böyük olmur və yüksək müqavimətli metallar və ərintilər, həmin şəraitdə ρ 0,3 mkOm·m-dən kiçik olmayanlar. Birinci qrupa aid olan keçirici materiallar əsasən dolaq və montaj naqillərinin, müxtəlif təyinatlı kabellərin, damarlarının, şinlərin və s. hazırlamaq üçün tətbiq edilirlər. İkinci qrupa aid olunan keçirici materiallar rezistorların, elektrik qızdırıcı cihazların, közərmə lampalarının tellərinin və s. istehsalı zamanı istifadə olunurlar. Kriokeçiricilər və hədsiz keçirici materiallar xüsusi qrupu təşkil edirlər, hansılar ki, mütləq sıfıra yaxın temperaturlar zamanı heçə bərabər kiçik xüsusi elektrik müqavimətinə malikdirlər. Maye keçiricilərə, bir qayda olaraq, əridilmiş metallar və müxtəlif elektrolitlər aiddirlər. Metalların əksəriyyəti kifayət qədər yüksək ərimə temperaturuna malikdirlər və buna görə də yüksək temperaturlarda maye keçiricilərdirlər.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. == İlk döyüşlər == Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. == İşğal == İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu. Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi. == Başlanğıc == Səfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hinduquş dağları vasitəsilə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi. Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur. == Arxa plan == Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. === Mərkəzi Asiyaya yürüşün başlanması === Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı.
Osmanlının Quriyanı ələ keçirməsi
Osmanlının Quriyanı ələ keçirməsi – Osmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır. Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir. == Tarixi == 1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü.
PKK təşkilatının həyata keçirdiyi teraktların siyahısı
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1978-1989)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1980-ci illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1990-1999)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1990-cı illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2000-2009)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2000-ci illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2010-2016)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2010-cu illər)
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
İkinci Dünya müharibəsi zamanı keçirilən konfransların siyahısı
İkinci dünya müharibəsi zamanı keçirilən konfransların siyahısı (ing. List of Allied World War II conferences, rus. Межсоюзнические конференции Второй мировой войны) — ikinci dünya müharibəsi zamanı, antihitler dövlətləri tərəfindən keçirilən konfransların siyahısı. Siyahıda antihitler dövlətləri tərəfindən ikinci dünya müharibəsi zamanı (1939 — 1945) təşkil edilən konfranslar göstərilmişdir. 1941-ci və 1945-ci illər arasında 23 konfrans keçirilmişdir. Bu konfransların 16-a Vinston Çörçill, 12-ə Franklin Delano Ruzvelt, 7-ə isə İosif Stalin qatılmışdır. Franklin Delano Ruzvelt, daha sonralar isə Harri Truman ilə əlaqədar əhəmiyyətli müharibə zamanı konfrans sessiyalarının bəzilərinin kod adları, konfrans sayına istinad edərək mənalarının bir parçası olaraq sıralı bir ədədə sahib olan cihazlara və ya alətlərə istinad olan bir adlandırma serialına sahib idi: 1-ci ARCADIA, 2-ci SYMBOL, 3-cü TRIDENT, 4-cü QUADRANT, 5-ci (yoxdur), 6-cı SEXTANT, 7-ci EUREKA, 8-ci OCTAGON, 9-cu ARGONAUT (CRICKET və MAGNETO) və 10-cu TERMINAL. Qalın yazı ilə göstərilmiş konfranslar Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və SSRİ liderlərinin hamısının qatıldığı konfransları göstərir.
Əmir Teymurun Gürcüstanı ələ keçirməsi
Gürcüstan krallığı 1386-1403-cü illər arasında imperiyası Orta Asiyadan Anadoluya qədər uzanan Teymurun orduları tərəfindən bir neçə dəfə hücuma məruz qaldı. Bu hücumlar Qızıl Ordanın xanı Toxtamışla Əmir Teymur arasındakı rəqabətlə sıx bağlı idi. Teymur səkkiz hücumundan ilkində Gürcüstanın paytaxtı Tiflisi yağmaladı və 1386-cı ildə Kral V Baqratı ələ keçirdi. Gürcülərin müqaviməti türk ordusunun yendən hücum etməsinə səbəb oldu. Baqratın oğlu və xələfi VII Georg sərt müqavimət göstərdi və hakimiyyətinin çoxunu (1395-1405) Teymurun işğalları ilə döyüşməyə məcbur oldu. Teymur ona qarşı olmuş hücumların bir çoxuna rəhbərlik etmişdir. Gürcüstan üzərində möhkəm hakimiyyət qura bilməsə də, ölkəyə heç bir zaman unudulmayacaq zərbələr vurmağı bacardı. == Tarixi == Teymurun Qafqazdakı ilk ortaya çıxışı Toxtamışın 1385-ci ildə Qafqazdan Şimali İrana girərkən etdiyi yağmaçılığa cavab idi. Bu iki hökmdar arasında düşmənlik var idi. Teymur inkişaf etməkdə olan imperiyanın qərb sərhədi ilə Toxtamışın xanlığı arasında qalan kiçik sərhəd ölkələrinə tam miqyaslı hücum başladaraq cavab verdi.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. == Zəmin == 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. == Ələ keçirilmə == 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.

"keçir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keçir nədir? #keçir sözünün mənası #keçir nə deməkdir? #keçir sözünün izahı #keçir sözünün yazılışı #keçir necə yazılır? #keçir sözünün düzgün yazılışı #keçir leksik mənası #keçir sözünün sinonimi #keçir sözünün yaxın mənalı sözlər #keçir sözünün əks mənası #keçir sözünün etimologiyası #keçir sözünün orfoqrafiyası #keçir rusca #keçir inglisça #keçir fransızca #keçir sözünün istifadəsi #sözlük