* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Söndürmək. İşığı keçirmək. Ocağı keçirmək. Tonqalı keçirmək. – Telli lampasını keçirib yatağına uzanmışdı. S.Hüseyn. [Xasay] gah taxılı yolub atır, gah taxılın içindəki qatır-quyruğu ilə alovu döyüb keçirirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / keçirmək2 f. 1. Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək. Qonaqları yuxarı başa keçirmək. Mal-qaranı çaydan (meşədən, körpüdən) keçirmək. Sərhəddən qoşun keçirmək. – Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib, palçıqlı araba yoluna çıxdı. M.İbrahimov. // Yanınca, yaxud qucağında, dalında bir şeyin içərisindən o biri tərəfə aparıb çatdırmaq. Uşağı çaydan keçirmək. Küçənin o biri səkisinə keçirmək. 2. Taxmaq, geydirmək. Barmağa üzük keçirmək. Pəncərənin çərçivəsini keçirmək. İynəyə sap keçirmək. Qol-qola keçirmək. Çəkməni ayağına keçirmək. Yorğana üz keçirmək. 3. Başqa işə, xidmətə, yerə təyin etmək, qoymaq. Kiçik elmi işçi vəzifəsinə keçirmək. Uşağı musiqi məktəbinə keçirmək. Ayrı işə keçirmək. Futbol komandasını “B” qrupuna keçirmək. 4. Maşının və s.-nin iş üsulunu, xarakterini dəyişdirmək. Zavodu yeni iş üsuluna keçirmək. Təsərrüfat hesabına keçirmək. 5. Həyata keçirmək, yerinə yetirmək, icra etmək. İclas keçirmək. Müsabiqə keçirmək. Əkin kampaniyası keçirmək. Hərbi manevr keçirmək. 6. Yazmaq, aid etmək, daxil etmək. Məbləği bir hesabdan başqa hesaba keçirmək. // Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla başqasına vermək, onun adına yazdırmaq. Evi oğlunun adına keçirmək. 7. Bir şəxsin duyduğu həyəcan və s. hissləri bildirir. İztirab keçirmək. – Çox cavan idim, həyəcan keçirirdim. A.Şaiq. Azər Mərəndi mütərəddid bir hal keçirirdi. M.İbrahimov. Cavahirin keçirdiyi həyəcan Teymuru da get-gedə həyəcanlandırırdı. H.Seyidbəyli. 8. Bir müddət bir yerdə yaşamaq, olmaq, qalmaq. Uşaqlığını kənddə keçirmək. Ömrünü fəhləlikdə keçirmək. Köçəri həyat keçirmək. – Düşündüm, düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. A.Şaiq. [Turxan bəy:] [Cəmil bəy] …Borjoma gəlmiş, yorğunluğunu çıxarmaq üçün yazı orada keçirəcəkmiş. H.Cavid. // Bir şəxsin halını, vəziyyətini bildirir. Ağır həyat keçirmək. Gününü xoş keçirmək. Bütün günü başağrısı ilə keçirmək. // Vaxtının bir hissəsini bu və ya başqa bir şeyə həsr etmək və ya istifadə etmək. Vaxtını şən keçirmək. Bütün vaxtını məşğələlərdə keçirmək. Vaxtının çoxunu işdə keçirmək. 9. xüs. Keçiricilik (istilik, elektrik, səs və s.), keçirmə qabiliyyətinə malik olmaq. Metal istilik keçirir. İzolyatorlar elektrik keçirmir. 10. məc. Ötürmək, sovuşdurmaq. Rüstəm kişi Qara Kərəmoğlunun sözünü zarafatla keçirmək istədi. M.İbrahimov. 11. məc. Çəkmək, görmək, başına gəlmək. Xəstəlik keçirmək. 12. Qəbul etdirmək, təsdiq etdirmək; bir şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail olmaq. Məsələni iclasdan keçirmək. Təklifi keçirmək. Layihəni keçirmək. 13. İsimlərlə yanaşı işlədilib, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qılıncdan keçirmək, gözdən keçirmək, fikrindən keçirmək, nəzərdən keçirmək.
Azərbaycan dilinin izahlı lüğəti / keçirmək1 Dialektlərdə “söndürmək” mənasında keçirmək sözü işlənir. Mənbələrdə öç feili var və rus dilinə “гаснуть” kimi tərcümə olunub. Deməli, keçir sözü öçür şəklində olub və dəyişərək keçir formasını kəsb edir. Ehtimal ki, öç sözü üfür ilə kökdaş olub, “külək” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / keçirmək1 KEÇİRMƏK I f. Aşırmaq, addatmaq. O bizi başqa sinif otağına keçirdi və biz hər şeyi təzədən başladıq (Anar). KEÇİRMƏK II f. Söndürmək. Ürək yanğısını suyla keçirmək olmaz, – dedi (Anar).
Azərbaycan dilinin omonimlər lüğəti / keçirmək1 1 глаг. 1. проводить, провести: 1) направляя, указывая путь, помочь или заставить перейти из одного места в другое. Sərhəddən qoşunları keçirmək провести войска через границу, çaydan keçirmək провести через реку, yoldan keçirmək провести через дорогу 2) осуществлять, осуществить, производить, произвести что-л. İclas keçirmək проводить собрание, iməclik keçirmək проводить субботник, dərs keçirmək проводить урок, yarış keçirmək проводить соревнование 3) использовать какое-л. время каким-л. образом на что-л. Vaxtını boş keçirmək попусту проводить время, vaxtı şən keçirmək весело проводить время, məzuniyyətini istirahət evində keçirmək провести отпуск в доме отдыха 4) добиваться, добиться утверждения. Layihəni şuradan keçirmək провести проект через совет 5) физ. обладать способностью пропускать через себя (тепло, электричество, звук). Metal istilik keçirir металл проводит тепло 2. разг. быстро, резким движением надеть. Əyninə köynək keçirmək быстро надеть на себя рубашку, tuflilərini ayağına keçirmək быстро надеть туфли 3. надевать, надеть что-л.: 1) укреплять, укрепить что-л. на ч ем- л., приладить что-л. к чему-л. Barmağına üzük keçirmək надеть кольцо на палец 2) натягивать, натянуть что-л. на что-л. Balışa üz keçirmək надеть наволочку на подушку, yorğana üz keçirmək надеть пододеяльник на стёганое одеяло 4. вдевать, вдеть, продевать, продеть. İynəyə sap keçirmək вдеть нитку в иголку 5. переносить, перенести: 1) неся, перенести через какое-л. пространство, препятствие. Uşağı qucağında keçirmək перенести ребенка на руках, çuvalı dalında keçirmək перенести мешок на себе 2) неся, переместить из одного места в другое. O biri otağa keçirmək перенести в другую комнату 3) направить на что-л. другое, переключить с одного на другое. Atəşi başqa hədəfə keçirmək перенести огонь на другую цель 4) назначить на другой срок, откладывать до другого времени. İclası axşama keçirmək перенести собрание на вечер, imtahanı keçirmək перенести экзамен 6. переживать, пережить. Ağır günlər keçirmək пережить тяжелые дни 7. переводить, перевести: 1) ведя, сопровождая, взяв за руку кого-л., переместить с одного места на другое. Uşaqları küçənin o biri tərəfinə keçirmək перевести детей на другую сторону улицы 2) назначить, зачислить куда-л. (на другое место работы, службы, учебы). Başqa işə keçirmək перевести на другую работу, başqa vəzifəyə keçirmək перевести на другую должность, müəllim vəzifəsinə keçirmək перевести на должность преподавателя 3) зачислить на следующий курс. Tələbəni ikinci kursa keçirmək перевести студента на второй курс, yuxarı sinfə keçirmək перевести в старший класс 4) изменить местонахождение чего-л. Məktəbi təzə binaya keçirmək (köçürmək) перевести школу в новое здание 5) изменить характер, особенности работы машины, механизма и т.п. Dəzgahı sürət rejiminə keçirmək перевести станок на скоростной режим; təsərrüfat hesabına keçirmək перевести на хозрасчет 6) бух. перечислять, перечислить (переводя, записать на счет другого лица, учреждения). Cari hesaba keçirmək перечислить на текущий счет; xəstəlik keçirmək перенести болезнь, переболеть; ağrı keçirmək испытывать боль, ələ keçirmək захватить, прибрать к рукам, gözdən keçirmək, nəzərdən keçirmək просмотреть, aclıq keçirmək перенести голод, sevinc hissi keçirmək испытывать чувство радости, həyata keçirmək претворить (провести) в жизнь, böhran keçirmək переживать, пережить кризис, həyəcan keçirmək волноваться, испытывать волнение, sınaqdan keçirmək подвергать испытанию; adına keçirmək kimin nəyi переводить, перевести на чье имя что 2 глаг. разг. гасить, погасить, тушить, потушить. Tonqalları keçirmək тушить костры, lampanı keçirmək погасить лампу
Azərbaycanca-rusca lüğət / keçirmək1 гл. элуьхъарун, туьхуьрун, хкадрун (мес. экв, цӀай); işığı keçirmək экв элуьхъарун.
Azərbaycanca-ləzgicə lüğəti / keçirmək2 гл. 1. элядун, алудун, акъудун, тухун (мес. вацӀалай, рекьелай а патаз); 2. кутун (мес. дакӀардин рамка); 3. акалун; кутун (мес. тупӀухъ тупӀал); iynəyə sap keçirmək рапуник гъал акалун; muncuqları sapa keçirmək гъалуник хтар акалун; 4. гьалсун, акьалжун (мес. кӀвачел чекмеяр); гьалдун; алгун (мес. хъуьцуьгандал ччин); 5. ракъурун, тайин авун, эцигун (мес. маса къуллугъдал); 6. тухун, кьилиз акъудун (мес. ижлас); 7. ягъун, талукь авун, кхьин, акъудун (мес. кӀвал хцин кӀвачиз); 8. куьчун, ракъурун, ягъун, кхьин (мес. пул са гьисабдай маса гьисабдиз); 9. акъудун, алудун, ракъурун; vaxt keçirmək вахт акъудун; 10. яшамиш хьун, хьун, амукьун, чӀехи хьун, аялвал (жегьилвал, уьмуьр) гьана фин; гьалун (мес. уьмуьр); 11. хуьс. ракъурун, ахъаюн (чимивал, электрик, ван ва мс. вичин къеняй); 12. пер. чӀугун, акун, кьилел атун, хьун; iztirab keçirmək руьгьдин азаб чӀугун; 13. кьабулиз тун (гун), тестикь ийиз тун (мес. са теклиф, проект); ** gözdən keçirmək кил. göz; gün keçirmək кил. gün²; qılıncdan keçirmək кил. qılınc.
Azərbaycanca-ləzgicə lüğəti / keçirmək