keçilməz sözü azərbaycan dilində

keçilməz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • keçilməz • 92.7570%
  • Keçilməz • 7.2430%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bvindi keçilməz Milli Parkı
Bvindi keçilməz Milli Parkı — Uqandanın cənub-qərbində milli park. Park Bivindi keçilməz meşəsinin bir hissəsidir və Konqo Demokratik Respublikası sərhədi boyunca, Virunqa Milli Parkının yaxınlığında, Albertin riftinin hüdudlarında yerləşir. 321 kvadrat kilometr ərazini əhatə edən park həm montan meşəsini, həm də ovalı meşəni əhatə edir. Park yalnız piyada keçilə bilər. Bvindi keçilməz Milli Parkı UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.Parkın xüsusiyyətlərindən biri buradakı növ müxtəlifliyidir. Milli Park 120 növ məməlinin, 348 növ quşun, 220 növ kəpənəyin, 27 növ qurbağanın, buqələmunun və bir çox nəsli kəsilməkdə olan növlərin yaşayış yerini təmin edir. Park 1000-dən çox çiçəkli bitki növü, o cümlədən 163 növ ağac və 104 növ qıjı ilə floristik baxımdan Şərqi Afrikanın ən fəqli meşələrindən biridir. Ərazi xüsusilə, Albertin riftinin yüksək səviyyəli endemik növlərini paylaşır. Park ağ-qara kolobus, şimpanze və kərgədan quşu və turako kimi quşların sığınacağıdır. Park daha çox, dünyadakı populyasiyasının yarısı təhlükə altında olan dağ qorillalarından 400 Bvindi qorillasının yaşayış məskəni olaraq populyardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.43 dəfə / 1 mln.
2003 ••••• 0.79
2005 •••• 0.67
2006 ••• 0.45
2007 ••••• 0.85
2008 ••••• 0.73
2009 ••••• 0.80
2010 ••••• 0.82
2011 •••••• 1.03
2012 •••••••••••••• 2.50
2013 •••••••••••••••••••• 3.65
2014 •••••••• 1.37
2015 •••••••• 1.36
2016 •••••• 1.04
2017 ••••••••• 1.63
2018 ••••••• 1.20
2019 •••••••••••••• 2.50
2020 •••••••• 1.46

keçilməz sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz dağ. – Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Qatar keçilməz yolları oraq kimi kəsib-biçdi; Qarşı gəldikcə daş-qaya bir ox kimi dəlib keçdi. H.Cavid. Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər. H.K.Sanılı. // Hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. Çaylar daşmış, yollar keçilməz (z.) olmuşdu. – Biz uca qayalar aşdıq; Keçilməz yollardan keçdik. Z.Xəlil. 2. məc. Son dərəcə yaxşı, gözəl, ürəyə yatan, cəlbedici şey haqqında. [Bəypolad Cəmil bəyə:] Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! H.Cavid. 3. məc. Bağışlanmaz, bağışlanması mümkün olmayan, əfvedilməz. Keçilməz günah.

    Azərbaycan dilinin izahlı lüğəti / keçilməz

keçilməz sözünün rus dilinə tərcüməsi

  • 1 1. непроходимый; 2. непростительный;

    Azərbaycanca-rusca lüğət / keçilməz
  • 2 прил. 1. непроходимый (такой, по которому трудно или невозможно передвигаться), непролазный. Keçilməz meşə непроходимый лес, keçilməz bataqlıq непроходимое болото 2. перен. непростительный. Keçilməz səhv непростительная ошибка, keçilməz günah непростительная вина; keçilməz olmaq быть, стать непроходимым, непреодолимым ◊ keçilməz şey deyil о ч ем- л.: мимо его нельзя проходить равнодушно

    Azərbaycanca-rusca lüğət / keçilməz

keçilməz sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. (keçilməsi mümkün olmayan) impassable, impenetrable; ~ yol impassable road / way; ~ meşə impenetrable forest; ~ palçıq impassable mud; 2. (bağışlanılmaz) unpardonable, inexcusable, unforgivable; ~ günah unpardonable sin

    Azərbaycanca-ingiliscə lüğət / keçilməz

keçilməz sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. impassable, impénétrable ; ~ yol chemin m impraticable ; ~ meşə forêt f impénétrable ; ~ palçıq boue f impraticable ; inexcusable, inoubliable, infranchissable ; ~ günah péché m impardonnable

    Azərbaycanca-fransızca lüğət / keçilməz

keçilməz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. физ (элячӀиз, гьерекат ийиз) тежер ва я фин (элячӀун, гьерекат авун) гзаф четин тир (мес. ттам); 2. пер. акьалтӀай хъсан, иер, гуьзел, рикӀ ацукьдай затӀунин гьакъинда; 3. гъил къачуз тежер, багъишламишиз тежер, багъишламишун мумкин тушир (мес. гунагь).

    Azərbaycanca-ləzgicə lüğəti / keçilməz

"keçilməz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keçilməz nədir? #keçilməz sözünün mənası #keçilməz nə deməkdir? #keçilməz sözünün izahı #keçilməz sözünün yazılışı #keçilməz necə yazılır? #keçilməz sözünün düzgün yazılışı #keçilməz leksik mənası #keçilməz sözünün sinonimi #keçilməz sözünün yaxın mənalı sözlər #keçilməz sözünün əks mənası #keçilməz sözünün etimologiyası #keçilməz sözünün orfoqrafiyası #keçilməz rusca #keçilməz inglisça #keçilməz fransızca #keçilməz sözünün istifadəsi #sözlük