kəsilmək sözü azərbaycan dilində

kəsilmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəsilmək • 97.2686%
  • Kəsilmək • 2.4279%
  • KƏSİLMƏK • 0.3035%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəsli kəsilməkdə olan bitkilər
Nəsli kəsilməkdə olan bitkilər-Böyük Qafqazın şimal-şərq hissəsinin- Azərbaycan Respublikasının Qırmızı kitabına adları düşmüş bitkilər. == Adi nar == Adi nar (lat. Punica granatum L.) - nadir, təbii sahələrdə miqdarı azalan relikt növdür. Quraq yamaclarda, çay vadilərində bitir. Siyəzən rayonunun Məsrif kəndi və Beşbarmaq dağı ərazilərində rast gəlinir. == Alp vudsiyası == Alp vudsiyası (lat. Woodsia alpiba Gray) Çox nadir növ olub arkto-alp reliktidir. Yuxarı dağlıq və alp qurşaqlarında, qaya çatlarında və kölgələrində, daşlı və qayalı yerlərdə bitir. Quba rayonunun Xınaqlıq kəndi ətrafında yayılmışdır. == Ağıriyli ardıc == Ağıriyli ardıc (lat.
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. == Bioloji müxtəliflik == Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. === Yeni tapılmış canlılar === Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. === Ekoloji problemlər nəticəsində növlərin azalması === Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.77 dəfə / 1 mln.
2003 •••••••••••••• 3.54
2004 ••••••• 1.68
2005 •••••••••••••••••••• 5.40
2006 •••••••••• 2.48
2007 ••••• 1.27
2008 ••••••••••• 2.92
2009 •••• 0.96
2010 ••••• 1.09
2011 ••• 0.77
2012 •••••••••• 2.67
2013 ••••••••• 2.19
2014 ••••••••• 2.23
2015 ••••••• 1.87
2016 •••••••••• 2.43
2017 •••• 0.98
2018 ••••• 1.20
2019 ••••• 1.25
2020 •••••••• 1.99

kəsilmək sözünün leksik mənası və izahı

  • 1 1. “Kəsmək”dən məch. Taxta kəsildi. Barmağı kəsilmək. Qardan yol kəsilmişdir. Qoyun kəsilmək. Telefon (qaz) kəsildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul kəsilmək. 2. f. Bitmək, qurtarmaq, sakitləşmək. Molla gəlib mağaraya çatana qədər yağış kəsilir. “M.N.lətif.” Həmin saat külək və qar kəsildi. M.Rzaquluzadə. // Daha eşidilməmək, gəlməmək (səs və s. haqqında). Quşlar uçdu, əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Doğrudan da azca keçməmiş qanlı boğuşma və hürüşmələr yavaşıdı və nəhayət kəsildi. M.İbrahimov. Mahnı kəsildi, küçədə sükut əmələ gəldi. S.Rəhman. // Sona çatmaq, qurtarmaq, bitmək. Müharibə kəsildi. Mübahisə kəsildi. // Kəsmək, toxtamaq. Ağrı kəsildi. Yaranın qanı kəsildi. 3. məch. köhn. Sünnət edilmək. 4. məch. Cəza təmin edilmək. Cərimə kəsilmək. – [Əsəd bəy:] Aydəmirə vur-tut beş il kəsilmişdir. C.Cabbarlı. □ İş kəsilmək – məhkəmənin hökmü ilə müqəssirə müəyyən il həbs cəzası verilmək. [Bəhmən Xəlilə:] Niyə sənə bu qədər iş kəsiblər? Səkkiz il çox deyil? İ.Məlikzadə. 5. məch. Yarılmaq, oğurlanmaq. Ev kəsilib. 6. məch. dan. İmtahanda hər hansı bir fəndən pis qiymət almaq, imtahandan keçməmək. İmtahandan kəsilmək. Kimyadan kəsilmək. 7. f. Məhrum olmaq (qalmaq), tamamilə tükənmək. Taqəti kəsilmək. İştahası kəsilmək. Südü kəsilmək. – Babək əlində şam, təkbaşına ağır və yorğun addımlarla Cavidan qəsrinin yeraltı qatına düşdü. Zirzəmiyə enən daş pilləkən başında sanki taqəti kəsildi… Ə.Məmmədxanlı. // Bir şeydən qalmaq, artıq edə bilməmək. Yeməkdən kəsilmək. 8. Bir sıra isimlərlə birləşərək mürəkkəb fel və ifadələr düzəldilir; məs: ayağı kəsilmək, əli kəsilmək, çarəsi kəsilmək, düşmən kəsilmək.

    Azərbaycan dilinin izahlı lüğəti / kəsilmək

kəsilmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəsilmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. быть отрезанным, урезанным, отрубленным, зарезанным, разрезанным; 2. урезаться, обрываться; 3. прекратиться; 4. быть отгороженным, перегороженным; 5. быть прерванным; 6. отчеканиваться;

    Azərbaycanca-rusca lüğət / kəsilmək
  • 2 глаг. 1. резаться, отрезаться, быть отрезанным: 1) разделяться на части под действием режущего орудия, инструмента. Asan kəsilir легко режется, yaxşı kəsilir хорошо режется 2) резаться, быть зарезанным на мясо (о домашних животных, птицах). Gündə yüzlərlə qoyun kəsilir ежедневно режутся сотни овец 3) удаляться, отсекаться при оперировании; ампутироваться. Yaralının ayağı kəsilmişdi у раненого была отрезана нога 2. разг. оперироваться, быть оперированным. Bu gün neçə xəstə kəsilib? Сколько больных сегодня прооперировано? 3. вырубаться, быть вырубленным; срубаться, быть срубленным. Meşə kəsilir вырубается лес, ağaclar kəsilib срублены деревья 4. выключаться, быть выключенным, отключаться, быть отключенным. Su kəsildi вода отключена 5. прекращаться, прекратиться. Yağış kəsildi дождь прекратился, atışma kəsildi перестрелка прекратилась, mübahisələr kəsildi прекратились споры, ağrı kəsildi боль прекратилась, qanaxma kəsildi кровотечение прекратилось 6. порываться, порваться (о связях, отношениях). Münasibətlər kəsilib порвались отношения, əlaqələr kəsilib порвались связи 7. обрываться, оборваться, прерываться, прерваться. Səsi birdən kəsildi голос его вдруг оборвался, mahnı kəsildi песня оборвалась 8. разг. быть ограбленным. Ev kəsilib (yarılıb) дом ограблен 9. срезаться, срезаться (провалиться на экзаменах). Riyaziyyatdan kəsilmək срезаться по математике, axırıncı imtahandan kəsilmək срезаться на последнем экзамене 10. разг. подвергаться обрезанию (о мальчике); см. kəsdirmək 1 (6) ◊ iş kəsilmək kimə присуждаться, быть присужденным, приговариваться, быть приговоренным к какому-л. наказанию. Bir il iş kəsilib kimə приговорен к одному году лишения свободы кто, cərimə kəsilmək штрафоваться, быть оштрафованным; iştahası kəsilmək лишаться, лишиться аппетита, südü kəsilmək лишаться молока (о матери), süddən kəsilmək быть отнятым от груди (о младенце), qiymət kəsilib nəyə установлена цена на что, yeməkdən kəsilmək: 1. лишиться аппетита; 2. перестать есть; taqəti kəsilmək лишиться сил, обессилеть, изнемогать; ayağı kəsilmək haradan перестать ходить куда, əlacı kəsilmək быть вынужденным сделать что-л.; əli kəsilmək nədən лишиться кого, чего; çarəsi kəsilmək см. əlacı kəsilmək; düşmən kəsilmək kimə становиться, стать непримиримым врагом чьим, кого; ümidi kəsilmək терять, потерять надежду

    Azərbaycanca-rusca lüğət / kəsilmək

kəsilmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (iti alətlə) to be* cut / gashed / incised; to be* off (out, down); to be* severed; to be* chopped off; (qayçı ilə) to be* snipped / clipped (off); (mişarla) to be* sawed / sawn (off); 2. (çəpərlə, divarla) to be* fenced off, to be* partitioned off; 3. (tükənmək, son qoyulmaq) to cease, to end, to stop; Düşmənçilik kəsildi The hostility ceased / ended; (əlaqə, münasibət, söhbət) to be* broken off (with); to be* interrupted; Bizim əlaqələrimiz kəsilib Our relations have been broken off; ~ bilməyən incessant; ◊ ayağı ~ to drop / to stop visiting (somewhere); to stop to appear (somewhere); düşmən ~ to be* / to become* smb.’s enemy / foe; imtahanda(n) ~ to fail, to be* plucked d.d.

    Azərbaycanca-ingiliscə lüğət / kəsilmək

kəsilmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. être coupé, -e, être tranché, -e ; être brisé ; -e ; être cassé, -e ; être interrompu, -e, être mis, -e fin à ; être entouré, -e d’une clôture ◊ ayağı ~ cesser de visiter qn ; ne remettre pas les pieds chez qn ; düşmən ~ devenir vi (ê) ennemi de qn ; être en mauvais rapport avec qn ; être mal avec qn ; imtahanda ~ échouer à l’examen, rater son examen

    Azərbaycanca-fransızca lüğət / kəsilmək

kəsilmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. “kəsmək”dən məch.; taxta kəsildi кьул атӀана; su kəsildi яд гатӀана; 2. гл. атӀун, акъвазун, секин хьун (мес. тӀал, ван); ağrı kəsildi тӀал атӀана; 3. гатӀун, акъвазун; yağış kəsildi марф гатӀана; 4. куьтягь хьун, акъвазун (мес. дяве); 5. пер. куьгьн. суьрнет авунваз хьун, суьрнетнаваз хьун (аял); 6. məch. атӀанваз хьун; // жаза тайин авунваз (ганваз) хьун; iş kəsilmək кар атӀун, кар гун (суддал); // чуьнуьхнаваз хьун; ev kəsilib кӀвал атӀанва; // рах. пис къимет къачун (мес. имтигьандай); 7. гл. атӀун, магьрум хьун, амукь тавун; taqəti kəsilmək тӀакь атӀун; amanı kəsilmək аман атӀун; // квахьун; iştahası kəsilmək иштягь атӀун; ** ayağı kəsilmək кил. ayaq; başa bəla kəsilmək кил. bəla; çarəsi kəsilmək кил. çarə; düşmən kəsilmək кил. düşmən; əli kəsilmək кил. əl.

    Azərbaycanca-ləzgicə lüğəti / kəsilmək

kəsilmək sözünün türk dilinə tərcüməsi

"kəsilmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəsilmək nədir? #kəsilmək sözünün mənası #kəsilmək nə deməkdir? #kəsilmək sözünün izahı #kəsilmək sözünün yazılışı #kəsilmək necə yazılır? #kəsilmək sözünün düzgün yazılışı #kəsilmək leksik mənası #kəsilmək sözünün sinonimi #kəsilmək sözünün yaxın mənalı sözlər #kəsilmək sözünün əks mənası #kəsilmək sözünün etimologiyası #kəsilmək sözünün orfoqrafiyası #kəsilmək rusca #kəsilmək inglisça #kəsilmək fransızca #kəsilmək sözünün istifadəsi #sözlük