keçinmək sözü azərbaycan dilində

keçinmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • keçinmək • 95.4248%
  • KEÇİNMƏK • 2.6144%
  • Keçinmək • 1.9608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2007 ••••••••••••• 0.63
2009 •••••••••• 0.48
2010 •••••• 0.27
2011 •••• 0.17
2012 •• 0.09
2013 •••••••••••••••••• 0.88
2014 •••••••••••••••••••• 1.03
2015 •••••••••• 0.51
2016 •••• 0.17
2017 ••••••• 0.33
2018 ••• 0.15
2020 •••••••• 0.40

keçinmək sözünün leksik mənası və izahı

  • 1 f. Ölmək. …Amma anam onların köçməyini eşitcək qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə. Səhər üzü idi, dağlardan əsən sübh küləyinin nəfəsi [şairi] üşüdür, Afaq isə artıq keçinirdi. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / keçinmək
  • 2 f. 1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. Birtəhər keçinirəm. – Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq. [Məsmənin] maaşı da yaxşı imiş. Firavanlıq ilə keçinir imiş. S.Hüseyn. 2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək. Çocuqlarına qarşı bəslədiyi məhəbbət Mehribanı məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb, bir növ ilə keçinsin. S.Hüseyn. Belə bir vəziyyət içərisində katib Sübhanverdizadə ilə bir növ keçinməyi qərara aldı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / keçinmək

keçinmək sözünün etimologiyası

  • 1 Keçim sözü olub və “yaşayış” anlamında işlədilib. Keçinmək isə “ölmək” deməkdir. Görünür, keç feilinin bir mənası da “yaşamaq” demək olub. Ehtimal ki, keçinmək (ölmək) sözü köçmək feili ilə bağlıdır və əslində, keçinmək yox, köçünmək kimi olub. Deməli, keçinmək (yaşamaq) və köçünmək (ölmək) sözləri omonimlərdir. Keçinmək və köçünmək qəlibinə uyğun səpgimək və söngümək sözləri də qeyd oluna bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / keçinmək

keçinmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

keçinmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 KEÇİNMƏK – YAŞAMAQ Arvadın ürəyi titrədi və gördü ki, gəlin “körpə”sini bağrına basaraq keçinmişdi... (İ.Şıxlı); Bu dünyada yaşamaqdan şirin bir şey ola bilməz (S.Rəhimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / keçinmək

keçinmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 KEÇİNMƏK I f. Yaşamaq, yola getmək. Orada telefonsuz, kitabxanasız necə keçinərəm... (S.Qədirzadə). KEÇİNMƏK II f. Ölmək. O, gecə işləyən yerdə, stolun arxasında ürək xəstəliyindən keçinmişdi (C.Bərgüşad).

    Azərbaycan dilinin omonimlər lüğəti / keçinmək

keçinmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. жить, поживать; 2. уживаться с кем-то, обходиться, обойтись, справляться; 3. скончаться, умереть;

    Azərbaycanca-rusca lüğət / keçinmək
  • 2 1 глаг. 1. обходиться, обойтись (суметь прожить, выйти из положения, ограничиваясь тем, что имеется в наличии, в распоряжении). Bir təhər keçinmək обойтись как-нибудь, köməksiz keçinmək обойтись без чьей-л. помощи, rabitəsiz keçinmək обходиться без связи, onsuz da keçinərəm и без него обойдусь, paltosuz da keçinərik обойдемся и без пальто, özümüz keçinərik обойдемся сами 2. поступать, поступить с кем-л. каким-л. образом, уживаться с кем-л. Qonşularla necə keçinirsən? Как уживаешься с соседями? 2 глаг. разг. скончаться, умереть

    Azərbaycanca-rusca lüğət / keçinmək

keçinmək sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. 1. (dolanmaq, yaşamaq) to live somehow, to live from mouth to mouth; 2. (yola getmək) to get* on (with), to get* along together (with); 3. (ötüşmək) to manage (without), to do* (without); Köməksiz keçinə bilərsinizmi? Can you manage / do without assitance / help? II. f. (ölmək) to pass away, to decease, to die

    Azərbaycanca-ingiliscə lüğət / keçinmək

keçinmək sözünün fransız dilinə tərcüməsi

keçinmək sözünün ləzgi dilinə tərcüməsi

keçinmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#keçinmək nədir? #keçinmək sözünün mənası #keçinmək nə deməkdir? #keçinmək sözünün izahı #keçinmək sözünün yazılışı #keçinmək necə yazılır? #keçinmək sözünün düzgün yazılışı #keçinmək leksik mənası #keçinmək sözünün sinonimi #keçinmək sözünün yaxın mənalı sözlər #keçinmək sözünün əks mənası #keçinmək sözünün etimologiyası #keçinmək sözünün orfoqrafiyası #keçinmək rusca #keçinmək inglisça #keçinmək fransızca #keçinmək sözünün istifadəsi #sözlük