gəzinmək sözü azərbaycan dilində

gəzinmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gəzinmək • 85.1852%
  • GƏZİNMƏK • 11.1111%
  • Gəzinmək • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

gəzinmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ağır-ağır yerimək, o başbu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar foyedə gəzinirdilər. – Bahadır Sonanın dalınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu. N.Nərimanov. [Molla Xəlil] o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Ü.Hacıbəyov. 2. Gəzmək, dolaşmaq. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. A.Şaiq. Gəzinir gənc Osman əlində tüfəng; Baxır ulduzlara o körpə pələng. H.K.Sanılı. Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman… S.Vurğun. 3. bax gəzişmək 2-ci mənada. Qüdrət sahildə nə qədər gəzindiyini bilmədi. M.Hüseyn. 4. məc. Bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq. Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / gəzinmək

gəzinmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. GƏZİNMƏK (otaqda o baş-bu başa getmək) Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir (Ü.Hacıbəyov); FIRLANMAQ Gənc bir doktor daima [Yaqutun] başı yanında fırlanırdı (Ə.Məmmədxanlı); GƏZİŞMƏK ..Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir (H.Nəzərli); GƏZMƏK Cavan bir general gəzir otaqda.. (M.Rahim); HƏRLƏNMƏK Sübhanverdizadə hərlənib əlini zəngin düyməsinə dayadı.. (S.Rəhimov); VAR-GƏL ELƏMƏK (ETMƏK) Rəhimzadə papirosunu yerə çırpdı. Otaqda var-gəl etməyə başladı (M.Hüseyn). 2. gəzinmək bax gəzmək 1 3. gəzinmək bax gəzişmək 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / gəzinmək

gəzinmək sözünün rus dilinə tərcüməsi

gəzinmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to walk up and down; to walk along; to have* a walk, to pace up and down, to go* to and fro; otaqda ~ to pace up and down the room; platformada ~ to go* to and fro on the platform

    Azərbaycanca-ingiliscə lüğət / gəzinmək

gəzinmək sözünün fransız dilinə tərcüməsi

gəzinmək sözünün ləzgi dilinə tərcüməsi

gəzinmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#gəzinmək nədir? #gəzinmək sözünün mənası #gəzinmək nə deməkdir? #gəzinmək sözünün izahı #gəzinmək sözünün yazılışı #gəzinmək necə yazılır? #gəzinmək sözünün düzgün yazılışı #gəzinmək leksik mənası #gəzinmək sözünün sinonimi #gəzinmək sözünün yaxın mənalı sözlər #gəzinmək sözünün əks mənası #gəzinmək sözünün etimologiyası #gəzinmək sözünün orfoqrafiyası #gəzinmək rusca #gəzinmək inglisça #gəzinmək fransızca #gəzinmək sözünün istifadəsi #sözlük