gəmirmək sözü azərbaycan dilində

gəmirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gəmirmək • 96.0000%
  • Gəmirmək • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

gəmirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək. – Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi, bütün qüvvəti ilə elə gəmirdi ki, Hatəmxanın qolu keyiyib dondu… S.Rəhimov. [İt] əsla tələsmədən əti götürdü və bir-iki addım kənara çəkilib ədəblə gəmirdi… M.Rzaquluzadə. 2. Çeynəmək, yemək, qırıb tökmək. Siçan ipləri gəmirib. – [Novruzəli:] …Qoy ulağın qıçını bağlayım, yoxsa gedər ağacları gəmirər. C.Məmmədquluzadə. // Məc. mənada. Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. S.Vurğun. Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn. 3. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bığını gəmirmək, içini gəmirmək, ürəyini gəmirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / gəmirmək

gəmirmək sözünün etimologiyası

  • 1 Gəm isimdir, bəs -ir şəkilçisi ona necə əlavə olunub? Sözün əsli gəmğir olub, -gir4 şəkilçisi adlarda feil düzəldir (müqayisə et: oqğur –“посадить”; qıyğır –“кричать”, hayğır –“кричать”..) sonra şəkilçidəki ğ səsi düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / gəmirmək

gəmirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

gəmirmək sözünün rus dilinə tərcüməsi

  • 1 грызть, огрызать, перегрызть, глодать

    Azərbaycanca-rusca lüğət / gəmirmək
  • 2 глаг. 1. глодать, обгладывать, обглодать (грызть, обгрызать, оскабливать зубами) 2. грызть: 1) обгрызать, разгрызать, разгрызть (крепко сдавливая зубами, раздроблять, раскусывать что-л.). Sümüyü gəmirmək грызть кость, ağacın qabığını gəmirmək грызть кору дерева, cilovu gəmirmək грызть удила 2) перен. терзать, мучить, тревожить (о мыслях, чувствах и т.п.). Şübhələr qəlbini gəmirirdi сомнения грызли его душу 3. кусать. Dodaqlarını gəmirmək кусать губы

    Azərbaycanca-rusca lüğət / gəmirmək

gəmirmək sözünün inglis dilinə tərcüməsi

gəmirmək sözünün fransız dilinə tərcüməsi

gəmirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. саралай авун, жакьун (мес. кицӀи кӀараб); 2. чакъвалай авун, гъварчун, жакьун, тӀуьн, саралай авуна (гъварч авуна) атӀун, кукӀварун (мес. кьифре цӀил).

    Azərbaycanca-ləzgicə lüğəti / gəmirmək

gəmirmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#gəmirmək nədir? #gəmirmək sözünün mənası #gəmirmək nə deməkdir? #gəmirmək sözünün izahı #gəmirmək sözünün yazılışı #gəmirmək necə yazılır? #gəmirmək sözünün düzgün yazılışı #gəmirmək leksik mənası #gəmirmək sözünün sinonimi #gəmirmək sözünün yaxın mənalı sözlər #gəmirmək sözünün əks mənası #gəmirmək sözünün etimologiyası #gəmirmək sözünün orfoqrafiyası #gəmirmək rusca #gəmirmək inglisça #gəmirmək fransızca #gəmirmək sözünün istifadəsi #sözlük