gətirmək sözü azərbaycan dilində

gətirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gətirmək • 99.7101%
  • GƏTİRMƏK • 0.2254%
  • Gətirmək • 0.0644%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.18 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 34.26
2003 ••••••••••••••• 28.35
2004 ••••••••••• 20.21
2005 ••••••••• 16.19
2006 ••••••••••• 19.37
2007 ••••••• 13.11
2008 •••••• 9.99
2009 ••••••••••• 19.84
2010 •••••••••••• 22.60
2011 ••••••••••• 20.59
2012 ••••••••••• 20.14
2013 •••••••••••••••••••• 38.07
2014 ••••••••••••• 24.71
2015 •••••••••••••• 24.84
2016 •••••••••• 18.22
2017 ••••••••••• 20.00
2018 •••••••••• 17.53
2019 ••••••••••• 19.75
2020 ••••••••••• 20.29

gətirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq (aparmaq ziddi). Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları geri qatladı. Çəmənzəminli. Günorta üstü poçtalyon Bahadura təcili bir məktub gətirdi. S.Rəhimov. // Eyni mənada nəqliyyat haqqında. Trolleybus adamları gətirdi. Təyyarə çoxlu yük gətirdi. // Çatdırmaq. Məlumatı vaxtında gətirdilər. 2. Birinin hərəkətini yönəltmək, özü ilə bərabər bir yerə gəlməsinə kömək, yaxud özü ilə bərabər gəlməyə məcbur etmək. Uşağı evə gətirmək. Məktəbliləri gəzməyə gətirmək. – [Şah:] Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. M.F.Axundzadə. [Əsgər:] Bəyim, yaxalanan məhbusu gətirdi. H.Nəzərli. 3. Özü ilə bərabər götürüb gətirmək, qovub gətirmək. Sel çoxlu kötük gətirdi. Yel özü ilə yağmur gətirdi. – Çay bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir. Ə.Vəliyev. 4. Bar vermək, meyvə vermək, məhsul vermək. Ağac yaxşı alma gətirib. – Gətirdiyin yumurtadan nəticə, cücə gözləmə! M.Ə.Sabir. // Məc. mənada. …Çünki orda bar gətirir ən müqəddəs arzular; Çünki orda həqiqət var, səadət var, həyat var. Ə.Cəmil. 5. məc. Hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, müvəffəqiyyət əldə etmək, uğurlu olmaq. Əli gətirmək. Bəxti gətirmək. – Leyləyin işi bircə məsələdə gətirmirdi. S.Rəhimov. Budaq indi-indi gümrahlaşırdı ki, birdən yenə də onunku gətirmədi. Ə.Vəliyev. Deyəsən, bu gün Tamaşanınkı gətirmirdi. Mir Cəlal. 6. Təlqin edərək, inandıraraq və yaxud dilə tutaraq birini öz əqidəsindən, fikrindən döndərməyə, bir şeylə razı salmağa nail olmaq (adətən isimlərə qoşularaq işlədilir). Razılığa gətirmək. İnsafa gətirmək. İmana gətirmək. 7. İfadə etmək, davam etdirmək, çatdırmaq, başa çıxmaq. Sözün dalını gətirə bilmədi. – [Oğlan] tez-tez danışır, dili də şirindir, “r” səsini gətirə bilmir. “Yarım”a “yağım” deyir. Mir Cəlal. 8. Bir şeyin nəticəsi olmaq, törətmək, səbəb olmaq, vermək. Fərəh gətirmək. Sevinc gətirmək. İstilik gətirmək. – Dənizdən əsən xəfif meh … xoş bir sərinlik gətirirdi. M.Hüseyn. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal. 9. Bir sıra isimlərə qoşularaq, müxtəlif ifadələr və mürəkkəb sözlər əmələ gətirir, məs.: üzr gətirmək, pənah gətirmək, tab gətirmək, bəhanə gətirmək, şəkk gətirmək, dünyaya gətirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / gətirmək

gətirmək sözünün etimologiyası

gətirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

gətirmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. приносить; 2. привозить; 3. приводить; 4. пригнать; 5. доставлять;

    Azərbaycanca-rusca lüğət / gətirmək
  • 2 глаг. 1. нести (взяв в руки или нагрузив на себя, доставлять в направлении к говорящему). Belində (dalında) gətirmək kimi, nəyi нести на себе кого, что, uşağı qucağında gətirmək нести ребенка на руках, sinidə fincanlarla çay gətirmək на подносе нести чашки с чаем 2. вести (идя вместе, помогать или заставлять идти с собой в направлении к говорящему). Uşağın əlindən tutub gətirmək вести ребёнка за руку 3. везти (доставлять кого -, что-л. в направлении к говорящему на машине и т.п.). Görəsən, o maşında nə gətirirlər? интересно, что везут на той машине? 4. приносить, принести: 1) неся, доставлять куда-л. кого-л., что-л. Qəzetləri gətirmək приносить газеты, gül gətirmək приносить цветы, su gətirmək приносить воду; yemək gətirmək приносить еду, hədiyyələr gətirmək приносить подарки, poçtdan gətirmək приносить из почты 2) давать какой-л. урожай. Ağaclar bar gətirdi деревья принесли плоды 3) являться причиной чего-л., доставлять, давать (как результат, следствие). Azadlıq gətirmək приносить свободу, sevinc gətirmək приносить радость, xoşbəxtlik gətirmək приносить счастье, bədbəxtlik gətirmək приносить несчастье, ziyan gətirmək приносить убыток, qazanc gətirmək приносить прибыль, şöhrət gətirmək kimə приносить славу кому, dərd gətirmək приносить горе, fayda gətirmək приносить пользу 4) доставлять куда-л. силой ветра. Külək çiçəklərin ətrini gətirirdi ветер приносил запах цветов 5. привозить (доставлять куда-л. при помощи средств передвижения), привезти. Ərzaq gətirmək привозить продукты, avadanlıq gətirmək привозить оборудование, meyvə gətirmək привозить фрукты, zavoda gətirmək привозить на завод, kəndə gətirmək привозить в деревню, qatarda gətirmək привозить на поезде, taksidə gətirmək привозить на такси, xaricdən gətirmək привозить из-за границы, geri gətirmək kimi, nəyi привозить обратно кого, что 6. приводить, привести: 1) ведя, доставлять куда-л. Uşağı məktəbdən evə gətirmək приводить ребёнка из школы домой, qonaq gətirmək приводить гостя, həkim gətirmək приводить врача, muzeyə gətirmək приводить в музей, sərgiyə gətirmək приводить на выставку, istintaqa gətirmək приводить на допрос 2) служить путём к чему-л. Yol bizi kəndə gətirdi дорога привела нас в деревню, pilləkən bizi üçüncü mərtəbəyə gətirdi лестница привела нас на третий этаж 3) доводить до какого-л. результата. Qələbəyə gətirmək приводить к победе, məğlubiyyətə gətirmək приводить к поражению, hər hansı bir nəticəyə gətirmək приводить к какому-л. выводу, fəlakətə gətirmək приводить к катастрофе 4) заставлять проникаться каким-л. чувством. Dəhşətə gətirmək приводить в ужас, ümidsizliyə gətirmək приводить в отчаяние, heyrətə gətirmək приводить в изумление 5) сообщать что-л. для подкрепления своего мнения. Misal gətirmək приводить примеры, dəlil (sübut) gətirmək приводить доказательство, faktlar gətirmək приводить факты, sitat gətirmək приводить цитату 7. доставлять, доставить: 1) привезти, принести к месту назначения. Ərzağı evə gətirmək доставлять продукты на дом, avadanlığı tikinti meydançasına gətirmək доставлять оборудование на строительную площадку 2) привезти или привести кого-л. куда-л. в сопровождении. Yaralını xəstəxanaya gətirmək доставлять раненого в больницу, dustaqları gətirmək доставлять заключённых 3) причинять, вызывать. Narahatlıq gətirmək kimə доставлять беспокойство кому, sevinc gətirmək kimə доставлять радость кому 8. пригонять, пригнать. Mal-qaranı suya gətirmək пригнать скот на водопой; içəri gətirmək вносить, внести, заносить, занести; daşıyıb gətirmək: 1. натаскивать, натаскать, натащить; 2. навозить, навезти; sovurub gətirmək наметать, намести (о ветре); bəhanə gətirmək отговариваться; стараться оправдать себя разными способами; pənah gətirmək уповать, искать у кого-л. помощи, защиты; davam gətirmək выдерживать, выдержать, проявлять, проявить выдержку в чём-л. ◊ ağlına gətirmək nəyi представлять, представить себе что; ağlına da gətirməmək nəyi и не думать о чём-л.; ağlına da gətirmə и думать забудь о к ом-, о чём-л.; anadan əmdiyi südü burnundan gətirmək kimin изводить, извести кого; измучить вконец кого; tab gətirmək см. davam gətirmək; başına iş gətirmək kimin: 1. изнасиловать кого 2. измучить кого; başına oyun gətirmək kimin задавать, задать перцу (пару) кому, давать, дать жару кому; bəxti gətirib посчастливилось, повезло к ому; bəxti(m) gətirir ему (мне) везёт; bəxtimiz gətirmədi нам не повезло; bədbəxtlik gətirmək накликать несчастье, беду; dilə gətirmək: 1. kimi заставить заговорить кого; 2. сказать о чём-л.; dilə gətirməmək nəyi не говорить, считать неудобным говорить о чём, düz gətirməmək см. tərs əli gətirmək везти (об удаче в игре), əlim gətirmir мне не везет (в игре); işi gətirmək идти в гору, iş belə gətiribsə … если дело обстоит так … işi gətirir бабушка ворожит кому, iş ki belə gətirdi … коли (если, раз) на то пошло …, işi gətirmir, işi tərs gətirir не везёт кому, iştahaya gətirmək kimi раздражать аппетит чей; gözə gətirmək kimi, nəyi сглазить кого, что; ləkə gətirmək kimə, nəyə запятнать кого, что, lərzəyə gətirmək привести в содрогание, özünə gətirmək kimi привести в чувство кого, razılığa gətirmək kimi добиться чьего согласия; təngə gətirmək изводить, извести кого; надоедать, надоесть к ому; təşrif gətirmək наносить, нанести визит; жаловать, пожаловать куда, uçuruma gətirib çıxarmaq привести на край гибели, пропасти; ümumi rəyə (məxrəcə) gətirmək привести к общему знаменателю; fikrinə belə gətirmə! и думать не смей; hansı külək gətirib каким ветром занесло; hərəkətə gətirmək вводить, ввести и действие, сдвинуть с места, привести в движение; həyəcana gətirmək привести в волнение, в трепет; huşa gətirmək kimi привести в сознание кого; cana gətirmək (doydurmaq) kimi доводить, довести до крайности кого

    Azərbaycanca-rusca lüğət / gətirmək

gətirmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to bring* (d.), to fetch (d.); to carry (d.); geri ~ to bring* back (d.); Zəhmət olmasa, gedin bir parça təbaşir gətirin Go and fetch a piece of chalk, please; Onları vağzala taksi gətirdi A taxi carried them to the station; 2. (məhsul) to yield (d.), to bear* (d.); meyvə ~ to yield fruit, to bear* fruit; mənfəət ~ to be* of use, to give* benefit; xoşbəxtlik ~ to bring* luck / happiness; sitat ~ to cite / to make* a quotation; sübut ~ to produce proofs; misal ~ to give* an example; dəhşətə ~ to horrify (d.); normal hala ~ to restore to a normal state (d.); hərəkətə ~ to set* / to put* in motion (d.), to set* going; evə ~ to get* / to take* / to convey (d.) home; (heyvanı) to drive* home

    Azərbaycanca-ingiliscə lüğət / gətirmək

gətirmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) apporter vt ; geri ~ rapporter ; 2) amener vt, conduire vt ; 3) donner vt, produire vt ; meyvə ~ donner les fruits ; mənfəət ~ donner des profits ; normal hala ~ mettre en état normal

    Azərbaycanca-fransızca lüğət / gətirmək

gətirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гъун; razılığa gətirmək разивилиз гъун, рази авун; insafa gətirmək инсафдиз гъун; bəhanə gətirmək багьна гъун, багьна акъудун; tab gətirmək таб гъун, таб гун, давам гъун (гун); 2. гъун; хкун; агакьарун (мес. хабар); 3. гъун, гун (бегьер, магьсул); 4. пер. са кардал агалкьунар хьун, гъун (мес. бахтуни); кьун (мес. гъили).

    Azərbaycanca-ləzgicə lüğəti / gətirmək

gətirmək sözünün türk dilinə tərcüməsi

"gətirmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gətirmək nədir? #gətirmək sözünün mənası #gətirmək nə deməkdir? #gətirmək sözünün izahı #gətirmək sözünün yazılışı #gətirmək necə yazılır? #gətirmək sözünün düzgün yazılışı #gətirmək leksik mənası #gətirmək sözünün sinonimi #gətirmək sözünün yaxın mənalı sözlər #gətirmək sözünün əks mənası #gətirmək sözünün etimologiyası #gətirmək sözünün orfoqrafiyası #gətirmək rusca #gətirmək inglisça #gətirmək fransızca #gətirmək sözünün istifadəsi #sözlük