götürmək sözü azərbaycan dilində

götürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • götürmək • 99.6349%
  • Götürmək • 0.2190%
  • GÖTÜRMƏK • 0.1460%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.78 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 ••••••••••••••• 15.75
2004 ••••••••••••••• 15.16
2005 ••••••••••••• 13.50
2006 ••••••••••••• 13.74
2007 •••••••••• 9.94
2008 •••••••• 8.28
2009 ••••••••••••••• 15.52
2010 •••••••••••••• 14.16
2011 ••••••••••••• 12.78
2012 •••••••••••••• 14.54
2013 •••••••••••••••••••• 21.30
2014 •••••••••••••••• 16.65
2015 •••••••••••• 11.91
2016 ••••••••• 9.02
2017 ••••••••••••• 12.84
2018 ••••••••••••• 13.63
2019 •••••••••••• 12.66
2020 •••••••••••••• 14.19

götürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əlinə almaq, əlinə alıb qaldırmaq. [Xanməmməd] yaşıl çuxasının qollarını çiyninə atıb, … heç bir təklif olmadan süfrədən halva götürüb ağzına qoydu. Çəmənzəminli. [Adil:] Təndirdən yenicə çıxmış isti çörəkləri götürüb alverə yollandım. B.Bayramov. Əziz çamadanı götürüb pilləkənlərlə yuxarı qalxdı. S.Rəhman. // Qaldırmaq. Ayaqlarının birini götürüb o birini qoyur. Ü.Hacıbəyov. Fətulla … başını yastıqdan götürməyə, dirsəklənməyə çalışdı. Mir Cəlal. 2. Dəfn etmək üçün aparmaq, qaldırmaq (cənazə haqqında). Cənazəni götürmək. – Qərib öldü, götürün; Dar küçədən ötürün; Qəribin vay xəbərin; Anasına yetirin. (Bayatı). 3. Özü ilə bərabər aparmaq, yanınca aparmaq. – [Kərbəlayı Nənəxanıma:] Mən palazı satım, sən də sabah məşşatəni tap, götür, get qız axtarmağa. Çəmənzəminli. Müəllim ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmini də götürdü. B.Talıblı. [Məzlum:] Həyat fırtınası məni yad torpaqlara götürüb çıxarmışsa, özüm də ağciyər olmuşam… S.Vəliyev. 4. Öz tərkibinə almaq, qəbul etmək, daxil etmək. Rəşid oğlana üz tutdu: – Səni qulluğa götürmək mənim boynuma. M.Hüseyn. Əbili uşaq evinə götürdülər. Ə.Vəliyev. 5. Qavramaq, yadda saxlamaq, öyrənmək, mənimsəmək. Ülkərlə Səttar çox zehinli uşaq idilər, müəllim dediyi sözləri əlbəəl götürüb tutuquşu kimi rəvan eləyirdilər. (Nağıl). On üçümdə məclislərdə oturdum; On dördümdə hər nə varsa götürdüm. Aşıq Qurban. 6. Əldə etmək, məhsul almaq. Bol məhsul götürmək. 7. Hər tərəfə yayılmaq, bürümək, basmaq, yayılmaq, qaplamaq, sarmaq. Qəflətən bir qorxulu səs meşəni götürdü… Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur ulayır. S.S.Axundov. Qədim dayı küncə çəkilib, xurcunu başının altına qoydu, bir azdan xorultusu çayxananı götürdü. S.Rəhimov. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. 8. Nəzərə almaq, misal çəkmək, nümunə gətirmək (bu mənada adətən “götürək” şəklində işlənir). [Süleyman:] Məsələn, götürək, bizim cavan tacirimiz Əsgəri… Ü.Hacıbəyov. 9. Xərc tələb olunmaq, sərf olunmaq; xərclənmək, başa gəlmək. Kostyum 60 manat götürdü. – [Möhsünzadə:] Bir iyirmi manat da uşaqların və Mehribanın əyni-başı götürər. S.Hüseyn. [Böyük oğlu:] Üç manat [doktora] verdim, iki manat on altı qəpik də dərmanları götürdü. Qantəmir. 10. Başlamaq, şüru etmək, ibtidasını qoymaq. 11. Hirsləndirmək, əsəbiləşdirmək, qızışdırmaq, bərk təsir etmək. Təklifim onu götürdü. – Söz Hacı Manafı götürmüşdü. S.Hüseyn. Qızın sözü Nərgizi bərk götürdü. Ə.Məmmədxanlı. 12. Əxz etmək, almaq. Mövzunu folklordan götürmək. Fikri başqasından götürmək. Söz götürmək. 13. Dözmək, təhəmmül etmək, qəbul etmək. Söz götürmək. 14. Çıxarmaq (baş geyimləri haqqında] Papağı götürmək. Oğlan şlyapasını götürdü. 15. Yemək, dadmaq. Kababdan bir tikə götürdü. 16. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldir; məs.: od götürmək, əl götürmək, çimdik götürmək, boynuna götürmək.

    Azərbaycan dilinin izahlı lüğəti / götürmək

götürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

götürmək sözünün antonimləri (əks mənalı sözlər)

götürmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. брать, взять, черпать; 2. перенимать, перенять, заимствовать; 3. поднимать; 4. переносить, терпеть;

    Azərbaycanca-rusca lüğət / götürmək
  • 2 глаг. 1. брать, взять: 1) принимать в руки, поднимать чём-л. Əli ilə götürmək брать рукой, əlinə götürmək брать в руки, masadan (masanın üstündən) götürmək брать со стола, qaşıqla götürmək брать ложкой, çəngəllə götürmək брать вилкой, ikiəlli götürmək брать двумя руками 2) уносить, увозить, захватывать с собой кого-л., что-л. Yola götürmək брать в дорогу, özü ilə su götürmək брать с собой воду, özü ilə silah götürmək брать с собой оружие, nəvəsini özü ilə götürmək брать с собой внука 3) принимать с какой-л. целью. Köməkçi götürmək брать помощника, брать в помощники кого; işçi götürmək брать работника 4) принимать с каким-л. обязательством. Sifariş götürmək брать заказы, öhdəlik götürmək брать обязательство 5) получать в своё обладание, пользование. Borc götürmək брать в долг, sahə götürmək брать участок, dərs götürmək брать уроки 6) завладевать к ем-, ч емлибо, захватывать. Əsir götürmək брать в плен 7) перен. извлекать, заимствовать. Həyatdan götürmək брать из жизни 2. поднимать, поднять (обладать способностью принимать какое-л. количество груза). Təyyarə iki yüz sərnişin götürür самолёт поднимает двести пассажиров 3. снимать, снять: 1) доставать, брать сверху или с чего-л. Etajerkadan kitab götürmək снять книгу с этажерки, telefonun dəstəyini götürmək снять телефонную трубку, papağını götürmək снять шапку 2) собирать, убирать после созревания. Məhsul götürmək снять урожай 3) убрать (выстрелом, ударом и т.п.). Gözətçini götürmək снять охрану 4) освобождать; отстранять от работы, от занимаемой должности. İşdən götürmək снимать с работы, vəzifədən götürmək снимать с должности 4. принимать, принять: 1) включать в состав чего-л. Öz dəstəsinə götürmək kimi принимать в свой отряд кого, partiyaya götürmək принимать в партию 2) разг. подвергать себя какой-л. лечебной или гигиенической процедуре. Banna götürmək принимать ванну 5. в форме götürək возьмём (употребляется, чтобы привлечь, остановить чьё-л. внимание на ком-, чём-л.). Götürək bu misalı возьмем этот пример; götürək elə bizim Əhmədi возьмём вот нашего Ахмеда ◊ aləmi başına götürmək кричать во все горло; döş götürmək (о ребёнке) брать грудь, akkord götürmək брать аккорд, uçota götürmək брать на учёт, qorxu götürür kimi страх берет кого, kirayə götürmək брать на прокат, geri götürmək брать назад, zaminə götürmək kimi брать на поруки кого, nümunə götürmək kimdən, nədən брать пример с кого, с чего; əsas götürmək nəyi брать за основу что, istiqamət götürmək брать направление, öz üzərinə götürmək брать на себя, mənfəət götürmək получать прибыль, üstündən götürmək снять с себя, söz götürmək терпеть укоры, упрёки, aradan götürmək kimi убрать, уничтожить, убить кого, əl götürmək kimdən, nədən отказаться от кого, отречься от чего, götürüb qaçmaq (о девушке) уводить, увести, похищать, похитить, baş götürüb getmək уходить куда глаза глядят; söz götürdü kimi: 1. слово задело за живое кого; 2. слово заставило призадуматься; ölçü götürmək принимать меры; boynuna götürmək: 1. брать, взять на себя; 2. сознаваться, сознаться; gözü ilə od götürmək испытать лишения, пройти сквозь огонь и воду, gözü götürməmək kimi недолюбливать кого, od götürdü kimi пришёл в раздражение

    Azərbaycanca-rusca lüğət / götürmək

götürmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to take* (d.); bilet ~ to take* / to book tickets; əsir ~ to take* prisoner; zaminə ~ to go* bail (for); başlanğıcını ~ to originate (in, from); uçota ~ to register; bir şey üçün üzərinə məsuliyyət ~ to assume responsibility of smth.; ◊ bir kəsdən nümunə ~ to follow / to take* smb.’s example; 2. (qaldırmaq) to lift (d.); daş ~ to lift a stone; 3. (yerə düşən bir şeyi götürmək) to pick up (d.); 4. (işə) to engage (d.); 5. (oğulluğa, qızlığa) to adopt (d.); uşağı övladlığa ~ to adopt a child; 6. (qəbul etmək) to admit (d.); Onu universitetə götürüblər He / She was admitted to the university; 7. (dəfn etmək) to bury (d.)

    Azərbaycanca-ingiliscə lüğət / götürmək

götürmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. prendre vt əsir ~ faire prisonni//er, -ère ; prendre ; d’otage ; zaminə ~ prendre sous caution ; başlanğıcını ~ prendre sa source, remonter à ; işə ~ embaucher vt ; qızlığa ~ adopter légalement pour fille

    Azərbaycanca-fransızca lüğət / götürmək

götürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къачун; fayda götürmək файда къачун; bol məhsul götürmək бул магьсул къачун; nümunə götürmək чешне къачун; 2. кьун; вичихъ галаз тухун; 3. кьабулун (мес. къуллугъдал); oğulluğa götürmək хвавиле къачун (кьабулун); 4. кьун, ччирун, кьатӀун, рикӀел хуьн; gördüyünü götürmək акурди кьун; böyük danışanı kiçik götürər. Ata. sözü чlехида лагьайди гъвечlида кьада; 5. гьатун, чукӀун, акъатун, къачун (мес. ванци, ниди); iy götürmək ниди къачун, ни гьатун; 6. (харж) акъатун, харж лазим атун, харж хьун, кьилиз атун; 7. кьун, хъел кутун, хъел гъун, эсер авун (мес. гафуни); 8. эхун, кьабулун; söz götürmək гаф къачун; ** ayaq götürmək кил. ayaq; boynuna götürmək кил. boyun; əl götürmək кил. əl; fikir götürmək кил. fikir; götürək кьан чна, кьан; od götürmək кил. od; ölçü götürmək кил. ölçü; göz götürmək кил. göz.

    Azərbaycanca-ləzgicə lüğəti / götürmək

götürmək sözünün türk dilinə tərcüməsi

"götürmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#götürmək nədir? #götürmək sözünün mənası #götürmək nə deməkdir? #götürmək sözünün izahı #götürmək sözünün yazılışı #götürmək necə yazılır? #götürmək sözünün düzgün yazılışı #götürmək leksik mənası #götürmək sözünün sinonimi #götürmək sözünün yaxın mənalı sözlər #götürmək sözünün əks mənası #götürmək sözünün etimologiyası #götürmək sözünün orfoqrafiyası #götürmək rusca #götürmək inglisça #götürmək fransızca #götürmək sözünün istifadəsi #sözlük