göstərmək sözü azərbaycan dilində

göstərmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • göstərmək • 99.8551%
  • Göstərmək • 0.1226%
  • GÖSTƏRMƏK • 0.0223%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Göstərməkimilər
Göstərməkimilər (lat. Phasmatidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin göstərmələr dəstəsinə aid heyvan fəsiləsi.

göstərmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Görməsinə imkan yaratmaq; görsətmək. Evləri cərgələmə; Tikilmiş cərgələmə; Açma günəş camalın; Göstərmə hər gələnə. (Bayatı). Gah göstərdin, gah gizlətdin yanağı; Axır məni dərdə saldın, al etdin. M.P.Vaqif. [Cahan xala:] Arşın mal aparmışdım, qızlara göstərəm. Ü.Hacıbəyov. // Baxmaq, yoxlamaq üçün təqdim etmək. Sənədlərini göstərmək. // İzahat verərək tanış etmək. Otaqlarını göstərmək. Eksponatları göstərmək. – Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. Kişi axunda yem yeyən atlarını göstərib, fəxr edirdi. Mir Cəlal. // Tamaşaçılar qarşısında nümayiş etdirmək. Yeni tamaşa göstərmək. Yeni film göstərmək. Tələbələrə kimyəvi təcrübə göstərmək. 2. Müayinə edərək baxmaq, məsləhət almaq üçün gətirmək. Uşağı həkimə göstərmək. Dissertasiyasını rəhbərinə göstərmək. 3. Əl və ya baş hərəkəti ilə birinin diqqətini bir şeyə cəlb etdirmək, nişan vermək, işarə etmək. Evi göstərmək. Yolu göstərmək. Əli ilə pəncərəni göstərmək. – [Cavad] əlilə düşmən sərhədlərini göstərərək dedi… Ə.Vəliyev. Ovçu, Elçinin göstərdiyi yerə baxanda, burnuna yel doldu… M.Rzaquluzadə. // Təqdim etmək. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi. S.S.Axundov. 4. Bədii əsərdə təsvir etmək, əks etdirmək. Xalqın qəhrəmanlığını göstərmək. Əsərdə əmək adamlarının rəşadətini göstərmək. 5. Şərh etmək, izah etmək, anlatmaq, başa salmaq. Təcrübənin gedişini göstərmək. Cihazlardan istifadə qaydalarını göstərmək. Məsələnin həllini göstərmək. 6. Bəlli etmək, şəhadət etmək. Bu söz onun niyyətini açıq göstərir. 7. Hər hansı bir keyfiyyət, xüsusiyyət, hal büruzə vermək, aşkar etmək. Cəsarət göstərmək. Bacarıq göstərmək. Alicənablıq göstərmək. – Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. Şah buyurdu ki: – Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə, müəllimlikdə qabiliyyət göstərdiyindən işləri gün-gündən tərəqqi etməkdə idi. Ə.Haqverdiyev. // Kəmiyyətcə bu və ya başqa nəticələr vermək. Qaçışda yaxşı nəticə göstərmək. Təyyarə ən yüksək sürət göstərdi. 8. Bildirmək, demək və ya yazmaq. Bəhmənyar göstərir… Müəllif göstərir ki… 9. Göstərərəm, göstəririk, göstərər(lər) şəklində dan. – təhdid, hədə mənasında. Mən sənə göstərərəm… Ona göstərərlər… – [Zaman:] Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / göstərmək

göstərmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

göstərmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. показывать, демонстрировать, выставлять; 2. указывать, предъявлять; 3. оказывать, проявлять;

    Azərbaycanca-rusca lüğət / göstərmək
  • 2 глаг. 1. показывать, показать: 1) давать смотреть на кого-л., что-л., представлять для рассматривания. Kitabı göstərmək показать книгу, albomu göstərmək показать альбом, fotoşəkli dostuna göstərmək показать фотокарточку другу 2) предъявлять для просмотра, проверки. Sənədlərini göstərmək показать документы, buraxılış vərəqəsini göstərmək показать пропуск, arayışı göstərmək показать справку, şeyləri nəzarətçiyə göstərmək показать вещи контролёру 3) представлять кого-л., что-л. для осмотра, оценки, заключения и т.п. Uşağı həkimə göstərmək показать ребёнка врачу, rəyi müəllifə göstərmək показать рецензию автору, məkələni redaktora göstərmək показать статью редактору 4) демонстрировать, делать что-л. перед зрителями, перед аудиторией. Tamaşaçılara kinofilm göstərmək показать кинофильм зрителям, televiziya ilə tamaşa göstərmək показать спектакль по телевидению, fəndlər göstərmək показывать приёмы 5) знакомить с чем-л., давая пояснения. Qonaqlara muzeyi göstərmək показать гостям музей, şəhəri turistlərə göstərmək показать город туристам 6) движением, жестом и т.п. указывать, обращать внимание на кого-л., что-л. Barmağı ilə dayanacağı göstərmək показывать пальцем остановку, başı ilə elanı göstərmək кивком головы показать на объявление, əli ilə o tərəfi göstərmək рукой показывать в ту сторону 7) проявлять, обнаруживать какое-л. свойство, качество и т.п. Öz xasiyyətini göstərmək показать свой характер, igidlik göstərmək показать (проявить) мужество, dərin bilik göstərmək показать глубокие знания 8) достигать, добиваться каких-л. результатов. Yaxşı nəticə göstərmək показать хороший результат 9) отмечать, фиксировать (время, температуру и т.п.). Saat gecəyarısını göstərir часы показывают полночь, termometr otuz dərəcə istilik göstərir термометр показывает тридцать градусов тепла 2. указывать, указать: 1) движением, жестом и т.п. обращать чьё-л. внимание на кого-л., что-л. Yolu göstərmək указывать на дорогу, barmaqla göstərmək указывать пальцем, əli ilə göstərmək указывать рукой 2) отмечая что-л., обращать на это чьё-л. внимание. Nöqsanları göstərmək указывать на недостатки, səhvləri göstərmək указывать на ошибки 3) называть, сообщать, делать известным, доводить до чьего-л. сведения. Ünvanı göstərmək указывать адрес, səbəbini göstərmək указывать причину, yaşını göstərmək указывать возраст 3. проявлять, проявить (обнаруживать наличие каких-л. качеств, свойств). Bacarığını göstərmək проявлять умение, etinasızlıq göstərmək проявлять безразличие, nəzakətsizlik göstərmək проявлять бестактность, nəciblik göstərmək проявлять благородство, diqqət göstərmək kimə, nəyə проявлять внимание к кому, к чему, dəyanət göstərmək проявлять стойкость, выдержку, qəhrəmanlıq göstərmək проявлять героизм, insanpərvərlik göstərmək проявлять гуманность, qayğı göstərmək проявлять заботу, təşəbbüs göstərmək проявлять инициативу, maraq göstərmək проявлять интерес, müdriklik göstərmək проявлять мудрость, inadkarlıq göstərmək проявлять настойчивость, prinsipiallıq göstərmək проявлять принципиальность, laqeydlik göstərmək проявлять равнодушие, zəiflik göstərmək проявлять слабость, qorxaqlıq göstərmək проявлять трусость, hörmət göstərmək проявлять уважение, tərslik göstərmək проявлять упрямство, soyuqqanlılıq göstərmək проявлять хладнокровие, səy göstərmək проявлять старание (стараться) 4. оказывать, оказать. Müqavimət göstərmək оказывать сопротивление, təzyiq göstərmək оказывать давление, etimad göstərmək оказывать доверие, kömək göstərmək оказывать поддержку, köməklik göstərmək оказывать содействие ◊ özünü göstərmək: 1. показаться где-л. кому-л.; 2. проявлять себя (в каком-л. отношении, с какой-л. стороны); dişlərini göstərmək скалить зубы; əsl üzünü (simasını) göstərmək показать своё настоящее лицо; yumruq göstərmək показывать кулак; qapını göstərmək kimə показывать, указывать на дверь кому; barmaqla göstərmək kimi показывать пальцем на кого, указывать пальцем; nümunə göstərmək: 1. показывать пример; 2. показывать как пример; dilini göstərmək показывать язык (дразнить); yol göstərmək показывать путь; öz yerini göstərmək kimə указывать на своё место кому

    Azərbaycanca-rusca lüğət / göstərmək

göstərmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to show* (d. to, d.); to indicate (d.); (nümayiş etdirmək) to demonstrate (d.), to display (d.); özünü ~ to show* oneself; to put* one’s best foot foremost; özünü zəhmətdə ~ to prove one’s worth in labour; igidlik ~ to display courage; yol ~ 1) to show* the way, to indicate the way; hərarət ~ to indicate the temperature; 2) (məsləhət vermək) to give* advice; qüsurları ~ to point out the defects; bilet ~ to show* the tickets; sənəd ~ to show* one’s document; sübut ~ to show* / to present proofs; 2. (cihaz) to show*, to register, to read*; Termometr mənfi 8 dərəcə göstərir The thermometer shows / reads 8 degrees below zero; 3. (şahidlik etmək) to testify (d.), to give* evidence (of), to bear* witness; Sizə göstərərəm! (hədə) I’ll show you! ◊ bir kəsə qapını ~ (otaqdan çıxarmaq) to show* smb. the door

    Azərbaycanca-ingiliscə lüğət / göstərmək

göstərmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. montrer vt, présenter vt, faire la présentation de qch ; özünü ~ faire (se) voir ; conseiller vt ; qüsurları ~ indiquer les fautes ; sənəd ~ présenter un document ; temoigner vt, attester vt

    Azərbaycanca-fransızca lüğət / göstərmək

göstərmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къалурун; 2. баян гун, гъавурда ттун, ччирун; // лугьун ва я кхьин; 3. тамашун (килигун) патал эцигун (мес. цӀийи тамаша, фильм); 4. къалурун, гъун (мес. делилар); 5. göstərərəm, göstərərik, göstərər(lər) …ччирда, …къалурда (кичӀерар гун, сеперар авун, гьелягъар кьун манада); mən sənə göstərərəm за ваз ччирда, за ваз ийидайди ийида.

    Azərbaycanca-ləzgicə lüğəti / göstərmək

"göstərmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göstərmək nədir? #göstərmək sözünün mənası #göstərmək nə deməkdir? #göstərmək sözünün izahı #göstərmək sözünün yazılışı #göstərmək necə yazılır? #göstərmək sözünün düzgün yazılışı #göstərmək leksik mənası #göstərmək sözünün sinonimi #göstərmək sözünün yaxın mənalı sözlər #göstərmək sözünün əks mənası #göstərmək sözünün etimologiyası #göstərmək sözünün orfoqrafiyası #göstərmək rusca #göstərmək inglisça #göstərmək fransızca #göstərmək sözünün istifadəsi #sözlük