göndərmək sözü azərbaycan dilində

göndərmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • göndərmək • 99.4746%
  • Göndərmək • 0.4425%
  • GÖNDƏRMƏK • 0.0830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

göndərmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yollamaq (birinə vermək, çatdırmaq üçün). Məktub göndərmək. Sovqat göndərmək. Poçtla pul göndərmək. – [Oğul:] Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? Ə.Haqverdiyev. [Yaşlı kişi:] Tək bir teleqram üzərinə biz [tatar tacirinə] vaqonlarla mal göndərirdik. S.Hüseyn. 2. Bir tapşırıqla bir yerə yollamaq. Uşağı dükana göndərmək. [Əsgər:] Günü bu gün Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin. Ü.Hacıbəyov. Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. // Bir məqsədlə bir yerə getməsini əmr və ya təklif etmək; təyin etmək. İdarəyə müdir göndərmək. İşə göndərmək. Uşaqları gəzməyə göndərmək. 3. Ezam etmək, yollamaq. Müşavirəyə göndərmək. Vətənə göndərmək. – Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal. 4. Yazı, hərəkət və ya sözlə öz münasibətini, hissiyyatını bildirmək, ifadə etmək. Salam göndərmək. ◊ Sibirə göndərmək köhn. – Sibirə sürgün etmək. …Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / göndərmək

göndərmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 yollamaq — vermək — yönəltmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / göndərmək
  • 2 GÖNDƏRMƏK Əkizlər gəlib dedilər ki, dayday işdən gəlməyib, dayıdostu dedi ki, gəlsə həl-həlbət göndərərəm sizə (H.Abbaszadə); İXRAC ETMƏK (xaricə mal göndərmək) [Ağalarov:] Çıxarılan nefti ixrac etmək lazımdır (Ə.Məmmədxanlı); YOLLAMAQ Hətta yerli hissənin nəfəsli orkestrini də buraya yollamışdılar (M. Hüseyn); YOLLATMAQ, YOLA SALMAQ Qız: ..sonra Könüllə birgə çəkdirdikləri şəkli də zərfin içinə qoyub yola saldı (X.Hasilova).

    Azərbaycan dilinin sinonimlər lüğəti / göndərmək

göndərmək sözünün antonimləri (əks mənalı sözlər)

göndərmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. послать, препровождать, препроводить, переслать, отсылать; 2. отправлять, перебрасывать, выслать;

    Azərbaycanca-rusca lüğət / göndərmək
  • 2 глаг. 1. посылать, послать, отравлять, отправить: 1) кого, что куда, с какой целью. Nümayəndə göndərmək послать представителя, komanda göndərmək послать команду, bazara göndərmək послать на рынок (на базар), yarışa göndərmək послать на соревнования, qurultaya göndərmək послать на съезд, cənuba göndərmək послать на юг; aptekə göndərmək послать в аптеку, ezamiyyətə göndərmək послать в командировку, Moskvaya göndərmək послать в Москву, xaricə göndərmək послать за границу, direktorun yanına göndərmək послать к директору, həkim dalınca göndərmək послать за врачом, bilet almağa göndərmək послать за билетом, oxumağa göndərmək послать на учёбу, müalicəyə göndərmək послать на лечение 2) что для передачи, доставки кому, куда. Məktub göndərmək послать письмо, teleqram göndərmək послать телеграмму, pul göndərmək послать деньги, evə göndərmək послать домой, teleqrafla göndərmək послать телеграфом, по телеграфу, hər ay göndərmək посылать каждый месяц 2. направлять, направить (послать куда-л. на работу, дать назначение). Müəllim göndərmək направить преподавателем, müavin göndərmək kimi направить заместителем кого, köməkçi göndərmək kimi направить помощником кого, səfir göndərmək kimi направить кого в качестве посла, nümayəndə heyəti göndərmək направить делегацию, tikintiyə göndərmək направить на стройку, işə göndərmək направить на работу, xidmət etməyə göndərmək направить служить, rəhbərlik etməyə göndərmək направить руководить 3. присылать, прислать 1) доставить что почтой или через посредство кого-л. Poçtla göndərib kim nə прислал по почте кто что, pul göndərib он прислал деньги, uşağı göndərib он прислал ребёнка 2) направить кого, что куда-л. с какой-л. целью. adam göndəriblər прислали человека, dalımızca maşın göndəriblər за нами прислали машину 3) направить, назначить куда. Bizə təzə direktor göndəriblər к нам прислали нового директора ◊ salam göndərmək послать привет, hədiyyə göndərmək послать подарок, ölümə göndərmək послать на смерть, o dünyaya göndərmək отправить на тот свет, qırğına göndərmək послать на верную гибель (о большом количестве людей), cəhənnəmə-gora göndərmək послать ко всем чертям

    Azərbaycanca-rusca lüğət / göndərmək

göndərmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to send* (d. to), to dispatch (d. to); bir kəsi həkim dalınca ~ to send smb. for the doctor; bir kəsi ezamiyyətə ~ to send* smb. on a mission; bir şeyi poçtla ~ to send* smth. by post; pulu poçtla / teleqrafla ~ to remit (money); bir kəsə salam ~ to send* greetings to smb.; geri ~ to send* back (d.); məktub ~ to send* / to dispatch a letter; dəvətnamə ~ to dispatch invitation; uşağı mağazaya ~ to dispatch a child to the shop

    Azərbaycanca-ingiliscə lüğət / göndərmək

göndərmək sözünün fransız dilinə tərcüməsi

göndərmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ракъурун (мес. ччар, пул, саламар); рекье ттун; 2. тайин авун, ракъурун (мес. кӀвалахдал); ** Sibirə göndərmək Сибирдиз ракъурун, Сибирдиз суьргуьн авун.

    Azərbaycanca-ləzgicə lüğəti / göndərmək

göndərmək sözünün türk dilinə tərcüməsi

"göndərmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göndərmək nədir? #göndərmək sözünün mənası #göndərmək nə deməkdir? #göndərmək sözünün izahı #göndərmək sözünün yazılışı #göndərmək necə yazılır? #göndərmək sözünün düzgün yazılışı #göndərmək leksik mənası #göndərmək sözünün sinonimi #göndərmək sözünün yaxın mənalı sözlər #göndərmək sözünün əks mənası #göndərmək sözünün etimologiyası #göndərmək sözünün orfoqrafiyası #göndərmək rusca #göndərmək inglisça #göndərmək fransızca #göndərmək sözünün istifadəsi #sözlük