* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. İstiqamətini yana və ya geriyə, yaxud başqa tərəfə yönəltmək. [Rüstəm] yavaşca öküzün boynuna vurub həyətə döndərdi. S.Rəhimov. …Şirəhməd gördü ki, maşını döndərməyə yer qalmamışdır. H.Seyidbəyli. 2. Əvvəlki vəziyyətinin əksinə dəyişmək. // Bir tərəfə çevirmək. Üzünü bizə tərəf döndərdi. – Döndərmək çox çətindir, Onu öz axarından. Axar su kir götürmür. B.Vahabzadə. // Tuşlamaq, yönəltmək. Topun ağzını, hədəfə döndərmək. 3. Tərsinə qoymaq, çevirmək. Stəkanı ağzı aşağı döndərmək. Üzü üstə döndərmək. // Böyrü üstə yıxmaq, devirmək, aşırmaq. Arabanı döndərdi. Qazanı döndərmək. // İçini bayırına və ya önünü arxasına çevirmək. Yastığı döndərmək. 4. …şəklinə salmaq, …halına salmaq, …çevirmək. Suyu buza döndərmək. – Gör necə alt-üst eləyib şeyləri; Döndərib “a-ba”ya “əlif-bey”ləri. M.Ə.Sabir. Əhməd varyoxunu satıb nağd pula döndərdi ki, özü ilə aparsın və oradan mal alıb buraya gətirsin. B.Talıblı. Xandostu! Düşübdür yeni sövdayə bizim qız! Düz qəddimi döndərdi mənim yayə bizim qız! Ə.Nəzmi. 5. Soldurmaq. Günəş paltarın rəngini döndərdi. – Zəfəran tək bənzimi döndərdi ol birəhm yar. Nəsimi. 6. İnandıraraq qəbul etdirmək. [Axund Səməd:] Hətta mən istədim ki, cuhudlara … dəxi əl qatıb onları da şiə məzhəbinə döndərim, amma bir para kimsənələr məsləhət görmədilər ki, lüzumu yoxdur. M.F.Axundzadə. 7. Vaz keçdirmək, əl çəkməyə məcbur etmək; daşındırmaq. Fikrindən döndərmək. Qəsdindən döndərmək. – Dinini döndərgil, ey zahid, ki yaxşı din degil. Füzuli. Heç bir təhlükə, heç bir qorxu [Firidunu] qərarından döndərə bilmədi. M.İbrahimov. ◊ Üz döndərmək – bax üz. Sayadım sayıq deyil; Yatıbdı, ayıq deyil; Söz verib üz döndərmək; Heç yara layıq deyil. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / döndərmək1 Əsli döndürmək kimi olub. -dur şəkilçisi təsirli feil düzəldir: gülmək və güldürmək…(Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / döndərmək1 1. поворачивать, заворачивать, сворачивать, отворачивать; 2. обращать, превращать; 3. опрокинуть;
Azərbaycanca-rusca lüğət / döndərmək2 глаг. 1. поворачивать, повернуть: 1) изменить направление движения, свернуть в какую-л. сторону. Maşını sağa döndərmək повернуть машину направо 2) изменить положение, обратить голову, лицо в какую-л. сторону. Üzünü yana döndərmək повернуть лицо в сторону 2. обращать, обратить: 1) убедив, склонить к чему-л. Başqa dinə döndərmək kimi обратить в другую веру кого 2) разг. производить, произвести замену одного другим. Var-yoxunu qızıla döndərmək всё своё состояние обратить в золото 3. наводить, навести, направлять, направить. Topu hədəfə (tərəf) döndərmək направить (навести) пушку в цель 4. переворачивать, перевёртывать, перевернуть; опрокинуть что-л. Arabanı döndərmək перевернуть телегу, stəkanı döndərmək перевернуть стакан 5. превращать, превратить во что-л., переводить, перевести в иное состояние. Suyu buza döndərmək превратить воду в лёд 6. отговаривать, отговорить кого-л. от намерений, убеждений, мыслей и т.п. Qərarından döndərmək отговорить от задуманного ◊ işi öz xeyrinə döndərmək оборачивать дело в свою пользу; yolundan döndərmək kimi сбивать, сбить с пути кого; tarixin təkərini geriyə döndərmək повернуть колесо истории вспять (назад); üz döndərmək kimdən, nədən отворачиваться, отвернуться от кого
Azərbaycanca-rusca lüğət / döndərmək1 f. to turn (d.); (cəld) to swing* (d.); maşını ~ to turn the car; (cəld) to swing* the car round; açarı ~ to turn the key; tarixin təkərini ~ to reverse the course of history
Azərbaycanca-ingiliscə lüğət / döndərmək1 гл. 1. элкъуьрун, къекъуьрун (мес. машин, гьайвандин кьил са патахъ); 2. элкъуьрун; üzünü işığa tərəf döndər ччин экуьнихъ элкъуьра; suyu buza döndərmək яд муркӀадиз элкъуьрун; fikrindən döndərmək фикирдилай элкъуьрун (гъил къачуз тун); // туьш кьун, туькӀуьрун (мес. тфенгдин луьле лишандихъ); // кӀан пад цавал авун, терсина тун (мес. банка); 3. ярхарун, са къвалахъ акьалдарун, элкъуьрун (мес. араба); 4. рангар ракъурун, рангар аладарун (мес. ракъини ппекинин); ** üz döndərmək кил. üz.
Azərbaycanca-ləzgicə lüğəti / döndərmək