dindirmək sözü azərbaycan dilində

dindirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dindirmək • 98.1132%
  • DİNDİRMƏK • 0.9434%
  • Dindirmək • 0.9434%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2005 ••••••••••••••• 1.35
2009 •••• 0.32
2010 0.09
2011 ••••• 0.43
2012 0.09
2013 •••••••••••••••••••• 1.90
2014 •••••• 0.51
2017 •• 0.16
2018 •• 0.15
2019 ••• 0.28
2020 •• 0.13

dindirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Danışdırmaq, söylətmək. Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı). // məc. Əzizləmək, oxşamaq. Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq. // məc. Çalmaq, səsləndirmək. Sonra kamançanı da birisinə verərək: – Firidun xan, al, bir bunu dindir, görüm, – dedi. M.S.Ordubadi. [Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. Mir Cəlal. // İnkar şəklində: dindirməmək – danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər. – Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni? R.Rza. 2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər. – Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / dindirmək

dindirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 danışdırmaq — söylətmək — soruşmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / dindirmək
  • 2 1. DİNDİRMƏK [Firat] məhkəmə zamanı şahidləri dindirib, onları dürüstləşdirmək istəyirdi... (H.Abbaszadə); DANIŞDIRMAQ Məhkəmə sədri... bir neçə şahidi də danışdırdı (M.Hüseyn); İSTİNTAQ ETMƏK Müdir tələbələri bir-bir kabinetə çağırıb istintaq etdi (A.Şaiq). 2. DİNDİRMƏK ...Yan xəlvətdə gördüm; Dindirmədim doyunca (Bayatı); DANIŞDIRMAQ [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi (Ə.Abbasov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dindirmək

dindirmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. заговаривать, вызвать на разговор; 2. допрашивать;

    Azərbaycanca-rusca lüğət / dindirmək
  • 2 глаг. 1. говорить, разговаривать с кем-л. (общаться, поддерживать отношения, иметь общение с кем-л.) 2. разговаривать, разговорить (вовлечь в разговор, заставить разговориться кого- л.) 3. допрашивать, допросить (произвести допрос). Cinayətkarı dindirmək допросить преступника, şahidləri dindirmək допросить свидетелей

    Azərbaycanca-rusca lüğət / dindirmək

dindirmək sözünün inglis dilinə tərcüməsi

dindirmək sözünün fransız dilinə tərcüməsi

dindirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. рахурун, луькӀуьрун, лугьуз тун; // пер. кинар авун, тавазивалун; 2. пер. ваниз тун, ягъун (мес. чуьнгуьр); 3. суал-жаваб авун, силис авун; 4. dindirməmək инк. рахур тавун, луькӀуьр тавун, хъел яз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dindirmək

Oxşar sözlər

#dindirmək nədir? #dindirmək sözünün mənası #dindirmək nə deməkdir? #dindirmək sözünün izahı #dindirmək sözünün yazılışı #dindirmək necə yazılır? #dindirmək sözünün düzgün yazılışı #dindirmək leksik mənası #dindirmək sözünün sinonimi #dindirmək sözünün yaxın mənalı sözlər #dindirmək sözünün əks mənası #dindirmək sözünün etimologiyası #dindirmək sözünün orfoqrafiyası #dindirmək rusca #dindirmək inglisça #dindirmək fransızca #dindirmək sözünün istifadəsi #sözlük