ötürmək sözü azərbaycan dilində

ötürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ötürmək • 98.6715%
  • Ötürmək • 0.7246%
  • ÖTÜRMƏK • 0.6039%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.66 dəfə / 1 mln.
2003 •••••• 1.18
2004 ••••••••••• 2.36
2005 •••••••••••••••••• 4.05
2006 •••••••••• 2.25
2007 •••••••••• 2.11
2008 ••••••••••••••••••• 4.14
2009 •••••• 1.28
2010 •••••••••••••••• 3.45
2011 •••••••••••••• 3.09
2012 ••••••••••• 2.50
2013 ••••••••• 2.04
2014 ••••••••• 1.89
2015 •••••••••••••••••••• 4.59
2016 ••••••••••• 2.43
2017 •••••••••• 2.11
2018 ••••••••••• 2.40
2019 ••••••••••••• 2.78
2020 ••••••••••••• 2.78

ötürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yola salmaq. [Əli:] [Koxa] yola düşəndə heç kim onu ötürməyə çıxmasın. N.Nərimanov. Qalxıb getdikdə [Ceyranı] ötürmək məqsədi ilə dışarı çıxır. S.Hüseyn. 2. Bir-birinə verərək göndərmək. Yazını qabaqdakına ötürmək. 3. Bir şeyi tez, xəlvəti, başqalarına sezdirmədən qoymaq, salmaq, vermək. [Oğlan] qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür və bombanı cibinə ötürür… M.S.Ordubadi. 4. Üstündən keçmək, buraxmaq, fikir verməmək, nəzərdən qaçırmaq. Oxuyarkən iki sətir ötürmək. – [Dərviş:] Bir neçə məqamı mən özüm qəsd ilə ötürdüm. A.Divanbəyoğlu. Məclisdəkilər Qənbərovu böyük maraq və diqqətlə dinləyir, onun bir kəlməsini belə ötürmürdülər. Ə.Vəliyev. 5. məc. Acgözlüklə, tez-tez yemək; aşırmaq. Kazım halvadan iri tikələr tutub ötürdükcə gözlərinə işıq gəlirdi. Çəmənzəminli. Sübhanverdizadə kababdan ötürərək birinci butulkanı boşaltdı. S.Rəhimov. 6. Gəlməmək, iştirak etməmək, buraxmaq. Dərsi ötürmək. 7. Qaçırmaq, əldən çıxarmaq, istifadə edə bilməmək, çata bilməmək. Trolleybusu ötürmək. Fürsəti ötürmək. ◊ İçəri ötürmək – bax içəri. Köksünü ötürmək – bax köks.

    Azərbaycan dilinin izahlı lüğəti / ötürmək

ötürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

ötürmək sözünün antonimləri (əks mənalı sözlər)

ötürmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÖTÜRMƏK I f. Yola salmaq. Danışa-danışa o Səmayəni; Ötürmək istədi məktəbə qədər (H.Arif). ÖTÜRMƏK II f. Yemək, udmaq. Günorta zamanı ətin ötürdü; Quşlar işin həlakətə yetirdi (Q.Zakir).

    Azərbaycan dilinin omonimlər lüğəti / ötürmək

ötürmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. проводить, сопровождать; 2. пропустить, прозевать; 3. передавать, передать; 4. жрать, слопать;

    Azərbaycanca-rusca lüğət / ötürmək

ötürmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to see* (d.), to see* off (d.); döngəyə qədər ~ to see* as far as the corner; bir kəsi evə ~ to see* smb. home; bir kəsi qapıya qədər ~ to see smb. to the door; 2. to hand over (d.), to pass (d.); əldən-ələ ~ to hand (d.); topu (oyunda) ~ to pass the ball / football; 3. d.d. (yemək) to eat* up (d.), to gobble (up) (d.); 4. to miss; dərs ~ to miss a lesson; söz ~ to miss a word

    Azərbaycanca-ingiliscə lüğət / ötürmək

ötürmək sözünün fransız dilinə tərcüməsi

ötürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. рекье ттун, рекье кутун; 2. вугун, сада-садав гун, сада-садав гуналди ракъурун (мес. ччар); 3. хелветдаказ эцигун, вугун, кутун, ттун (мес. са затӀ жибинда); 4. винелай алатна фин, фикир тагун, ахъаюн (мес. кӀелдамаз цӀарар); 5. пер. вил ичӀивилелди (фад-фад) тӀуьн, кумаз-кумаз вегьин, гьажун; 6. ахъаюн, атун тавун, иштирак тавун (мес. тарсуна); 7. ахъаюн, гъиляй акъудун (мес. фирсет, автобус); ** içəri ötürmək кил. içəri; köksünü ötürmək кил. köks.

    Azərbaycanca-ləzgicə lüğəti / ötürmək

Oxşar sözlər

#ötürmək nədir? #ötürmək sözünün mənası #ötürmək nə deməkdir? #ötürmək sözünün izahı #ötürmək sözünün yazılışı #ötürmək necə yazılır? #ötürmək sözünün düzgün yazılışı #ötürmək leksik mənası #ötürmək sözünün sinonimi #ötürmək sözünün yaxın mənalı sözlər #ötürmək sözünün əks mənası #ötürmək sözünün etimologiyası #ötürmək sözünün orfoqrafiyası #ötürmək rusca #ötürmək inglisça #ötürmək fransızca #ötürmək sözünün istifadəsi #sözlük