* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Özünü öymək, özünü tərifləmək; lovğalanmaq. // Fəxr etmək. Öyünməsin kimsə gözələm deyib; Bir ayrı tövr olur halı gözəlin. M.P.Vaqif. [Şərəfnisə xanım:] Heç vaxt sən Parijə gedə bilməzsən. Ha vaxt getsən, öyün! M.F.Axundzadə. 2. Arxalanmaq, bel bağlamaq, özünə arxa saymaq. Öz övladlarına öyünmək. – Qovğa günü öyündüyüm nər dəlilər yerindəmi? “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / öyünmək1 Qədim mənbələrdə oy (öy) söz “ağıl, bilik” mənasında qeydə alınıb. Öyrətmək, öyüt sözləri də öyünməklə kökdaşdır. İndi öyünmək kəlməsi lovğalanmaq sözünün sinonimi kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / öyünmək2 1. ÖYÜNMƏK, DÖŞÜNƏ DÖYMƏK (fr.v.) Çox döymə döşünə, çox öyünmə sən; Görürəm qəlbimin gözləriylə mən (S.Rüstəm); FƏXR ETMƏK/ELƏMƏK [Aşıq Vəli:] ...Xəz xirqəsinə su kimi axma; Qızıl eynəkləri fəxr edib taxma (N.Vəzirov); İFTİXAR ETMƏK/ELƏMƏK İranda xanım da avropalı bir həyat düzəltdiyi münasibəti ilə öz bacısı Ninanın yanında iftixar edirdi (M.S.Ordubadi); ÖZÜNÜ ÖYMƏK O, ancaq özünü öyür (Y.Şirvan). 2. Öyünmək bax arxalanmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / öyünmək2 глаг. 1. хвастать, похвастать, хвастаться, похвастаться, хвалиться, (хвастливо говорить о себе, своих достоинствах), похвалиться. Pulları ilə öyünmək хвастаться своими деньгами, biliyi ilə öyünmək хвалиться знаниями 2. разг. гордиться. Atası ilə öyünmək гордиться своим отцом, müəllimi ilə öyünmək гордиться своим учителем, öz yetirmələri ilə öyünmək гордиться своими воспитанниками, питомцами; öyünməyə bir şey yoxdur похвастаться нечем, öyünmək olmasın не сочтите за хвастовство
Azərbaycanca-rusca lüğət / öyünmək1 гл. 1. дамахун; 2. вичел дамахун, вичи-вич тарифун; дамах къачун, лавгъавал авун; 3. далу кутун, агъун, дамахун (мес. вичин веледрал).
Azərbaycanca-ləzgicə lüğəti / öyünmək