* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Sürülər xeyli böyümüşdür. – Al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi bütün dünyanı işıqlandırır. M.İbrahimov. 2. Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək. Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü. – Narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. H.Sarabski. 3. Boy atmaq, uzanmaq, yetişmək, inkişaf etmək. Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü. 4. Hər hansı bir yerdə ömür keçirmək, yaşamaq, cavanlığını, uşaqlığını keçirmək. Uşaq yaxşı mühitdə böyüyür. – Girdman dağlarının təmiz havasında böyümüş bu qocanın yetmiş yaşı vardısa da, hələ qocalmaqdan şikayət etmirdi. M.Hüseyn. 5. Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq; yüksəlmək. Onun vəzifəsi böyümüşdür. – [Zeynəb:] İndi böyümüsən, daha bizə etina göstərməyirsən. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / böyümək1 Boy sözü ilə bağlıdır: boyun artması. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / böyümək5 1. BÖYÜMƏK, BOY ATMAQ Aslan bu gözəl kənddə; Böyümüş, boy atmışdı (M.Rzaquluzadə); BOYA-BAŞA ÇATMAQ Boyabaşa çatan cavan... faşistlərin əlində əsir olub qalacaqdımı? (Ə.Əbülhəsən); İRİLƏNMƏK Mərziyə xalanın... səsi çıxmasa da aydın görünürdü ki, ağlayır. Arabir dodaqları ehmalca əsir, burun pərləri irilənir, kiçilirdi (H.Abbaszadə). 2. BÖYÜMƏK (kəmiyyətcə, ölçücə artmaq) Al rənglər getdikcə artır, böyüyür... (M.İbrahimov); İRİLƏŞMƏK Əvvəl xırda, get-gedə iriləşən quşbaşı dolu yağdı (M.Rzaquluzadə); YEKƏLMƏK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / böyümək1 1. расти, возрастать, подрастать; 2. увеличиваться, расширяться; 3. возвышаться, повышаться; 4. приобрести значение, силу, важность, авторитет;
Azərbaycanca-rusca lüğət / böyümək2 глаг. 1. расти, вырасти: 1) становиться, стать больше ростом, длиннее, выше (о человеке, животном, растении). Uzununa böyümək расти в длину, eninə böyümək расти в ширину, normal böyümək нормально расти, yavaş böyümək медленно расти 2) становиться, стать старше, взрослее, приобретая какие-л. свойства. Sağlam böyümək расти здоровым, ərköyün böyümək расти баловнем, eqoist (xudpəsənd) böyümək расти эгоистом 3) проводить, провести где-л. в каких-л. условиях своё детство, ранние годы. Şəhərdə böyümək расти в городе, kənddə böyümək расти в деревне, uşaq evində böyümək расти в детском доме, atasız böyümək расти без отца, yetim böyümək расти сиротой, yaxşı ailədə böyümək расти в хорошей семье, pis şəraitdə böyümək расти в плохих условиях 4) перен. развиваясь, совершенствоваться, крепнуть, окрепнуть. Kollektivdə böyümək расти в коллективе 2. увеличиваться, увеличиться (становиться, стать большим по количеству, величине, объёму). Şiş böyümüşdür опухоль увеличилась, həcmcə böyümək увеличиваться в объёме, nə dərəcədə böyümüşdür в какой степени увеличился 3. повышаться, повыситься (в должности, чине, авторитете и т.п.) 4. осложняться, осложниться. Məsələ böyüdü вопрос осложнился 5. затягиваться, затянуться (по времени). Söhbət böyüdü (uzandı) беседа затянулась ◊ gözündə böyümək kimin вырасти в глазах чьих; gözü böyümək nədən: 1. дрогнуть, почувствовать страх перед ч ем- л.; 2. прийти в состояние крайнего удивления
Azərbaycanca-rusca lüğət / böyümək1 i. 1. (müxt. mənalarda) to grow*; to grow up; Quzu böyüyüb qoyun olur A lamb grows into a sheep; 2. (nəzərdə) to rise*; bir kəsin nəzərində ~ to rise* in smb.’s opinion; 3. (vəzifədə) to advance; 4. (qorxudan, həyəcandan və s.) dilate; Dəhşətdən onun gözləri böyüdü His / Her eyes dilated with terror
Azərbaycanca-ingiliscə lüğət / böyümək1 is. devenir vi (ê) de grande taille ; croître vi ; avancer vi (vəzifədə) ; devenir vi (ê) gros, -se (optik cihazda)
Azərbaycanca-fransızca lüğət / böyümək1 гл. 1. чӀехи хьун; еке хьун, агакьун; uşaqlar böyüyür аялар чӀехи жезва; 2. са чкада уьмуьр гьалун, яшамиш хьун; 3. везифа (дережа, нуфуз, гьуьрмет) хкаж хьун.
Azərbaycanca-ləzgicə lüğəti / böyümək