böyütmək sözü azərbaycan dilində

böyütmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • böyütmək • 96.3585%
  • Böyütmək • 2.8011%
  • BÖYÜTMƏK • 0.8403%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.07 dəfə / 1 mln.
2003 ••••••••••• 1.18
2006 ••••••••••••••• 1.58
2007 •• 0.21
2008 ••••••• 0.73
2009 ••••••••• 0.96
2010 •••••••••••••• 1.54
2011 ••••• 0.51
2012 ••••• 0.52
2013 •••••••••••••••• 1.75
2014 •••••••••••••••••••• 2.23
2015 ••••••• 0.68
2016 ••••••••••••• 1.39
2017 •••••••• 0.81
2018 •••••••••••••••••••• 2.25
2019 •••••••• 0.83
2020 ••••••••••• 1.19

böyütmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Böyük eləmək, iriləşdirmək; genişləndirmək. Şəkli böyütmək. Otaqların arasını açıb böyütmək. Bağın sahəsini böyütmək. – Əhməd elə fikir eləyirdi ki, … özü qazandığı pulların köməyi ilə alverini böyüdəcək, bir neçə gündən sonra, birinci tacirlər sırasına daxil olacaqdır. B.Talıblı. // İri, böyük göstərmək. Mikroskop şeyləri dəfələrlə böyüdür. // Mübaliğə etmək, şişirtmək. Məsələni böyütmək lazım deyil. 2. Boya-başa çatdırmaq, tərbiyələndirmək, yetişdirmək. Qızı nənəsi böyütmüşdür. Uşaq böyütmək çətin işdir. – Məmməd uşaqlarını böyüdüb, müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu. “Aşıq Qərib”. [Çimnaz:] Bu daxmada sənin kimi qız, Bülənd kimi oğul böyütmüşəm ki, bütün dünyanın xəzinələrinə dəyişmərəm! Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / böyütmək

böyütmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

böyütmək sözünün antonimləri (əks mənalı sözlər)

böyütmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. взрастить, вырастить, воспитывать; 2. увеличивать, укрупнять; 3. преувеличивать, раздувать; 4. повышать, возвышать;

    Azərbaycanca-rusca lüğət / böyütmək
  • 2 глаг. 1. растить, вырастить (воспитывать, воспитать). Ana beş oğul böyüdüb tərbiyə etmişdir мать вырастила и воспитала пятерых сыновей, körpəlikdən böyütmək растить с младенческих лет 2. увеличивать, увеличить, делать, сделать большим (о фотокарточке и т.п.) 3. повышать, повысить в должности, в чине, в звании

    Azərbaycanca-rusca lüğət / böyütmək

böyütmək sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (uşağı) to bring* up (d.); uşaq ~ to bring* up a child; uşağı vətənə məhəbbət ruhunda ~ to bring* up a child* to love its country; 2. (ailəni) to rear (d.); böyük ailə ~ to rear a large / big family; 3. (otağı, şəkli və s.) to enlarge (d.); otağı / şəkli və s. ~ to enlarge a room / photo, etc.; 4. (optik cihazda) to magnify (d.); 5. (şişirtmək) to magnify (d.); to exaggerate (d.); məsələni ~ to magnify a question; çətinliyi ~ to exaggerate difficulties; 6. (bitki) to grow*; gül, çiçək və s. ~ to grow roses / flowers, etc.; 7. (vəzifəcə) to advance (d.), to promote (d.); Onu polkovnik rütbəsinə böyütdülər He was promoted colonel / to the rank of colonel; iki dəfə ~ to double (d.); üç dəfə ~ treble (d.); dörd dəfə ~ to quadruple (d.); beş, altı və s. dəfə ~ to raise fivefold / sixfold (d.), etc.

    Azərbaycanca-ingiliscə lüğət / böyütmək

böyütmək sözünün fransız dilinə tərcüməsi

  • 1 is. élever vt (uşağı) ; cultiver vt (bitkini) ; gül ~ cultiver des fleurs ; laisser pousser la barbe (saqqalı) ; agrandir vt (otağı, şəkli) ; grossir vt (optik cihazla)

    Azərbaycanca-fransızca lüğət / böyütmək

böyütmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чӀехи авун (мес. шикил); // ири авун; // гегьеншарун (мес. кӀвал); // чӀехиз къалурун (мес. микроскопди); // къувунарун, еке авун (са месэла); 2. чӀехи авун, хвена тербия гун, арадиз акъудун, агакьарун (мес. аял).

    Azərbaycanca-ləzgicə lüğəti / böyütmək

"böyütmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#böyütmək nədir? #böyütmək sözünün mənası #böyütmək nə deməkdir? #böyütmək sözünün izahı #böyütmək sözünün yazılışı #böyütmək necə yazılır? #böyütmək sözünün düzgün yazılışı #böyütmək leksik mənası #böyütmək sözünün sinonimi #böyütmək sözünün yaxın mənalı sözlər #böyütmək sözünün əks mənası #böyütmək sözünün etimologiyası #böyütmək sözünün orfoqrafiyası #böyütmək rusca #böyütmək inglisça #böyütmək fransızca #böyütmək sözünün istifadəsi #sözlük