döyülmək sözü azərbaycan dilində

döyülmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • döyülmək • 80.0000%
  • Döyülmək • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

döyülmək sözünün leksik mənası və izahı

  • 1 məch. 1. Əl və ya başqa bir şeylə vuraraq əziyyət verilmək; kötəklənmək, əzişdirilmək. Bərk döyülmək. – Bir də görürdün [Dəli Səməd] döyüldüyü yerdə, gözləri yaşlı qəhqəhə çəkib gülürdü. Çəmənzəminli. [Əhməd:] Təqsir onda, amma döyülən mən. Ə.Haqverdiyev. [Səfər:] Döyülməyinə döyüləcəyəm, qoy … ağıllı-başlı döyülüm. C.Cabbarlı. 2. Çəkicin zərbi ilə yayılıb müəyyən şəklə salınmaq. Mis döyülüb nazikləşdirildi. 3. Bir şeylə vurularaq səs çıxarılmaq; taqqıldadılmaq. Qapı döyülür, Asya qapını açır. Ü.Hacıbəyov. Birdən qapının yavaşcadan döyüldüyü eşidildi. S.Hüseyn. Çox keçmədi ki, pəncərə içəridən iki dəfə yavaşca döyüldü. Ə.Abasov. 4. Sünbüldən ayrılmaq (müxtəlif alətlər vasitəsilə). Hətta burası da yadımdadır ki, …[taxıl] təzə döyülürdü. C.Məmmədquluzadə. …Gecə döyülən taxılı sovururdular. Ə.Əbülhəsən. Tarlalardan biçilmiş buğda, arpa [sentyabrda] xırmanlarda döyülüb yığışdırılır. Ə.Sadıq. 5. Üyüdülmək, narın hala salınmaq. Həvəngdə döyülmək. 6. Qiymə halına salınmaq. Ət qiyməkeşlə döyüldü. 7. məc. Məğlub edilmək, əzişdirilmək. 8. xüs. Müəyyən üsulla bədənə yeridilmək.

    Azərbaycan dilinin izahlı lüğəti / döyülmək

döyülmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. быть избитым, подвергаться побоям, порке; 2. быть истолченным, изрубленным, обмолоченным; 3. сковываться; 4. толочься;

    Azərbaycanca-rusca lüğət / döyülmək
  • 2 глаг. 1. избиваться, быть избитым (подвергнуться избиению) 2. толочься, истолочься, быть истолчённым, подвергнуться толчению 3. молотиться, обмолачиваться, быть обмолоченным 4. коваться: 1) подвергаться ковке (о металлах) 2) поддаваться ковке. Dəmir yaxşı döyülür железо хорошо куется 5. быть постукиваемым (о двери) 6. молоться, быть смолотым (о крупе, соли, перце и т.п.) 7. толочься, быть растолченным 8. разг. быть побитым (потерпеть поражение)

    Azərbaycanca-rusca lüğət / döyülmək

döyülmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* beaten; 2. (qamçı ilə) to be* whipped / lashed; 3. (qapı) to be* knocked; 4. (dəmir) to be* forged / beaten; 5. (dənli bitkilər) to be* threshed; 6. (ət) to be* chopped

    Azərbaycanca-ingiliscə lüğət / döyülmək

döyülmək sözünün fransız dilinə tərcüməsi

döyülmək sözünün ləzgi dilinə tərcüməsi

"döyülmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döyülmək nədir? #döyülmək sözünün mənası #döyülmək nə deməkdir? #döyülmək sözünün izahı #döyülmək sözünün yazılışı #döyülmək necə yazılır? #döyülmək sözünün düzgün yazılışı #döyülmək leksik mənası #döyülmək sözünün sinonimi #döyülmək sözünün yaxın mənalı sözlər #döyülmək sözünün əks mənası #döyülmək sözünün etimologiyası #döyülmək sözünün orfoqrafiyası #döyülmək rusca #döyülmək inglisça #döyülmək fransızca #döyülmək sözünün istifadəsi #sözlük