tökülmək sözü azərbaycan dilində

tökülmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tökülmək • 94.4785%
  • Tökülmək • 3.6810%
  • TÖKÜLMƏK • 1.8405%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

tökülmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Axmaq, yuxarıdan aşağıya hərəkət etmək (mayelər haqqında). Budur, böyük bir şəlalənin suyu gurultu ilə axıb tökülür, aşağıda köpüklənərək yayılır. M.İbrahimov. Gümüş rəngli çənlərə; Axıb dağ seli kimi; Qara qızıl tökülür. İ.Səfərli. // Düşmək (səpələnən, dənəvər, ya xırda şeylər haqqında). Tavanın suvağı tökülür. Buğda kisədən tökülür. Torpaq başımıza tökülür. // Düşmək, yerindən çıxıb düşmək. Dişləri tökülmək. Saçı tökülmək. 2. Axmaq, süzülmək, dammaq, sızmaq. Göz yaşı tökülmək. – Cəlal qaranlığa sıxdı naqanı; Töküldü yəhərə Gərayın qanı. S.Vurğun. [Səlim] o qədər odlu danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev. 3. dan. Şiddətlə, aramsız gəlmək, yağmaq. Qar ara vermədən tökülür. // məc. Yağmaq, gəlmək, enmək, saçmaq. Yunis çöl istisinin şiddətini ancaq indi hiss edirdi, göydən od tökülürdü. Mir Cəlal. Buludlarda şığıyan şimşəklərdən yerə tökülən (f.sif.) qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir. M.Rzaquluzadə. 4. Dənizə, gölə və ya başqa çaya axmaq, onunla birləşmək, qovuşmaq (çay haqqında). Araz Kürə tökülür. Volqa çayı Xəzər dənizinə tökülür. – Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli. 5. Kütlə və ya izdiham halında çıxmaq, gəlmək, getmək, axışıb gəlmək, tökülüşmək. Bunların çığırtısına hər iki məhəllədən adamlar töküldülər. N.Nərimanov. Uşaqdan böyüyə, qarıdan qocaya hər kəs ünləşib, Cavanşir qəsəbəsinin küçələrinə tökülmüşdü. S.Rəhimov. // Eyni mənada heyvanlar haqqında. Gəlsin bahar fəsli, açılsın yazlar; Göllərə tökülsün ağ qular, qazlar. Qurbani. Gün çeşt yerinə qalxanda ilxı kəndə töküldü. Ə.Vəliyev. □ Üstünə tökülmək – üstünə hücum etmək, tökülüşmək. Köpəklər [Qumrugilin] üstünə töküldü. Mir Cəlal. 6. Düşmək, enmək, tökülüşmək. Sərnişinlər qatardan tökülürdülər. – Təpədə, tarlada qatırçılar qatırdan töküldülər. Mir Cəlal. 7. Sallanmaq, düşmək. Saçı üzünə tökülmək. – [Abbas:] Dal gərdənə tökülübdü hörmələr; Mina gərdən, incə beli bürmələr. “Abbas və Gülgəz”. 8. Yerindən qopub, yaxud sınıb, xarab olub düşmək; uçulmaq. Divarın suvağı töküldü. – Deşilir pəncərə, tökülür şüşə; Partıltı səsinə səs verir meşə. H.K.Sanılı. 9. məc. Köhnəlib yıpranmaq, yararsız hala gəlmək. Uşaqlar cirə ilə yaşamaqdan və soyuqdan sapsarı olmuşdular. Üst-başları da tökülmüşdü. M.İbrahimov. 10. məc. Yağmaq. Hər tərəfdən güllə tökülür. – İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim. 11. Çıxmaq, düşmək (dişlər haqqında). Ağzında bütün dişləri tökülüb. – Qabaq dişim tökülüb; Azılarım sökülüb; Mənə qoca deməzlər; Bir az belim bükülüb. M.Ə.Sabir. 12. İfadə etmək, görünmək, görsənmək, bilinmək. [Sarxan] gözlərindən hiyləgərlik tökülən (f.sif.) alman əsgərinin üstünə təpindi. M.Hüseyn. Yerli camaata oxşamır qonaq; Doğmalıq tökülür üzündən ancaq. B.Vahabzadə. 13. Gəlmək (çoxlu şey haqqında). “Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü. C.Məmmədquluzadə. 14. Yorğunluqdan, ya soyuqdan üzülmək, ağrımaq, sızıldamaq. [Bahar:] Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya. Ə.Haqverdiyev. 15. “Tökmək”dən (1 və 5-ci mənalarda) məch. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Evin ortasına çoxlu yorğan-döşək yunu, balış tükü tökülmüşdü. Ə.Vəliyev. Dəvələr dal həyətdə boşalıb, taxıl elə dəvəçilərin köməyi ilə də anbara tökülmüşdü. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / tökülmək

tökülmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

tökülmək sözünün antonimləri (əks mənalı sözlər)

tökülmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. литься, выливаться, проливаться; 2. отливаться; 3. сыпаться, высыпаться, рассыпаться; 4. падать, выпадать, осыпаться; 5. вылезать (о волосах); 6. впадать (о реке);

    Azərbaycanca-rusca lüğət / tökülmək
  • 2 глаг. 1. литься (непрерывной струёй). Yuxarıdan su tökülür сверху льётся вода, çənlərə arasıkəsilmədən neft tökülür в цистерны беспрерывно льётся нефть, onun gözlərindən yaş tökülürdü из ее глаз лились слёзы 2. выливаться, вылиться (вытечь из чего-л.); быть вылитым из чего-л. Çəndən suyun hamısı tökülüb (axıb) из бака вся вода вылилась, vedrədən südün yarısı tökülüb из ведра вылилась половина молока 3. вливаться, влиться (втечь, налиться во что-л., куда-л.), быть влитым. Su yavaş-yavaş bardağa töküldü вода постепенно влилась в кувшин 4. наливаться, налиться (набраться, натечь во что-л.). Süd butulkaya töküldü молоко налилось в бутылку, su uşağın ağzına, burnuna, qulağına töküldü вода налилась ребёнку в рот, нос, уши 5. отливаться, отлиться: 1) изготовиться, получиться посредством литья; быть отлитым. Detal yaxşı tökülüb деталь хорошо отлилась 2) принять какую-л. форму, быть отлитым. Heykəl tökülüb, hazırdır памятник отлит, уже готов 6. проливаться, пролиться, быть пролитым; разливаться, разлиться, быть разлитым. Şorba töküldü суп пролился, süd töküldü молоко пролилось 7. сыпаться: 1) падать (о чем-л. сыпучем или мелком. Un kisədən tökülür мука сыплется из мешка, divarların suvağı tökülür штукатурка со стен сыплется, mərmi qəlpələri tökülürdü haraya сыпались осколки снаряда куда 3) разрушаться вследствие выпадения ниток по обрезанному краю (о ткани). Parçanın sapları tökülür сыплются нитки ткани 4) опадать (об увядших листьях, переспевшем зерне). Ağacların yarpaqları tökülür сыплются листья с деревьев 5) идти (о мелком, частом снеге, дожде). Hava çox pis idi, göydən soyuq narın yağış tökülürdü погода была скверная: сыпался мелкий холодный дождь 8. высыпаться, высыпаться, быть высыпанным: 1) быть помещенным куда-л., сыплясь кем-л. Un kisəyə tökülüb мука высыпана в мешок 2) сыплясь, вывалиться, выпасть. Suvaq döşəməyə tökülüb штукатурка высыпалась на пол 9. всыпаться, всыпаться, быть всыпанным (уместиться где-л. – о чём-л. сыпучем) 10. засыпаться, засыпаться (попасть, проникнуть куда-л. – о чем-л. сыпучем); быть засыпанным 11. высыпать, высыпать (выйти, выбежать, выехать во множестве); разг. высыпаться. Camaat küçələrə töküldü народ высыпал (высыпался) на улицы 12. падать, свисать, ниспадать (опускаться). Saçı döşünə tökülürdü волосы ниспадали на грудь 13. впадать (втекать, вливаться в реку, озеро, море). Araz Kürə tökülür Араз впадает в Куру, Volqa Xəzərə tökülür Волга впадает в Каспий 14. выпадать, выпасть (вывалиться из своего места или вылезти – о зубах, перьях, волосах и т.п.). Dişləri tökülüb у него выпали зубы, saçı tökülür у него выпадают волосы ◊ göydən od tökülür солнце печет землю (об очень жаркой погоде); üstünə tökülmək kimin, nəyin наброситься, напасть (многим) на кого, на что; ayaqlarım tökülür: 1) ноги ноют; безл. ноги ломит (поламывает – о болезненном ощущении в ногах) 2) ноги замерзли; üzündən doğmalıq tökülür (yağır) kimin веет чем-то родным от кого; gözlərindən biclik tökülür (yağır) kimin чертенята в глазах у кого; dilindən zəhər tökülür kimin говорит – жалит кто; üz-gözündən zəhər tökülür туча тучей; злой, как собака

    Azərbaycanca-rusca lüğət / tökülmək

tökülmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. авахьун (мес. вилин накъвар); 2. авахьун, чукӀун, аватун (мес. къавай накьв, шешелдай къуьл); saçı üzünə tökülmək чӀарар ччиниз авахьун; 3. акъатун, авахьун (мес. сарар); 4. алахьун, авахьун, фин (мес. чӀар); 5. рах. ара датӀана къун (мес. марф, жив); // пер. къун, авахьун (мес. цавай цӀай); 6. гьар санихъай атун (фин), атана (фена) алтугун, алтӀушун (инсанар, гьайванар); üstünə tökülmək винел алтугун, гьар санихъай гьужум авун, алтӀушун, алтугун (мес. кицӀер); 7. эвичӀун (гзафбур санал, мес. пассажирар поезддай); 8. акъахун, авахьун, алатун, аватун (мес. цлан кьазбунар); 9. тӀал къачун, тӀал гьатун, тӀа хьун (мекьивиляй, юргъунвиляй ва мс.); 10. “tökmək”dən məch.; ** ağzından dürr tökülmək кил. dürr; əti tökülmək кил. ət; qan tökülmək кил. qan.

    Azərbaycanca-ləzgicə lüğəti / tökülmək

"tökülmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tökülmək nədir? #tökülmək sözünün mənası #tökülmək nə deməkdir? #tökülmək sözünün izahı #tökülmək sözünün yazılışı #tökülmək necə yazılır? #tökülmək sözünün düzgün yazılışı #tökülmək leksik mənası #tökülmək sözünün sinonimi #tökülmək sözünün yaxın mənalı sözlər #tökülmək sözünün əks mənası #tökülmək sözünün etimologiyası #tökülmək sözünün orfoqrafiyası #tökülmək rusca #tökülmək inglisça #tökülmək fransızca #tökülmək sözünün istifadəsi #sözlük