sökülmək sözü azərbaycan dilində

sökülmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sökülmək • 85.7143%
  • Sökülmək • 8.9286%
  • SÖKÜLMƏK • 5.3571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2010 ••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.17

sökülmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Tikişi açılmaq. Paltarımın qolu sökülüb. Paltonun astarı sökülüb. – Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər. 2. məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). Çal-çəpər sökülüb dağılmışdı. Malqara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B.Bayramov. // Məc. mənada. [Məşədi İbad:] Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim? Ü.Hacıbəyov. 3. İşıqlanmaq, açılmaq (adətən “üfüq”, “şəfəq” və s. sözlərlə). Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı). Yolda açdım səhəri; Üfüq üzümə güldü; Qızıl donlu dan yeri; Gözlərimdə söküldü. Ə.Kürçaylı.

    Azərbaycan dilinin izahlı lüğəti / sökülmək

sökülmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

sökülmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. распарываться, расшиваться, распороться; 2. быть разобранным, снесенным, разрушенным;

    Azərbaycanca-rusca lüğət / sökülmək
  • 2 глаг. 1. пороться, распарываться, распороться, быть распоротым, расшиваться, расшиться, быть расшитым. Pencəyin qolu sökülüb распоролся рукав пиджака, kitabın qabığı sökülüb расшилась обложка книги 2. распускаться, распуститься. Corab sökülüb чулок распустился 3. сноситься, быть снесённым. Ev sökülüb дом снесён 4. разбираться, быть разобранным (о механизмах и т.п.) ◊ ürəyim sökülür душа (сердце) разрывается

    Azərbaycanca-rusca lüğət / sökülmək

sökülmək sözünün inglis dilinə tərcüməsi

sökülmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. цӀвалар ахъа хьун; акъахун (цвайи, храй чка); 2. məch. чукӀурнаваз хьун, чкӀанваз хьун; // пер. чукӀун; 3. экуь хьун, ахъа хьун (мес. югъ); dan yeri sökülmək лаз ягъун, яр ягъун, экуь хьун (гьава).

    Azərbaycanca-ləzgicə lüğəti / sökülmək

Oxşar sözlər

#sökülmək nədir? #sökülmək sözünün mənası #sökülmək nə deməkdir? #sökülmək sözünün izahı #sökülmək sözünün yazılışı #sökülmək necə yazılır? #sökülmək sözünün düzgün yazılışı #sökülmək leksik mənası #sökülmək sözünün sinonimi #sökülmək sözünün yaxın mənalı sözlər #sökülmək sözünün əks mənası #sökülmək sözünün etimologiyası #sökülmək sözünün orfoqrafiyası #sökülmək rusca #sökülmək inglisça #sökülmək fransızca #sökülmək sözünün istifadəsi #sözlük