süzülmək sözü azərbaycan dilində

süzülmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • süzülmək • 86.9565%
  • Süzülmək • 13.0435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

süzülmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. Məhlul süzüldü. Su süzüldü. // Sudan ayrılmaq. Qatıq süzüldü. Düyü süzülüb. 2. Axmaq, damcı-damcı tökülmək, sızmaq. Sarxan… yanaqlarına süzülən (f.sif.) iri yaş damlalarını sildi. M.Hüseyn. Maya da özünü saxlaya bilməyib başını Səkinənin sinəsində gizlədərək süzülən (f.sif.) damcıları sildi. M.İbrahimov. Dinlə, meşədəki bulaq nə deyir? Baxma ki, süzülür o, gilə-gilə. N.Xəzri. // Sızıb keçmək. …Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn. Gülyanağa elə gəlirdi ki, göydən yerə süzülən (f.sif.) şəfəq Qəhrəmanlar kəndindəki gəncliyin, cavanların oxuduğu şən mahnının, qızların sevincinin, adamların məsud həyatının timsalıdır. Ə.Vəliyev. Günəşin ilk şüaları hisli bacadan içəri süzülərkən Fatı yorğanı üstündən götürüb tulladı. Ə.Abasov. 3. Yarıyuxulu kimi olmaq; xumarlanmaq, axmaq (göz haqqında). Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. Nə gözəl süzülür qara gözlərin; Əcəba, onları süzmək vaxtımı? M.Müşfiq. 4. Üzülmək, ilmələri qaçmaq, seyrəkləşmək. Şalvarın dizləri süzülüb. Pencəyin qolları süzülmüşdür.

    Azərbaycan dilinin izahlı lüğəti / süzülmək

süzülmək sözünün etimologiyası

  • 1 Qərb dialektlərində pencəyin qolu süzülüb tipli cümlələr işlədilir. Sözün əsli süzülmək deyil, üzülməkdir.Üzmək feili mənbələrdə “рвать”, “отрывать” kimi açıqlanıb. Deməli, paltarın süzülməsi (üzülməsi) “sapın qırılması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / süzülmək

süzülmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

süzülmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. быть процеженным, фильтроваться, цедиться; 2. сочиться, стекать; 3. износиться, истончиться от ветхости;

    Azərbaycanca-rusca lüğət / süzülmək
  • 2 глаг. 1. цедиться, процеживаться, быть процеженным. Qatıq süzülüb кислое молоко процежено 2. выцеживаться, быть выцеженным. Boçkadan (çəlləkdən) pivə süzüldü выцежено пиво из бочки 3. сцеживаться, быть сцеженным. Kəsmiyin suyu süzüldü сцежена сыворотка с творога 4. течь, стекать, стечь. Gözündən yaş süzülür слеза стекает из глаз, paltarından su süzülür с его (её) одежды течет, стекает вода 5. сочиться: 1) течь, вытекать по капле или тонкой струйкой (о жидкости). Daşların arasından su süzülür вода сочится меж камнями 2) перен. источаться, исходить откуда-л., из чего-л. Ayın işığı pəncərədən otağa süzülürdü свет луны сочился сквозь окно в комнату 6. фильтроваться, быть фильтрованным 7. протираться, протереться, продырявливаться, продырявиться (от носки). Pencəyin qolları süzülüb рукава пиджака протерлись, şalvarı süzülüb kimin брюки продырявились у кого, чьи ◊ gözləri süzülür kimin глаза слипаются у кого, чьи

    Azərbaycanca-rusca lüğət / süzülmək

süzülmək sözünün inglis dilinə tərcüməsi

süzülmək sözünün fransız dilinə tərcüməsi

süzülmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куьз хьун; квай яд ва мс. хкатун; 2. авахьун, кӀвахьун, стӀал-стӀал авахьун (мес. гьекь, вилин накъвар); 3. ахвар галай хьиз хьун; авахьун, хумар хьун (вилер); 4. гъалар акъахун, кваквар акъахун, кьери хьун, кьелечӀ хьун (мес. шалвардин метӀер).

    Azərbaycanca-ləzgicə lüğəti / süzülmək

Oxşar sözlər

#süzülmək nədir? #süzülmək sözünün mənası #süzülmək nə deməkdir? #süzülmək sözünün izahı #süzülmək sözünün yazılışı #süzülmək necə yazılır? #süzülmək sözünün düzgün yazılışı #süzülmək leksik mənası #süzülmək sözünün sinonimi #süzülmək sözünün yaxın mənalı sözlər #süzülmək sözünün əks mənası #süzülmək sözünün etimologiyası #süzülmək sözünün orfoqrafiyası #süzülmək rusca #süzülmək inglisça #süzülmək fransızca #süzülmək sözünün istifadəsi #sözlük