* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Hamar, sürüşkən səth üzərində hərəkət etmək. Kirşə buzun üstündən sürüşüb keçdi. 2. Asanlıqla hamar səth üstü ilə hərəkət etmək, irəliləmək. [Qasım:] Dənizin üzü dələmə kimi idi. Gəmi suyu yara-yara sürüşürdü. T.Ş.Simurq. 3. Sürüşüb düşmək, yerindən qaçmaq. Papaq başından sürüşüb düşdü. – [Sona anım:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. Ayaq altında dayanmayan narın isti qum sürüşüb aşağı getdikcə uşaqlar baxmır, tövşüyətövşüyə, ağır-ağır diklənirdilər. Mir Cəlal. Qızın qara çadrası başından sürüşüb boynuna düşdü… Ə.Məmmədxanlı. 4. Sürüşə-sürüşə düşmək. 5. Çəkilmək. İzzət Əhmədin yanına sürüşüb əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə. C.Məmmədquluzadə. Pası bir qədər kənara sürüşərək əllərini dizinə vurub: – Bir qulaq kağıza yüz manat, – dedi. S.Rəhimov. [Surxay:] Mehralı dayı, bir az o yana sürüş, qonağımız əyləşsin. S.Rəhman. 6. məc. Gözə görünmədən, heç kəsə hiss etdirmədən getmək, yox olmaq, çəkilmək; əkilmək. [Molla] başmağını astanada qoyub, ətəyini ovcuna yığdı, oğru pişik kimi sürüşdü. Mir Cəlal. Leytenant tezcə sürüşüb çıxdı. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / sürüşmək1 Kökü sürmək (“maşını sür” deyirik) feili ilə bağlıdır. Qayıdış növü sürün və sürüş variantlarında mövcuddur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sürüşmək2 глаг. 1. скользить, 1) двигаться, катясь по гладкой, скользкой поверхности. Xizəklə sürüşmək скользить на лыжах 2) не удерживаться на гладкой, скользкой поверхности. Ayaqqabılarım sürüşür обувь у меня скользит, əsası (çəliyi) sürüşür kimin трость скользит у кого, чей 3) сползать, спадать. Örpək sürüşür платок скользит 4) падать, не удерживаться, выскальзывать. Qaşıq əlindən sürüşdü ложка скользнула из рук 2. поскальзываться, поскользнуться (заскользив, потерять равновесие). O sürüşüb yıxıldı он поскользнулся и упал 3. кататься (ездить на ч ём-л., в чём-л., передвигаться с помощью чего-л. для развлечения или для упражнения). Konkidə sürüşmək кататься на коньках, kirşədə sürüşmək кататься на санках 4. простореч. смываться, смыться (быстро или незаметно уйти, удалиться откуда-л.). Sürüşüb aradan çıxdı он смылся 5. разг. подвигаться, подвинуться (немного передвинуться или придвинуться). Bir az o yana sürüş подвинься немножко туда
Azərbaycanca-rusca lüğət / sürüşmək1 f. 1. to slip, to slide*; to slip down; to glide; buzun üstündə ~ to glide on the ice; ayağı ~ to slip one’s foot; Ayağım sürüşdü My foot slipped; 2. (diyircəklə) to skate, to go* skating; 3. (xizəklə) to ski*; təpədən ~ (xizəklə) to ski* down a hill; 4. (aradan çıxmaq) to steal* (away), to slip away
Azərbaycanca-ingiliscə lüğət / sürüşmək1 гл. 1. цӀуьдгъуьнун; цӀуьдгъуьн хьун, цӀуьдгъуьнна (авахьна) фин; авахьун (мес. гъел муркӀадилай); 2. цӀалцӀам са затӀунин винелай регьятвилелди гьерекат авун, фин; сирнавун (гимиди целай); 3. цӀуьдгъуьнна аватун, алатун (мес. бармак, шал); 4. авахьиз-авахьиз эвичӀун, авахьун (виняй агъуз); 5. шутхун хьун; агатун; къакъучӀун; хьун; 6. пер. шуткьун хьун, чинеба, садазни таквадайвал фин, арадай акъатун, цӀвехун.
Azərbaycanca-ləzgicə lüğəti / sürüşmək