sümürmək sözü azərbaycan dilində

sümürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sümürmək • 87.5000%
  • SÜMÜRMƏK • 6.2500%
  • Sümürmək • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sümürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ağız və dodaqları ilə bir şeyi sorub çəkmək: əmmək. Suyu sümürmək. Papirosu sümürmək. – Cümşüd bəy qəlyanı hərdənbir sümürüb qəhvəni qarışdırır və qurtum-qurtum içib söhbətə qulaq asırdı. E.Sultanov. Qarı bu suala diqqətlə qulaq asıb çubuğunu sümürdü… S.Rəhman. 2. məc. Aldadaraq, dilə tutaraq birinin varyoxunu sorub çəkmək, soymaq. ◊ Qanını sümürmək – bax qanını sormaq (“qan”da). [Şeyda:] Təbii, o sizin qanınızı sorub sümürmək istər. H.Cavid. [Qarakişi Hümmətə:] …Taxtabiti kimi kolxozun qanını sümürdün, indi də bizim üstümüzə yıxırsan?! B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / sümürmək

sümürmək sözünün etimologiyası

  • 1 Mənaca sormaq, yağlanmaq, piylənmək, hopmaq,öpmək kəlmələri ilə yaxındır. Mənbələrdə sümür sözü “əmmək”, “sormaq” kimi açıqlanıb. Müstəm­lə­kə­çilik yerinə bəzi türk dillərində sümürməçilik işlədilir. Zənn edirəm ki, sümür və sor sözləri tarixi baxımdan eyni kökə malikdir. Bəzi türk dillərində piy yerinə səmir (səmiz forması da var) işlədilir. Deməli, sümürmək “yağını sormaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sümürmək

sümürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

sümürmək sözünün rus dilinə tərcüməsi

  • 1 всосать, иссосать, тянуть

    Azərbaycanca-rusca lüğət / sümürmək
  • 2 глаг. простореч. сосать: 1. взяв что-л. в рот и смачивая слюной, производить втягивающие движения языком и губами 2. курить короткими затяжками. Papiros sümürmək сосать папиросу, qalyan sümürmək сосать трубку 3. есть, вызывая такими движениями языка и губ постепенное растворение, размягчение пищи (сахара, конфет, сухарей и т.п.). Konfet sümürmək сосать конфету 4. перен. вымогать хитростью ◊ qanını sümürmək (sormaq) kimin сосать кровь чью

    Azərbaycanca-rusca lüğət / sümürmək

sümürmək sözünün inglis dilinə tərcüməsi

sümürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. фитӀинун, фитӀинна хъун (мес. яд); фитӀинна чӀугун (мес. пӀапӀрус); 2. пер. алцурна, мецив кьуна садан авай-авачир вири къачун, алажун; ** qanını sümürmək кил. qan (qanını sormaq).

    Azərbaycanca-ləzgicə lüğəti / sümürmək

Oxşar sözlər

#sümürmək nədir? #sümürmək sözünün mənası #sümürmək nə deməkdir? #sümürmək sözünün izahı #sümürmək sözünün yazılışı #sümürmək necə yazılır? #sümürmək sözünün düzgün yazılışı #sümürmək leksik mənası #sümürmək sözünün sinonimi #sümürmək sözünün yaxın mənalı sözlər #sümürmək sözünün əks mənası #sümürmək sözünün etimologiyası #sümürmək sözünün orfoqrafiyası #sümürmək rusca #sümürmək inglisça #sümürmək fransızca #sümürmək sözünün istifadəsi #sözlük