düşürmək sözü azərbaycan dilində

düşürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düşürmək • 93.6842%
  • DÜŞÜRMƏK • 3.1579%
  • Düşürmək • 3.1579%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2010 •••••••••••••• 0.36
2011 ••••••••••••• 0.34
2012 •••• 0.09
2013 •••••• 0.15
2014 ••••••••••••• 0.34
2015 ••••••• 0.17
2019 •••••••••••••••••••• 0.56

düşürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq. Kitabları aşağı düşürmək lazımdır. – [Qadın:] Yox! Yalvarıram sənə! Amandır! Bu evdə mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de ki, onu düşürüb mənə versinlər. Ə.Haqverdiyev. // Bir şeyin üstündən qaldırıb yerə qoymaq, bir yerdən düşməsinə kömək etmək. Uşağı atdan düşürmək. Yükü maşından düşürmək. – Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər. M.F.Axundzadə. Qərənfil xala keçən il tikdirdiyi cücəgözü çit döşlüyü ilə yapışıb qazanı yerə düşürdü. Ə.Vəliyev. 2. Bilmədən əlindən buraxmaq, əlindən salmaq. Stəkanı əlindən düşürüb sındırdı. // Düşməsinə imkan vermək. Meyvələri tordan düşürə-düşürə (z.) gedirdi. Bütün şeylərini yolda düşürdü. // Bilmədən toxunaraq düşməsinə səbəb olmaq, salmaq, yıxmaq, devirmək. Dibçəkləri pəncərədən düşürmək. 3. məc. Alçaltmaq, endirmək, hörmətsiz etmək. Kollektivin gözündən düşmək. 4. Salmaq, məhrum etmək, devirmək. Padşahı taxtdan düşürdülər. Vəzifəsindən düşürmək. – …Heç kəs çar istilasının əzəmətini düşürmək cürətində bulunmadı. M.S.Ordubadi. 5. Dərmək. Adam var, dolanar səhranı, düzü; Adam var, düşürər gülü, nərgizi. “Abbas və Gülgəz”. Bir gün qadınlarla çocuqlar moruq və çiyələk düşürməyə getmişdilər. A.Şaiq. // Dağıtmaq, qoparıb götürmək. Bir gün Kəblə Cahangir gördü ki, oğlu Ağabala divardan sərçə yuvası düşürür. Çəmənzəminli. 6. Salmaq, məruz etmək, düçar etmək. Pis vəziyyətə düşürmək. – Mən, zarafat deyil, ey sevdiciyim, can yıxıram!… Sənsən, əlbət, düşürən bu qara sevdaya məni. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / düşürmək

düşürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

düşürmək sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. спускать, спустить кого-л., что-л. (переместить сверху вниз). Uşağı qucağından düşürmək спускать ребенка с рук на пол 2. высаживать, высадить кого-л., что-л. (помочь, заставить или дать выйти, сойти на землю из вагона, автомобиля, судна и т.п.). Xəstələri gəmidən düşürmək высадить больных с корабля, stansiyada düşürmək высадить на станции 3. снимать, снять: 1) достать, взять сверху или с поверхности чего-л. (то, что лежит, стоит, висит и т.п. на чём-л.). Uşağı atdan yerə düşürmək снять ребенка с лошади 2) удалить, убрать с поезда, корабля и т.п., высаживая. Biletsiz sərnişini düşürmək снять безбилетного пассажира 3) разг. отстранить, освободить кого-л. от должности, от дела по какой-л. причине. Vəzifəsindən düşürmək снять с должности 4. выгружать, выгрузить что-л. с поезда, с судна и т.п. (вещи, поклажу). Çamadanları vaqondan düşürmək выгрузить чемоданы из вагона 5. разг. свергать, свергнуть кого-л. Taxtdan düşürmək свергнуть с престола

    Azərbaycanca-rusca lüğət / düşürmək

düşürmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to take* away (d.); (yuxarıdan) to take* down (d.); to assist / to help down (d.); to get* / to set* down (d.); bir kəsi tramvaydan ~ (məcbur etmək) to make* smb. get out of a tram / get off a tram; (kömək etmək) to help / to assist s.o. to get off the tram

    Azərbaycanca-ingiliscə lüğət / düşürmək

düşürmək sözünün fransız dilinə tərcüməsi

düşürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. авудун; uşağı atdan düşürmək аял балкӀандилай авудун; 2. пер. аскӀанарун, усаларун, агъузун, вегьин (мес. коллективдин виляй); 3. магьрум авун, ярхарун, авудун, вегьин (мес. пачагь тахтунай); 4. атӀун (мес. цуьквер, некьияр); 5. ттун, кутун (мес. пис везиятда).

    Azərbaycanca-ləzgicə lüğəti / düşürmək

düşürmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#düşürmək nədir? #düşürmək sözünün mənası #düşürmək nə deməkdir? #düşürmək sözünün izahı #düşürmək sözünün yazılışı #düşürmək necə yazılır? #düşürmək sözünün düzgün yazılışı #düşürmək leksik mənası #düşürmək sözünün sinonimi #düşürmək sözünün yaxın mənalı sözlər #düşürmək sözünün əks mənası #düşürmək sözünün etimologiyası #düşürmək sözünün orfoqrafiyası #düşürmək rusca #düşürmək inglisça #düşürmək fransızca #düşürmək sözünün istifadəsi #sözlük