düşünmək sözü azərbaycan dilində

düşünmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düşünmək • 95.9305%
  • Düşünmək • 3.7717%
  • DÜŞÜNMƏK • 0.2978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.89 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 27.41
2003 •••••• 7.09
2004 •••• 5.05
2005 •••• 4.72
2006 ••••• 6.53
2007 ••• 3.81
2008 ••• 2.92
2009 ••••• 6.56
2010 ••••• 6.35
2011 ••••• 6.26
2012 ••••• 6.63
2013 ••••••••• 12.11
2014 ••••••••• 11.15
2015 •••••••• 10.55
2016 •••• 5.38
2017 •••• 5.04
2018 •••• 5.39
2019 ••••• 6.54
2020 •••••• 7.43

düşünmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək. – Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda. S.Vurğun. // Fikirləşib aramaq, fikirləşib tapmağa çalışmaq. Bir çarə düşünmək. Lazımi tədbirlər düşünmək. Məsələnin həllini düşünmək. // Ümumiyyətlə, fikirləşmək, götür-qoy etmək. Bu xüsusda çox düşünmüşük. Əli alnında düşünürdü. – Düşünürsən: insan insandır; Biri nədən doğma, mehriban, qayğıçəkən; Biri sərt, qılıqsız, ögey? R.Rza. Əziz bir papiros yandırıb düşünməyə başladı. S.Rəhman. İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim. İndi Kamal nə edəcəyini deyil, necə edəcəyini düşünürdü. M.Rzaquluzadə. □ Düşünüb-daşınmaq – fikirləşmək, düşünmək. [Şeyda:] …Duyğusuz bir makina kimi düşünübdaşınmaq, yazıb-pozmaq neçin?! H.Cavid. Orxan çox düşünüb-daşındı və axırda inandırdı ki, Bənövşə görüşə gəlməyəcək. İ.Məlikzadə. 2. Təsəvvür etmək, zənn etmək, ağlına gətirmək, xəyalına gətirmək, xəyal etmək. Kim düşünə bilər ki… – Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq. // Yada salmaq, fikrinə gətirmək, xatirinə gətirmək. Bu saat hələ səni düşünürdüm. Bir şey düşündüm. – [Əbdüləli bəy:] Doğrudur, mən də onu düşünürdüm. C.Cabbarlı. Yazıq babaları düşündükcə mən; Ağrımış ürəyim bəlkə min kərə! S.Vurğun. 3. Başa düşmək, anlamaq, dərk etmək. Heç bir şey düşünə bilməmək. – Bunu hətta düşünüb cümlə müsəlman uşağı; Hər vilayətdə deyirlər: Pa atonnan, ölüb …ə! M.Ə.Sabir. Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur. M.İbrahimov. 4. Narahat olmaq, əndişə etmək, fikir çəkmək. Xəstə çox düşünür. // Fikrini çəkmək, haqqında narahat olmaq, qeydinə qalmaq. Ancaq özünü düşünmək. – Özünü düşünür, özünü hər kəs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / düşünmək

düşünmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

düşünmək sözünün rus dilinə tərcüməsi

  • 1 думать, мыслить, размышлять, соображать

    Azərbaycanca-rusca lüğət / düşünmək
  • 2 глаг. 1. думать, подумать: 1) размышлять, предаваться раздумью. Hey düşünürəm все думаю, bir düşün (хоть) подумай, gələcəyini düşünmək думать о будущем 2) заботиться, беспокоиться. Tək özü haqqında düşünmək думать только о себе 3) строить умозаключения, рассуждать. Düz düşünmək правильно думать, düşünürəm ki, … думаю, что … 4) только несов. держаться какого-л. мнения, считать, предполагать. Sən necə düşünürsən? как ты думаешь? 5) намереваться, помышлять сделать что-л. İşə başlamığı düşünürdüm я думала начать работу, bir məkələ yazmağı düşünürəm думаю написать статью 2. обдумывать (мысленно обсуждать, взвешивать что-л.), обдумать. Halını düşünmək kimin обдумывать положение чье, çıxış yolu düşünmək обдумывать, как выйти из положения, sakitcə düşünmək спокойно обдумывать, məsələnin həllini düşünmək обдумывать решение задачи; sən hər şeyi yaxşıyaxşı düşünübsənmi? ты всё хорошо обдумал?

    Azərbaycanca-rusca lüğət / düşünmək

düşünmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to think* (of, about), to consider (d.); O heç vaxt başqaları haqqında düşünmür He / She never considers / thinks of others, He / She never takes other people into consideration

    Azərbaycanca-ingiliscə lüğət / düşünmək

düşünmək sözünün fransız dilinə tərcüməsi

düşünmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. фикир авун, фикирун; фагьумун; веревирдун; düşünüb-daşınmaq кьулухъ-вилик веревирдун, фикирун, фагьумун; 2. акьулдиз (фикирдиз, хиялдиз) гъун, хиял авун; рикӀел гъун; 3. гъавурда акьун, кьиле гьатун, кьатӀун; 4. фикир чӀугун, нарагьат хьун, къайгъуда амукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / düşünmək

düşünmək sözünün türk dilinə tərcüməsi

"düşünmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düşünmək nədir? #düşünmək sözünün mənası #düşünmək nə deməkdir? #düşünmək sözünün izahı #düşünmək sözünün yazılışı #düşünmək necə yazılır? #düşünmək sözünün düzgün yazılışı #düşünmək leksik mənası #düşünmək sözünün sinonimi #düşünmək sözünün yaxın mənalı sözlər #düşünmək sözünün əks mənası #düşünmək sözünün etimologiyası #düşünmək sözünün orfoqrafiyası #düşünmək rusca #düşünmək inglisça #düşünmək fransızca #düşünmək sözünün istifadəsi #sözlük