bürünmək sözü azərbaycan dilində

bürünmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bürünmək • 78.2609%
  • Bürünmək • 17.3913%
  • BÜRÜNMƏK • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

bürünmək sözünün leksik mənası və izahı

  • 1 qayıd. 1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək. – Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir. Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani. Kəblə Fərəculla evin qapı tərəfində, altında döşək … Ərdəbil kürkünə bürünüb əyləşərək qapının döyülməsini gözləyir. H.Sarabski. 2. Əhatə olunmaq, dövrələnmək, araya alınmaq. Ana baxır: izdihamla bürünmüşdür dörd yanı; Milyon-milyon əl uzanıb; Dağıtmaqçın qara mənfur zindanı. R.Rza. 3. Qaplanmaq, çulğalanmaq, örtülmək. Qarlı dağlar dumanlara bürünür. A.Səhhət. // Obrazlı təşbehlərdə. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. Səhralar al geyib gülə bürünür; Sevinir yurdumun oğulu, qızı. S.Vurğun. Qadının üzünü bir acılıq bürüdü. S.Hüseyn. Gecə qatı qaranlığa bürünmüşdü. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / bürünmək

bürünmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

bürünmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. кутаться, окутываться, укутываться, закутываться; 2. быть окруженным, обволоченным;

    Azərbaycanca-rusca lüğət / bürünmək
  • 2 глаг. nəyə 1. кутаться, окутываться, окутаться, укутываться, укутаться, закутываться, закутаться, заворачиваться, завернуться во что-л. Yorğana bürünmək кутаться в одеяло, bərk-bərk bürünmək крепко закутаться 2. обволакиваться, обволочься, заволакиваться, заволочься. Dağlar dumana bürünmüşdür горы заволоклись туманом 3. обкладываться, обложиться 4. покрываться, покрыться (накрыть себя чем-л.)

    Azərbaycanca-rusca lüğət / bürünmək

bürünmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to muffle / to wrap oneself up (in); (yorğanla) to blanket oneself up; 2. to be* covered (in); to become* covered / enveloped (with); Ev alova büründü The house was covered in flames; 3. to shroud (in), to blanket (with); Dağlar / təpələr dumana büründü The mountains / the hills were shrouded in mist; Çöl qara büründü The field was blanketed with snow

    Azərbaycanca-ingiliscə lüğət / bürünmək

bürünmək sözünün fransız dilinə tərcüməsi

bürünmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 элкъв. 1. акахьун, къене гьахьун (мес. кавалдин); жувал са затӀ (шал, шаршав ва мс.) арушун, алчукун; арушна (алчукна) жув кӀевун; жувахъ са затӀ (мес. кавал) галчукун, галчукна, алукӀна жув кӀевун; 2. элкъуьрна кьунваз хьун, юкьва ттунваз хьун; 3. кӀевнаваз хьун, кьунваз хьун (мес. дагъ цифеди).

    Azərbaycanca-ləzgicə lüğəti / bürünmək

"bürünmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bürünmək nədir? #bürünmək sözünün mənası #bürünmək nə deməkdir? #bürünmək sözünün izahı #bürünmək sözünün yazılışı #bürünmək necə yazılır? #bürünmək sözünün düzgün yazılışı #bürünmək leksik mənası #bürünmək sözünün sinonimi #bürünmək sözünün yaxın mənalı sözlər #bürünmək sözünün əks mənası #bürünmək sözünün etimologiyası #bürünmək sözünün orfoqrafiyası #bürünmək rusca #bürünmək inglisça #bürünmək fransızca #bürünmək sözünün istifadəsi #sözlük