bürümək sözü azərbaycan dilində

bürümək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bürümək • 83.5821%
  • Bürümək • 10.4478%
  • BÜRÜMƏK • 5.9701%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2019 •••••••••••••• 0.14

bürümək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Hər tərəfini bir şeylə sarımaq, bir şeyə bükmək. Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü. M.Hüseyn. 2. Gizlətmək, örtmək. Üzünü bürümək. – Nəğmə kimi pərdə çək xəyalə; Qönçə kimi yüz bürü cəmalə. Məsihi. Ay bimürvət, firqətindən məcnunam; Olmuşam divanə, üzün bürümə. Aşıq Hüseyn. Mən sənə olmuşam didar aşiqi; Sən üzünü bürüməyin nədəndir? M.P.Vaqif. 3. Ətrafını almaq, dövrələmək, əhatə etmək, araya almaq, ortalığa almaq, mühasirəyə almaq. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. C.Məmmədquluzadə. Bürüyür dövrəmi saysız ulduzlar. S.Vurğun. 4. Qaplamaq, çulğalamaq, yayılıb tutmaq. Bir dəqiqə içində bütün evi alov bürüdü. Dağların başını duman bürümüşdür. Sıx buludlar bütün göy üzünü bürümüşdür. Yanğının tüstüsü ətrafı bürümüşdür. – Qeyri-adi bir çiskin hər tərəfi bürümüşdü. M.İbrahimov. Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm. // Yayılmaq, basmaq, doldurmaq. Fitələrin üstə xınalanıb yatmış iki kişinin xorultusu hamamı bürümüşdü. Çəmənzəminli. 5. Hər tərəfini örtmək, bulamaq. Bürüyüb cümleyi-libasını qan; Eyləyir ahü naləvü əfğan. S.Ə.Şirvani. 6. Nüfuz etmək, tutmaq, qaplamaq (adətən köməkçi feil kimi isimlərə qoşulur). Xavəri təlaş bürüdü. M.İbrahimov. Nəriman xitabət kürsüsünə çıxanda salonu tamamilə sükut bürüdü. Mir Cəlal. Qarını bir həyəcan bürüdü. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / bürümək

bürümək sözünün sinonimləri (yaxın mənalı sözlər)

bürümək sözünün antonimləri (əks mənalı sözlər)

bürümək sözünün rus dilinə tərcüməsi

  • 1 1. кутать, окутывать, окутать, закутывать, закутать, укутывать; 2. облегать, обволакивать, обступить, окружать;

    Azərbaycanca-rusca lüğət / bürümək
  • 2 глаг. kimi, nəyi: 1. кутать, окутывать, окутать, закутывать, закутать, укутывать, укутать 2. закрывать, закрыть. Üzünü bürümək закрывать лицо 3. окружать, окружить 4. охватывать, охватить, объять. Evi alov bürüdü дом охватило пламя (дом объят пламенем), bədənimi üşütmə bürüdü (моё) тело охватила дрожь, qorxu bürüdü охватил страх; təlaş bürüdü охватила тревога 5. обволакивать, обволочь, заволакивать, заволочь. Buludlar göy üzünü bürüdü тучи заволокли небо 6. увивать, увить, обвивать, обвить (охватить, покрыть собой – о растительности) 7. облеплять, облепить 8. обкладывать, обложить. Xəstəni balışlarla bürümək обложить больного подушками 9. заполнять, заполнить. kimin, nəyin səsi nəyi, haranı bürüdü чей голос (гулит.п.) заполнил что; sükut bürüdü haranı наступила тишина где

    Azərbaycanca-rusca lüğət / bürümək

bürümək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to wrap up (d. in), to muffle up (d. in); uşağı şalla ~ to wrap a child in a shawl, boğazını ~ to muffle one’s throat; özünü ~ to wrap oneself (up); şərfi boynuna ~ to wrap a scarf round one’s neck; 2. to cover (up); üzünü ~ to cover one’s face; 3. to surround (d.), to gather round (d.); Ağaclar evi bürüyür The trees surround the house; 4. to envelop (d.), to shroud (d.); Evi alov bürüdü The house was enveloped in flames; Dağları duman bürüdü The mountains were shrouded / enveloped in mist; 5. (yorqanla) to blanket (d.)

    Azərbaycanca-ingiliscə lüğət / bürümək

bürümək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. envelopper vt, couvrir vt ; uşağı yorğana ~ envelopper l’enfant dans la couverture ; evi alov bürüdü la flamme a embrassé la maison ; ağaclar evi bürüyür les arbres entourent la maison ; dağları duman bürüdü le brouillard a couvert la montagne ; buludlar səmanı bürüdü les nuages ont couvert le ciel

    Azərbaycanca-fransızca lüğət / bürümək

bürümək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. арушун, кутун, кутуна кӀевун; галчукун (мес. садахъ кавал); 2. кӀевун, чуьнуьхун (мес. ччин); 3. элкъуьрна кьун, кьуд патахъай кьун, элкъуьрна (алчударна) юкьва ттун; элкъуьн, алчуд хьун; 4. (элкъвез-элкъвез кьуд пад) кьун, гьатун (мес. ялав, циф, ван); 5. кьацӀурун, ктадун; хьун (мес. ивидилай); 6. куьм. гл. акатун; кьун; гьатун.

    Azərbaycanca-ləzgicə lüğəti / bürümək

"bürümək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bürümək nədir? #bürümək sözünün mənası #bürümək nə deməkdir? #bürümək sözünün izahı #bürümək sözünün yazılışı #bürümək necə yazılır? #bürümək sözünün düzgün yazılışı #bürümək leksik mənası #bürümək sözünün sinonimi #bürümək sözünün yaxın mənalı sözlər #bürümək sözünün əks mənası #bürümək sözünün etimologiyası #bürümək sözünün orfoqrafiyası #bürümək rusca #bürümək inglisça #bürümək fransızca #bürümək sözünün istifadəsi #sözlük