tüpürmək sözü azərbaycan dilində

tüpürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tüpürmək • 94.5205%
  • TÜPÜRMƏK • 4.1096%
  • Tüpürmək • 1.3699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

tüpürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ağız suyunu, bəlğəmi, tüpürcəyi və s.-ni ağzından rədd etmək, atmaq. Xanlar … ovcuna tüpürüb, lopatkanı torpağa batırdı. M.Hüseyn. Musa kişi demisindən dərin bir qullab alaraq kənara tüpürdü. İ.Əfəndiyev. 2. Tüpürüm (tüpürəsən) şəklində – bir şeyə, ya şəxsə qarşı tam etinasızlığı, laqeydliyi, saymazlığı ifadə etmək üçün işlədilir. ◊ Tüpürdüyünü yalamaq – əvvəl dediyi sözdən, verdiyi vəddən, razı olduğu bir şeydən, əvvəlki qərarından imtina etmək; sözünün üstündə durmamaq, sözündən qaçmaq. [Telli Rüstəmə:] Sən özün öz abrını aparmısan, mən niyə? Bir sədr ki tüpürdüyünü yalaya, onda abırmı qalar? M.İbrahimov. Dabanına tüpürmək – bax daban.

    Azərbaycan dilinin izahlı lüğəti / tüpürmək

tüpürmək sözünün etimologiyası

  • 1 1. Əsli “tükürmək”dir, bu da öz növbəsində tökmək sözü ilə bağlıdır. M.Kaş­ğaridə külək, tufan mənasını verən tüpi sözü var (indi də işlədilir). Əsmək (дуть) mənasında tüpür kəlməsi də mövcud olub, indi mənası bir qədər dəyişib və плевать mənasında işlədilir. Tüpürmək və tüpi eyni kökə malikdir. 2. Təqlidi söz tfu kəlməsindən əmələ gəlib: tfu elə (tüpür...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tüpürmək

tüpürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 TÜPÜRMƏK Hər kim gəlsə sənin kimi bu torpaqda öləcək; Cəmdəyinə yağış kimi tüpürəcək gələcək (S.Rüstəm); ÇIRT ATMAQ Salman kişi çubuğunu ağzından çıxarıb bir çırt atır.. (R.Rza).

    Azərbaycan dilinin sinonimlər lüğəti / tüpürmək

tüpürmək sözünün antonimləri (əks mənalı sözlər)

tüpürmək sözünün rus dilinə tərcüməsi

  • 1 плевать, плюнуть

    Azərbaycanca-rusca lüğət / tüpürmək
  • 2 глаг. 1. плевать, плюнуть (удалить изо рта слюну, мокроту), харкать, харкнуть. Döşəməyə tüpürməyin не плюйте на пол, qan tüpürmək харкать кровью 2. в формах: tüpürüm (tüpürəsən) плевать я хотел (хочу) (употребляется для выражения полного равнодушия, безразличия, пренебрежения к кому-л., чему-л.) ◊ üzünə tüpürmək: 1. плюнуть в лицо к ому; 2. оскорблять, оскорбить; dabanına tüpürmək засверкать пятками, задать стрекача, броситься со всех ног; tüpürdüyünü yalamaq отказаться от своего слова, обещания, не сдержать своего слова (обещания)

    Azərbaycanca-rusca lüğət / tüpürmək

tüpürmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to spit*; to expectorate; məc. to spit* (upon), to spit* it out; not to care a bit / a straw (about); yerə ~ to spit* on the ground; O hər şeyə tüpürüb He doesn’t care a straw

    Azərbaycanca-ingiliscə lüğət / tüpürmək

tüpürmək sözünün fransız dilinə tərcüməsi

tüpürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. тфу (куьш) гун, тфу авун, куьш гана кьежирун (мес. гъил), тфу (цуькӀуьн) гадрун (вегьин); ** tüpürdüyünü yalamaq тфудиз мез хгун, эвел лагьай (гайи, рази хьайи) гафунилай (къарардилай) элкъуьн, гафунал акъваз тавун; dabanına tüpürmək кил. daban.

    Azərbaycanca-ləzgicə lüğəti / tüpürmək

tüpürmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#tüpürmək nədir? #tüpürmək sözünün mənası #tüpürmək nə deməkdir? #tüpürmək sözünün izahı #tüpürmək sözünün yazılışı #tüpürmək necə yazılır? #tüpürmək sözünün düzgün yazılışı #tüpürmək leksik mənası #tüpürmək sözünün sinonimi #tüpürmək sözünün yaxın mənalı sözlər #tüpürmək sözünün əks mənası #tüpürmək sözünün etimologiyası #tüpürmək sözünün orfoqrafiyası #tüpürmək rusca #tüpürmək inglisça #tüpürmək fransızca #tüpürmək sözünün istifadəsi #sözlük