düzəlmək sözü azərbaycan dilində

düzəlmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düzəlmək • 97.0968%
  • Düzəlmək • 1.6129%
  • DÜZƏLMƏK • 1.2903%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••• 1.18
2004 •• 0.34
2005 •••• 0.67
2006 •••••••••• 1.58
2007 ••••• 0.85
2008 •••••••••••• 1.95
2009 ••••••••••••••• 2.56
2010 ••••••• 1.09
2011 ••• 0.43
2012 •••••••• 1.20
2013 ••• 0.44
2014 ••••••• 1.03
2015 •••••• 1.02
2016 ••••••• 1.04
2018 ••••• 0.75
2020 •••• 0.53

düzəlmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Düz və hamar şəklə düşmək; düzlənmək. Çuxur düzəldi. 2. Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq. Müqim bəy … bir neçə nahiyədən düzələn qəzanın rəisi oldu. S.Rəhimov. Həyətində yığıncaq düzəlmiş kəndli, Cavadı evinə dəvət etdi. Ə.Vəliyev. // Tərtib olunmaq, qurulmaq. [Birinci məclis] vaqe olur Mərcan bəyin otağında, otaq Avropa qaydasında düzəlmişdir. Ü.Hacıbəyov. 3. Qaydaya düşmək, nizama düşmək, yoluna düşmək, başa gəlmək. İşim düzəldi. – Düzəlib işlərin əskik-gərəki; Millətin dərdinə dərman oldu. M.Ə.Sabir. Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz. C.Məmmədquluzadə. // İslah olunmaq, yaxşılaşmaq. O, düzələn adam deyil. – …Mahirənin həsrəti get-gedə artsa da, oğlanın ailə vəziyyəti düzəlməyirdi. M.Hüseyn. [Göyüş dayı:] Özünü incitmə, düzələn deyil; Ağlını itirib, olub bir səfil. Z.Xəlil. 4. Dikəlmək, qalxmaq, şax durmaq, qəddini düzəltmək. Qadın diksinmiş kimi, düzəlib şax durdu. Mir Cəlal. 5. Kökəlmək, ətə-cana gəlmək. At gündən-günə tükünü tüləyir, sağrısı düzəlirdi. Ə.Vəliyev. // Sağalmaq, yaxşılaşmaq. Xəstə idi, indi düzəlib. 6. Bir səmtə tərəf üz tutmaq, getməyə başlamaq, getmək (bu mənada adətən “yola”, “yoluna” və s. sözlərlə). Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavuqlaşdı kəndinə. C.Məmmədquluzadə. Mehriban kinli bir nəzərlə [Zeynala] baxdı. Yenə bir söz demədən yoluna düzəldi. S.Hüseyn. Eldar doğrudan da beşcə dəqiqəyə çaqqalı soyub dərisini çantasına qoydu və biz yola düzəldik. M.Rzaquluzadə. 7. məc. dan. İşə girmək, bir vəzifə daşımağa başlamaq. İşə düzəlmək. Haraya düzəldin?

    Azərbaycan dilinin izahlı lüğəti / düzəlmək

düzəlmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

düzəlmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DÜZƏLMƏK – ƏYİLMƏK Döyüşdü gah əyildi; Gah dikəlib, düzəldi (B.Vahabzadə). DÜZƏLMƏK – POZULMAQ Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz (C.Məmmədquluzadə); Anladıqca səni pozulur halım (S.Vurğun).

    Azərbaycan dilinin antonimlər lüğəti / düzəlmək

düzəlmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. поправляться, налаживаться, упорядочиться; 2. выпрямляться, разгибаться, выравниваться; 3. устраиваться, устроиться;

    Azərbaycanca-rusca lüğət / düzəlmək
  • 2 глаг. 1. исправляться, быть исправленным; выправляться, быть выправленным, поправляться, быть поправленным 2. распрямляться, рапрямиться, выпрямляться, выпрямиться 3. составляться, быть составленным. Dəstə düzəldi отряд составлен 4. приводиться, быть приведенным в порядок 5. устраиваться, устроиться (поступить на работу куда-л.). İşə düzəlmək устроиться на работу, gözətçi düzəlmək устроиться сторожем 6. поправляться, поправиться, идти на поправку: 1) выздоравливать, выздороветь (восстанавливать, восстановить свои силы, здоровье). Səhhəti düzəlir здоровье поправляется 2) становиться, стать полнее. Yavaş-yavaş düzəlir постепенно поправляется (о ком-л.) 3) улучшаться, улучшиться, изменяться, измениться к лучшему. Hava düzəlir погода улучшается, vəziyyət düzəldi положение поправилось, iş düzəlmək üzrədir дело идёт на поправку 4) становиться, стать лучше в нравственном отношении, исправляться, исправиться. Tənqiddən sonra düzəlmək исправляться, исправиться после критики 7. разг. оправляться, оправиться (приходить, прийти в прежнее, нормальное состояние после бедствия, болезни, поражения и т.п.). Faciədən sonra düzəlib он оправился после трагедии 8. налаживаться, наладиться, улаживаться, уладиться. Münasibətlər düzəlir отношения налаживаются 9. лингв. образоваться, быть образованным; быть производным, произведенным, мотивированным. Bu söz feildən düzəlib это слово образовано от глагола 10. простореч. перен. набраться (напиться пьяным); yola düzəlmək пуститься в дорогу; отправиться в путь – дорогу; yoluna düzəlmək: 1. продолжить свой путь; 2. вернуться (стать) на правильный путь, исправиться; düzəlib готов (выражает законченность, окончательный результат какого-л. действия, состояния)

    Azərbaycanca-rusca lüğət / düzəlmək

düzəlmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to get* / to come* right; to correct oneself; to improve; İşlər düzəlib Things have come right; 2. to straighten itself, to become straight; (adam) to stand* erect, to draw* oneself up; 3. to settle; işə ~ to get fixed up in a job

    Azərbaycanca-ingiliscə lüğət / düzəlmək

düzəlmək sözünün fransız dilinə tərcüməsi

düzəlmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. дуьз хьун; дуьз ва цӀалцӀам тир гьалдиз атун (мес. чухур); 2. туькӀуьн, тешкил хьун, арадал атун, ибарат хьун; // туькӀуьрнаваз хьун; 3. дуьз хьун, къайдада гьатун; хъсан хьун (мес. кӀвалах); 4. дуьз акъвазун, тик акъвазун, юкь дуьзарун; 5. якӀа-чӀарчӀе гьатун, куьк хьун, чкадиз атун; хъсан хьун, арадиз хтун, сагъ хъхьун (мес. азарлуди); 6. рекье гьатун, гьатун (рекье); 7. пер. рах. дуьз хьун, гьахьун, акъвазун (мес. кӀвалахдал).

    Azərbaycanca-ləzgicə lüğəti / düzəlmək

düzəlmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#düzəlmək nədir? #düzəlmək sözünün mənası #düzəlmək nə deməkdir? #düzəlmək sözünün izahı #düzəlmək sözünün yazılışı #düzəlmək necə yazılır? #düzəlmək sözünün düzgün yazılışı #düzəlmək leksik mənası #düzəlmək sözünün sinonimi #düzəlmək sözünün yaxın mənalı sözlər #düzəlmək sözünün əks mənası #düzəlmək sözünün etimologiyası #düzəlmək sözünün orfoqrafiyası #düzəlmək rusca #düzəlmək inglisça #düzəlmək fransızca #düzəlmək sözünün istifadəsi #sözlük