kökəlmək sözü azərbaycan dilində

kökəlmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kökəlmək • 77.2152%
  • Kökəlmək • 19.6203%
  • KÖKƏLMƏK • 3.1646%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2010 •••••••••••••••• 0.82
2011 ••••••••• 0.43
2012 ••••• 0.26
2013 ••••••••••••••••• 0.88
2014 ••••••• 0.34
2018 ••• 0.15
2019 ••• 0.14
2020 •••••••••••••••••••• 1.06

kökəlmək sözünün leksik mənası və izahı

  • 1 f. Yaxşı yemək, bəslənmək, qulluq edilmək nəticəsində kök hala gəlmək, ətə-cana gəlmək. Uşaq kökəlib. Bu qoyunlar yaxşı kökəldi. – [İzzət Məmmədhəsən əmiyə:] Bəs ha vaxt [eşşək] evdə qalıb kökələcək ki, sən onu minəsən, ziyarətə gedəsən? C.Məmmədquluzadə. [Kəblə Haşım:] Mən hər il orucluqda azından on girvənkə kökəlirəm. S.Hüseyn. □ Kefi kökəlmək – bax kef.

    Azərbaycan dilinin izahlı lüğəti / kökəlmək

kökəlmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 KÖKƏLMƏK [Firəngiz:] Yamanca kökəlirsən, Muxtar.. (B.Bayramov); ƏTƏ-CANA GƏLMƏK Qayıdıb gələndə qız həm ətə-cana gəlmişdi, həm də o qədər utancaq olmuşdu ki, söz deyəndə qızarırdı (Ə.Vəliyev); ƏTLƏNMƏK Qız arada o biri otağa keçib özünə də baxdı. Ətlənmiş çiynini, qabarıq sinəsini görəndə təəccüb etdi (İ.Şıxlı); ƏMƏLƏ GƏLMƏK Badam: Nə danışırsan, a kişi, infarkt keçirməmisən?! Sənin əmələ gəlməyin üçün men bacardığımı eləyirəm ki, gümrahlaşasan (H.Abbaszadə); GÖBƏK BAĞLAMAQ (fr.v.) Yağ salıb, bağlayıb cümlə göbək (S.Ə.Şirvani); ŞİŞMƏK (məc.) (çox kökəlmək) Xacə Firuz: Amma bunlar yeyib şişirlər (Ə.Haqverdiyev); YAĞLANMAQ (məc., dan.) ..bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi (Ə.Vəliyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / kökəlmək

kökəlmək sözünün antonimləri (əks mənalı sözlər)

kökəlmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. поправиться, разжиреть, растолстеть, пополнеть; 2. перен. обидеться, дуться, надуться;

    Azərbaycanca-rusca lüğət / kökəlmək
  • 2 глаг. 1. толстеть, потолстеть; полнеть, располнеть; тучнеть, потучнеть (становиться, стать толстым, полным, тучным) 2. откармливаться, откормиться (становиться, стать упитанным от обильной пищи) ◊ kefi kökəlmək быть в приподнятом настроении; повеселеть

    Azərbaycanca-rusca lüğət / kökəlmək

kökəlmək sözünün inglis dilinə tərcüməsi

kökəlmək sözünün fransız dilinə tərcüməsi

kökəlmək sözünün ləzgi dilinə tərcüməsi

kökəlmək sözünün türk dilinə tərcüməsi

"kökəlmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kökəlmək nədir? #kökəlmək sözünün mənası #kökəlmək nə deməkdir? #kökəlmək sözünün izahı #kökəlmək sözünün yazılışı #kökəlmək necə yazılır? #kökəlmək sözünün düzgün yazılışı #kökəlmək leksik mənası #kökəlmək sözünün sinonimi #kökəlmək sözünün yaxın mənalı sözlər #kökəlmək sözünün əks mənası #kökəlmək sözünün etimologiyası #kökəlmək sözünün orfoqrafiyası #kökəlmək rusca #kökəlmək inglisça #kökəlmək fransızca #kökəlmək sözünün istifadəsi #sözlük