öldürmək sözü azərbaycan dilində

öldürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • öldürmək • 98.9362%
  • Öldürmək • 0.8959%
  • ÖLDÜRMƏK • 0.1680%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir". Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Körpə Hitleri öldürmək
Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. Körpə Hitleri öldürmək İkinci Dünya müharibəsindən etibarən elmi fantastikanın mövzularından biridir və etika müzakirələrində səsləndirilir. Körpə Hitleri öldürməyin etik doğruluğu barədə konsekvensialist, deontoloji və utilitarist arqumentlər irəli sürülmüşdür. Təbiət yoxsa tərbiyə baxış bucağı isə körpə Hitleri öldürmək əvəzinə onun böyüdüyü cəmiyyəti dəyişməyi müdafiə edir. Məsələ nəzəri fizikada da müzakirə olunmuşdur. Körpə Hitleri öldürmək barədə ictimaiyyətin fikri müxtəlifdir. Florida qubernatoru Ceb Buş və aktyor Tom Henks öldürməyi dəstəkləsələr də, komediyaçı Stefan Kolbert və Ben Şapiro bu fikrə qarşı çıxmışdır. 2015-ci ildə "The New York Times" bu mövzu üzrə oxucuları arasında sorğu keçirmişdir. == Etik fikir təcrübəsi == === Konsekvensialist arqument === Konsekvensializmə görə istənilən hərəkətin əxlaqi baxımdan doğruluğu səbəb olduğu nəticələrə əsasən qiymətləndirilə bilər.
Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Nəzakətlə öldürmək (film, 2012)
Billi öldürmək: 1-ci hissə
Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.
Billi öldürmək: 2-ci hissə
Billi öldürmək: 2-ci hissə (ing. Kill Bill: Volume 2) — 2004-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film 1-ci hissənin davamı olub sui-qəsdçi Gəlinin (Uma Turman) toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas almasından bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi, əvvəlcə, bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.
Billi öldürmək: 1-ci hissə (film, 2003)
Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.

öldürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Cismən məhv etmək, həyatdan məhrum etmək, ölümünə səbəb olmaq; qətl etmək. …[Mələyin] sevimli nişanlısını … gecə oğurluqda öldürmüşdülər. A.Divanbəyoğlu. 2. məc. Çox yormaq, çox üzmək, əziyyət vermək, əldən salmaq, incitmək, çox əzab və cəfa vermək. Bu yol lap məni öldürdü. Tər məni öldürdü. 3. məc. Mənən sarsıtmaq, tamamilə ruhdan salmaq, çox ağır təsir etmək. Bu acı xəbər bizi öldürdü. Bir kəlmə söz onu öldürdü. Onun fikri məni öldürür. 4. Puça çıxarmaq, puç eləmək, boş yerə sərf etmək; itirmək. Vaxtını öldürmək. – Sənət yaxşı şeydir. Sənət sahibi vaxtını boş öldürməz. Ə.Sadıq. 5. Öldürsən də, öldürsəniz də, öldürsələr də, öldürsəydin də və i.a. şəklində – əsla, qətiyyən, heç bir vəchlə. Öldürsən də deməyəcəyəm. Öldürsələr də gedən deyiləm. – …Bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə. 6. Bir sıra isimlərdən sonra gələrək, müxtəlif tərkib və ifadələr düzəldilir; məs.: özünü öldürmək, nəfsini öldürmək, ruhunu öldürmək. ◊ Ölüb-öldürməyə çıxmaq – ölümlə nəticələnə bilən davaya başlamaq, bir-birini öldürmək dərəcəsinə gəlmək. Olmadılar razı onu bölməyə; Çıxdı iş axır ölüb-öldürməyə. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / öldürmək

öldürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 4 ÖLDÜRMƏK [Natəvan:] O, anamı öldürmək istəmirdi. Atamı öldürməyin (H.Abbaszadə); AXIRINI ELƏMƏK Süleyman bəy: Kimsən, a danışma, Yoxsa mənim axırımı eləməyə gəlibsən? (Ə.Haqverdiyev); BAŞINI ƏKMƏK Xanın o biri arvadları sözü bir yerə qoyurlar ki, Hüsnübəyimin başını əksinlər (İ.Məlikzadə); CANINI ALMAQ (fr.v.) Qılıncsız, tüfəngsiz alır canımı; Kimsə bilmir, pünhan-pünhan öldürür (Aşıq Ələsgər); CƏHƏNNƏMƏ VASİL ELƏMƏK/ETMƏK Pomoşniklə yasavul geri qaçmaq istəyəndə qardaşların hərəsi qaçanın birisini cəhənnəmə vasil elədi (Ə.Vəliyev); GƏBƏRTMƏK (dan.) İldırım: Zalimlərdən birini gəbərtdim! (A.Şaiq); HƏLAK ETMƏK Padşah: ..səninlə bir yerdə və axırda özümü həlak edəcəyəm (Ə.Haqverdiyev); İŞİNİ BİTİRMƏK (dan.) Şükür bəy: Bu gün müəllimin işini bitirməlisən (A.Şaiq); QANINA QƏLTAN ETMƏK ..qoçu Ağabalanı belə bir qarı öz qanına qəltan etmişdi (S.Rəhimov); QƏTL ELƏMƏK/ETMƏK Əmiraslan ağa: Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl edəcəyəm (S.S.Axundov); QIRMAQ (dan.) Mahru: Xalqı qırdılar, yenə də qırmağa hazırlaşırlar... (M.S.Ordubadi); MƏHV ELƏMƏK/ETMƏK Firəngiz: O Muxtar özünü məhv edər, biz də ömürlükcə bədnam olarıq (B.Bayramov); MURDARLAMAQ (məc., dan.) Eyvaz: Canımız üçün, kafir az qala məni murdarlamışdı.. (Ə.Vəliyev); SAĞ QOYMAMAQ Rəcəb Xasaya: Ona uyduğunu bilsəm, inan ki, səni sağ qoymaram (A.Şaiq); TORPAQ ALTINA YOLLAMAQ (dan.) Tükəz: Əzrayılın yolu yumulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanlan torpaq altına yollayır! (M.F.Axundzadə),

    Azərbaycan dilinin sinonimlər lüğəti / öldürmək

öldürmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÖLDÜRMƏK I f. Məhv etmək, yox etmək. Baxışların qəlblərin; Qəmini öldürərdi (Ə.Kürçaylı). ÖLDÜRMƏK II f. Vaxt itirmək. Əcəb nəzakətlisən. Deməli, mənimlə sən vaxtını öldürürsən (Anar).

    Azərbaycan dilinin omonimlər lüğəti / öldürmək

öldürmək sözünün rus dilinə tərcüməsi

  • 1 убить, убивать,умерщвлять

    Azərbaycanca-rusca lüğət / öldürmək
  • 2 глаг. 1. убивать, убить: 1) лишить жизни, умертвить. Adam öldürmək убить человека, canavar öldürmək убить волка, tüfənglə (güllə ilə) öldürmək убить выстрелом из ружья (из винтовки), qəsdən öldürmək умышленно убить, bilmədən öldürmək нечаянно убить 2) перен. уничтожить, погубить что-л. İstedadı öldürmək убить талант, marağı öldürmək nəyə убить интерес к чему, təşəbbüsü öldürmək убить инициативу, nəyə inamı öldürmək убить веру во что, onun bu sözləri məni öldürdü эти его слова убили меня, onun fikri məni öldürür мысли о нём убивают меня, mənən öldürmək морально убивать 3) привести в полное отчаяние, в угнетённое состояние. Rədd cavabı ilə öldürmək убить отказом, dərd öldürdü kimi горе убило кого, bir kəlmə sözlə öldürmək убить одним словом 4) растратить, израсходовать без пользы для себя. Vaxtı öldürmək убить время 2. мучить, измучить, замучить, изнурять, изнурить. İntizar bizi öldürdü ожидание измучило нас, isti bizi öldürdü жара изнурила нас, yuxusuzluq məni öldürdü бессонница измучила меня, susuzluq yolçuları öldürdü жажда мучила путников 3. морить: 1) уничтожать, травить; уморить. Siçovulları öldürmək морить крыс 2) перен. доводить до истощения. Acından öldürmək морить голодом 3) приводить в полное изнеможение. Bu səyahət onu öldürdü это путешествие его уморило 4. резать, зарезать (скот, домашнюю птицу для хозяйственных целей). Qoyun öldürmək резать барана 5. бить (убивать на охоте животных, птиц и т.п.). Qırqovulları öldürmək бить фазанов, ceyranları öldürmək бить джейранов; öldürsən də хоть убей, öldürsəydin də если даже убил бы; öldürsələr də если даже убьют; öldürsən də razı olmaram хоть убей, не соглашусь; öldürsəniz də yeməyəcək хоть убейте, он не будет есть; öldürsən də başa düşməyəcək хоть убей, он не поймёт; gözünün qurdunu öldürmək полностью утолить голод, досыта наесться (после недоедания), nəfsini öldürmək пробовать, попробовать (о еде); özünü öldürmək: 1. покончить самоубийством; 2. убиваться: 1) класть много труда на что-л., доводить себя до изнеможения 2) сильно страдать, испытывать большое горе из-за кого-л., чего-л.

    Azərbaycanca-rusca lüğət / öldürmək

öldürmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to kill (d.); to murder (d.); (siyasi motivə görə) to assassinate (d.); adam ~ to kill a man*, tülkü ~ to kill a fox; Dərd məni öldürür Grief is killing me; Şaxta gülləri öldürdü The frost killed the flowers; Ayaqlarım məni öldürür My feet are killing me; ◊ bir oxla iki dovşan öldürmək ≅ to kill two birds with one stone

    Azərbaycanca-ingiliscə lüğət / öldürmək

öldürmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. tuer vt achever vt qn dégoûter vt ; assassiner vt ; exterminer vt ; faire du mal ; adam ~ tuer un homme ; dərd məni öldürür le mal m’achève ; ayaqlarım məni öldürür les pieds me font du mal ◊ bir oxla iki dovşan ~ tuer deux lièvres d’un coup

    Azərbaycanca-fransızca lüğət / öldürmək

öldürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кьин; рекьин, рекьиниз себеб хьун; яна кьин (рекьин); 2. пер. гзаф галудун (юргъунарун), гзаф азият (азаб, жафа) гун; 3. пер. гзаф эсер авун, руьгь къарсурун, руьгьдай авудун, гзаф еке хажалат гун; 4. кьин, пуч авун, серф авун, акъудун, ракъурун; квадарун; vaxtını öldürmək вахт кьин (рекьин); 5. öldürsən də, öldürsəniz də, öldürsələr də və s. (вуна, куьне, ада) кьейитӀани, гьич, эсиллагь; ** nəfsini öldürmək кил. nəfs; ölüb-öldürməyə çıxmaq йикь-кьиникьиз акъатун, эхир рекьиналди куьтягь жедай кукӀуниз авалун, сада-сад рекьидай дережадиз атун.

    Azərbaycanca-ləzgicə lüğəti / öldürmək

öldürmək sözünün türk dilinə tərcüməsi

"öldürmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#öldürmək nədir? #öldürmək sözünün mənası #öldürmək nə deməkdir? #öldürmək sözünün izahı #öldürmək sözünün yazılışı #öldürmək necə yazılır? #öldürmək sözünün düzgün yazılışı #öldürmək leksik mənası #öldürmək sözünün sinonimi #öldürmək sözünün yaxın mənalı sözlər #öldürmək sözünün əks mənası #öldürmək sözünün etimologiyası #öldürmək sözünün orfoqrafiyası #öldürmək rusca #öldürmək inglisça #öldürmək fransızca #öldürmək sözünün istifadəsi #sözlük