yetirmək sözü azərbaycan dilində

yetirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yetirmək • 99.7853%
  • YETİRMƏK • 0.1431%
  • Yetirmək • 0.0716%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.81 dəfə / 1 mln.
2002 ••••••••••••• 23.98
2003 •••••••••••••••••••• 39.37
2004 ••••••••••••••• 28.97
2005 ••••••••••••••• 27.67
2006 •••••••••••••••••• 34.01
2007 ••••••••••• 20.09
2008 ••••••••• 17.54
2009 ••••••••••••••• 28.00
2010 ••••••••• 17.07
2011 ••••••••• 16.99
2012 ••••••••• 16.61
2013 •••••••••• 18.23
2014 ••••••••• 16.13
2015 ••••••••• 16.67
2016 •••••••••• 19.61
2017 •••••••• 13.82
2018 ••••••••• 16.63
2019 •••••••••• 18.36
2020 •••••••••••• 23.07

yetirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi, yaxud bir sözü (xəbəri, məlumatı) başqa bir kəsə və ya yerə hər hansı bir vasitə ilə çatdırmaq. Məktubu sahibinə yetirmək. Məndən ona salam yetir. – Şah Abbas o saat əmr elədi, lazımi xəbəri firəng elçilərinə yetirdilər. M.F.Axundzadə. Qasıməli kirvə, əlbəttə, bizə gərək iki pud xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən. C.Məmmədquluzadə. 2. Özünü gedən, ya qaçan birisinə, yaxud da bir yerə çatdırmaq (adətən “özünü” sözü ilə). Özünü tez evə yetirdi. Özünü qabaqdakılara yetirmək. – Əgər Nəbi bu gün özünü Gorusa yetirə bilməsə, sabah Həcər öləsi idi. “Qaçaq Nəbi”. Bu vaxt Elman özünü yetirdi. M.Hüseyn. 3. Tərbiyə və təlim edib böyütmək, ortaya çıxarmaq (bəzən “böyüdüb-yetirmək” şəklində). Yaxşı övlad yetirmək. – Qafar … İkram və Fatma kimi zehinli, ləyaqətli uşaqlar böyüdüb-yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən. // Qulluq edərək böyütmək; becərmək, yetişdirmək, yaratmaq. Bağban bağında yeni meyvə növləri yetirmişdir. – Cəfa çəkdim, bağ yetirdim; Gülşəni xarə tapşırdım; Bunca fikrü xəyal etdim; Tapmadım çarə, tapşırdım. Q.Zakir. 4. Bir sıra sözlərə qoşularaq, müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: diqqət yetirmək, dil yetirmək, göz yetirmək, yerinə yetirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / yetirmək

yetirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

yetirmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. догонять, нагонять; 2. поспевать, успевать;

    Azərbaycanca-rusca lüğət / yetirmək
  • 2 глаг. 1. nəyi kimə доставлять, доставить что к ому. Məktubu yetirmək доставить письмо, dərmanı yetirmək доставить лекарство 2. kimə nə передавать, передать к ом у что. Xəbər yetirmək передать сообщение, известить; xahişini yetirmək kimin передать просьбу чью, salam yetirmək kimə kimdən передавать привет к ому от кого 3. успевать, успеть: 1) haraya Özünü vaxtında yetirmək успеть вовремя куда, özünü dərsə yetirmək успеть на урок 2) только несов. в. хорошо учиться. Riyaziyyatdan yetirmək успевать по математике 4. разг. догонять, догнать (поравняться с движущимся впереди). Qabaqda gedənlərə yetirmək догнать идущих впереди 5. растить, выращивать, вырастить: 1) ухаживая, обеспечивать рост и развитие (о растениях). Meyvə ağacları yetirmək вырастить фруктовые деревья, yüksək (bol) məhsul yetirmək вырастить высокий (богатый) урожай 2) только с о в. в. воспитать. Onlar beş övlad yetirib tərbiyə etmişlər они вырастили и воспитали пятерых детей 3) только с о в. в. заботливым отношением создать. Yüksəkixtisaslı kadrlar yetirmək вырастить высококвалифицированные кадры 4) взрастить. Bu torpaq çoxlu istedadlar yetirmişdir эта земля взрастила много талантов 6. зреть, созревать, созреть, спеть, поспеть (о фруктах, ягодах и т.п.) 7. тех. доводить (дорабатывать, приводить в полную готовность для пуска в производство агрегат, машину и т.п.) ◊ boya-başa yetirmək kimi вырастить, вывести в люди кого; özünü yetirmək поспевать, поспеть. Özümü güclə yetirdim haraya (я) с трудом поспел куда; bar yetirmək плодоносить, давать плоды; sona yetirmək доводить, довести до конца, yerinə yetirmək выполнять, выполнить. Tapşırığı yerinə yetirmək выполнить поручение; borcunu yerinə yetirmək выполнить долг, vəzifəsini yerinə yetirmək исполнять обязанности, planı yerinə yetirmək выполнить план; sübuta yetirmək доказывать, доказать; nəzər yetirmək обращать, обратить взор; diqqət yetirmək обращать, обратить внимание

    Azərbaycanca-rusca lüğət / yetirmək

yetirmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (məktubu və s.) to deliver (d.); məktub ~ to deliver a letter / message; Məndən ona salam yetirin Give him / her my best regards; 2. to grow*; pambıq ~ to grow* cotton; 3. to be* in time (for); nahara ~ to be* in time for dinner; 4. to be* successful (in), to get* on well (in), to do* well (in); kimyadan ~ to get* well in chemistry; 5. (dəymək, meyvə haq.) to ripen, to grow* ripe; Almalar yetirir Apples are ripening; boya-başa ~ to bring* up (d.), to grow* up (d.); to set* smb. up (in the world); ◊ özünü ~ to be* in time; sona ~ to carry through (d.), to put* a finish (to d.); tapşırığı yerinə ~ to fulfil / to carry out a task; diqqət ~ to pay* attention (to), to take* heed (of), to give* / to pay* heed (to)

    Azərbaycanca-ingiliscə lüğət / yetirmək

yetirmək sözünün fransız dilinə tərcüməsi

yetirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. агакьарун (мес. ччар, хабар ва мс.); 2. чӀехи авун, арадал акъудун, агакьарун (хвена, къуллугъна, цана); ** diqqət yetirmək кил. diqqət; dil yetirmək кил. dil¹; göz yetirmək кил. göz; yerinə yetirmək кил. yer.

    Azərbaycanca-ləzgicə lüğəti / yetirmək

"yetirmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yetirmək nədir? #yetirmək sözünün mənası #yetirmək nə deməkdir? #yetirmək sözünün izahı #yetirmək sözünün yazılışı #yetirmək necə yazılır? #yetirmək sözünün düzgün yazılışı #yetirmək leksik mənası #yetirmək sözünün sinonimi #yetirmək sözünün yaxın mənalı sözlər #yetirmək sözünün əks mənası #yetirmək sözünün etimologiyası #yetirmək sözünün orfoqrafiyası #yetirmək rusca #yetirmək inglisça #yetirmək fransızca #yetirmək sözünün istifadəsi #sözlük