yetişmək sözü azərbaycan dilində

yetişmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yetişmək • 94.0722%
  • Yetişmək • 4.3814%
  • YETİŞMƏK • 1.5464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.83 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••• 1.97
2007 •• 0.21
2008 •••••••• 1.22
2009 •••• 0.64
2010 ••• 0.45
2011 ••••••• 1.03
2012 •••••• 0.86
2013 ••••••••• 1.46
2015 •••••••• 1.36
2016 ••••••••••• 1.74
2017 ••••• 0.81
2018 ••••• 0.75
2019 ••••• 0.83
2020 •••••• 0.93

yetişmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir istiqamətdə gedərək nəzərdə tutduğu bir yerə çatmaq, yetmək, varmaq, varid olmaq. Yüzbaşının çavuşu Nəzərəli at üstə, çaparaq yetişər xərmənə. C.Məmmədquluzadə. [Hacı:] Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov. // Özünü çatdırmaq, vaxtında çatmaq. Millət boğulur, … əgər dadü fəryada tez yetişməzsə, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya… C.Məmmədquluzadə. Knyazın ordusu yetişib həmən; Bürümüş şəhəri dörd bir tərəfdən. S.Vurğun. // Bir istiqamətdə hərəkət edərək bir yerə çatmaq (qatar, gəmi, maşın və s. haqqında). Qatar stansiyaya yetişdi. Biz sahilə yetişdik. // Göndərilən ünvana, yerə, şəxsə çatmaq; yerinə, sahibinə çatmaq; yetmək. Üç gün əvvəl göndərilən məktub bu gün yetişdi. Teleqram nədənsə sahibinə yetişməyib. // Gəlib çatmaq; bilinmək. Xəbər nə vaxt yetişdi? Məlumat hələ yetişməyib. 2. Qovuşmaq, birləşmək. Əziziyəm, yar yara; Qara bağrım yar yara; Ürək titrər, qan qaçar; Yetişəndə yar yara. (Bayatı). Yüz hüsn dilü dideyi-heyranə yetişməz; Yüz gənc həqiqətdə bu viranə yetişməz. Qövsi. 3. Çatışmaq, yetmək, çatmaq. Elə qaçırsan ki, sənə yetişmək olmur. Yoldaşıma yetişdim. Qatara yetişə bilmədim. 4. Müəyyən bir həddə, yaşa çatmaq. [Rzaqulu xan] 28 sinnə yetişdikdə Sorbon darülfünunun hüquq şöbəsindən qızıl nişan və iftixar ilə məzun olmuşdur. M.S.Ordubadi. // Büluğa çatmaq, böyümək. Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. Uşaqlarımız oxuyur, cavanlarımız yetişir, qoy ürəkaçan bir yer olsun, özü də istəyirəm ki, məndən sonraya bir yadigar qalsın! S.Rəhimov. Buğa yetişən kimi oğlan yenə onun buynuzlarından yapışdı. M.Rzaquluzadə. // Yetkinləşmək, təcrübə qazanmaq, bişmək. Biz döyüşdə yetişmişik. Z.Xəlil. 5. Bitmək, vücuda gəlmək, hasil olmaq (bitki haqqında). Abşeronda zeytun çox yaxşı yetişir. – Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev. 6. Dəymək, yeməli hala gəlmək. Meyvələr yaxşı yetişib. Üzümlər çoxdan yetişib. – [Əyyar:] …Şitillər böyüyər, bağım bağ olar; Meyvələr yetişər, kefim çağ olar. A.Şaiq. [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. S.S.Axundov. // İşlənmək üçün hazır vəziyyətə gəlmək. Pendir yetişib, yemək olar. 7. Kifayət etmək, kafi olmaq; çatmaq. Bu ət beş nəfərin xörəyinə yetişməz. Çörək hamıya yetişər. 8. Gəlib çatmaq, yaxınlaşmaq. [Bəypolad:] Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi. H.Cavid. 9. Tay olmaq, bərabər olmaq, çatmaq (adətən inkarda işlənir). Eşq atəşi bir od salıb canıma; Yanmaqda yetişməz səməndər mənə. Q.Zakir. 10. Yetişir, yetişər şəklində – bəsdir, yetər, kifayətdir. [Cəmil bəy:] Yetişir, Humay, yetişir! Yaralı könlümə buraxmış olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürməz. H.Cavid. [Nüşabə:] Yetişir, bizdə əzizdir qonşu; Düşünün bir, nə zarafatdır bu? A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / yetişmək

yetişmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

yetişmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 YETİŞMƏK I f. Dəymiş. Xəstə nə qədər darıxsa da, armud vaxtında yetişər, – dedi. – Hər şeyin öz vaxtı var (M.İbrahimov). YETİŞMƏK II f. Çatmaq. Unutmuşam cəfaları, dərdləri; Axır gəlib sənə yetişdim, Əsli! (Ü.Hacıbəyov). YETİŞMƏK III f. Həddi-büluğa çatmaq. Maşallah, qızınız artıq yetişib.

    Azərbaycan dilinin omonimlər lüğəti / yetişmək

yetişmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. зреть, вызревать, созревать, поспевать; 2. доходить, достигать, доезжать, догонять, подоспеть; 3. вырасти, возмужать; 4. хватать; 5. быть достаточным;

    Azərbaycanca-rusca lüğət / yetişmək
  • 2 глаг. 1. доходить, дойти, доезжать, доехать, добираться, добраться. Kəndə yetişdik (мы) доехали (дошли, добрались) до села, çaya yetişdik (мы) доехали (дошли, добрались) до реки, qatar stansiyaya yetişdi поезд дошёл до станции 2. догонять, догнать, достигать, достигнуть. Maşınlar turistlərə yetişdi машины догнали туристов 3. подоспевать, подоспеть вовремя, поспеть. Qatara güclə yetişdi он с трудом подоспел к поезду, nahara yetişmək поспеть к обеду 4. назревать, назреть: 1) наполниться гноем, нарвать. Çiban (yara) yetişib чирей (нарыв) назрел 2) приблизиться, стать неизбежным. Proqrama yenidən baxmaq məsələsi yetişib назрел вопрос о пересмотре программы 5. созревать, созреть: 1) поспевать, становиться спелым. Avqust ayında üzümün hansı növləri yetişir? какие сорта винограда поспевают в августе? nar yetişib гранат созрел, əncir yetişib инжир поспел, taxıl hələ yetişməyib хлеб ещё не созрел 2) достигать физической или духовной зрелости 3) приобретать в процессе выдерживания наилучшие качества. Çaxır yetişib вино созрело 6. расти, вырастать, вырасти: 1) только несов. в. произрастать. Burada limon ağacları yetişir здесь растут лимонные деревья, Abşeronda zeytun yetişir на Апшероне растёт маслина 2) перен. стать взрослым, достигнуть зрелого возраста. Uşaqlar artıq yetişib дети уже выросли, стали взрослыми 3) перен. развиваясь, достигнуть чего-л. İstedadlı alimlər yetişib выросли талантливые учёные, kadrlar yetişib выросли кадры, bacarıqlı gənclər yetişir растёт способная молодёжь 7. наступать, наступить (о времени). Ayrılıq vaxtı yetişdi наступила пора прощания 8. хватать, хватить, быть достаточным. Pul ayın axırına qədər yetişdi денег хватило до конца месяца ◊ murada yetişmək осуществить мечту; kamala yetişmək достичь совершенства; imdada yetişmək подоспеть на помощь

    Azərbaycanca-rusca lüğət / yetişmək

yetişmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (dəymək meyvə və s. haq.) to ripen, to become* ripe; həm də məc. to mature, to come* to maturity; Taxıl günəşdə yetişir The corn ripens in the sun; 2. (çatmaq) to reach (d.); Məktub ona yetişmədi The letter / message did not reach him / her; 3. to catch* up (with), to overtake* (d.); to run* down; 4. (vaxtında gəlmək) to come* in time, to arrive in time; 5. to grow*; Abşeronda zeytun yetişir Olive grows in Absheron; 6. to be* enough / sufficient; suffice; Bu yetişər This will suffice, This will be enough / sufficient; 7. (həddi-buluğa çatmaq) to grow* up, to attain maturity; ◊ məqsədinə ~ to achieve / to gain / to attain one’s aim / end; ◊ kamala ~ to attain / to achieve perfection

    Azərbaycanca-ingiliscə lüğət / yetişmək

yetişmək sözünün fransız dilinə tərcüməsi

yetişmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. агакьун; 2. сад-садав агакьун, сад хьун (мес. кӀанибур); 3. агакьун, чӀехи хьун; // тежрибалу хьун, чурун; 4. экъечӀун (набатат); 5. дигмиш хьун, чурун, недай гьалдиз атун; 6. акъакьун, бес хьун; 7. атана агакьун, мукьвал хьун; 8. агакьун, тай хьун, барабар хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / yetişmək

yetişmək sözünün türk dilinə tərcüməsi

"yetişmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yetişmək nədir? #yetişmək sözünün mənası #yetişmək nə deməkdir? #yetişmək sözünün izahı #yetişmək sözünün yazılışı #yetişmək necə yazılır? #yetişmək sözünün düzgün yazılışı #yetişmək leksik mənası #yetişmək sözünün sinonimi #yetişmək sözünün yaxın mənalı sözlər #yetişmək sözünün əks mənası #yetişmək sözünün etimologiyası #yetişmək sözünün orfoqrafiyası #yetişmək rusca #yetişmək inglisça #yetişmək fransızca #yetişmək sözünün istifadəsi #sözlük