gecikmək sözü azərbaycan dilində

gecikmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gecikmək • 77.7778%
  • Gecikmək • 19.4444%
  • GECİKMƏK • 2.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2004 ••••••••••••••••••• 0.34
2010 •••••••••••••••••••• 0.36
2011 ••••••••••••••••••• 0.34
2012 ••••• 0.09
2013 ••••••••• 0.15
2014 ••••••••••••••••••• 0.34
2015 •••••••••• 0.17
2017 ••••••••• 0.16
2018 ••••••••• 0.15

gecikmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. Müsamirəyə gecikmək. Dərsə gecikmək. Qatar iki saat gecikdi. – [Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi. M.Hüseyn. Gəmi gecikən zamanlarda yükdaşıyanlar və işçilər körpüdəki talvarın altına toplaşırdılar. Q.İlkin. Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov. 2. Vaxtında olmamaq, ləngimək, təxirə düşmək. Qış gecikdi. – Ancaq Nazlı … Çimnazın dediyinə əməl etməkdə gecikirdi. Ə.Əbülhəsən. Bahar gecikirdi, havalar teztez dəyişirdi. S.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / gecikmək

gecikmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 GECİKMƏK [Gülüş:] Ah, ata, sən gecikdin: anam səni gözlədi (M.Hüseyn); YUBANMAQ Sadovski: Siz bunları cənab şahzadəyə yazmalısınız, onlann Bakıya gəlmək üçün bircə gün yubanması mədəniyyəti on illərcə geri atır (M.S.Ordubadi); LƏNGİMƏK Şirin: Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs, görəsən, bu gün niyə ləngidi? (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / gecikmək

gecikmək sözünün antonimləri (əks mənalı sözlər)

gecikmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. опаздывать, запоздать; 2. медлить, задержаться, отсрочиваться;

    Azərbaycanca-rusca lüğət / gecikmək
  • 2 глаг. 1. задерживаться, задержаться: 1) быть, находиться где-л. дольше, чем следует. İşdə gecikmək (ləngimək) задержаться на работе 2) не приходить вовремя. Beş dəqiqə gecikmək (ləngimək) задерживаться на пять минут 3) не происходить, не наступать в срок. Səpin gecikir сев задерживается, məhsul yığımı gecikir уборка урожая задерживается 4) не выдаваться вовремя. Maaş gecikir зарплата задерживается 2. опаздывать, опоздать, запаздывать, запоздать, прибывать, прибыть куда-л. позже, чем нужно. İclasa gecikmək опоздать на собрание, işə gecikmək опоздать на работу; bahar gecikirdi весна запаздывала

    Azərbaycanca-rusca lüğət / gecikmək

gecikmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* late, to be* overdue; beş dəqiqə ~ to be* five minutes late / overdue; Qatar / təyyarə / avtobus və s. on dəqiqə gecikir The train / the plane / the bus, etc. is ten minutes late / overdue; 2. (bir şeyə / bir yerə gecikmək) to be* late for; dərsə ~ to be* late for the lesson; qatara ~ to be* late for the train, to miss one’s train; 3. to stay too long, to linger (on, over)

    Azərbaycanca-ingiliscə lüğət / gecikmək

gecikmək sözünün fransız dilinə tərcüməsi

gecikmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1 геж хьун, вахтунда татун, геж атун; геж агакьун; вахтунда агакь тавун; 2. вахтунда тахьун, ленг хьун, геж хьун, геж атун (мес. кьуьд).

    Azərbaycanca-ləzgicə lüğəti / gecikmək

gecikmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#gecikmək nədir? #gecikmək sözünün mənası #gecikmək nə deməkdir? #gecikmək sözünün izahı #gecikmək sözünün yazılışı #gecikmək necə yazılır? #gecikmək sözünün düzgün yazılışı #gecikmək leksik mənası #gecikmək sözünün sinonimi #gecikmək sözünün yaxın mənalı sözlər #gecikmək sözünün əks mənası #gecikmək sözünün etimologiyası #gecikmək sözünün orfoqrafiyası #gecikmək rusca #gecikmək inglisça #gecikmək fransızca #gecikmək sözünün istifadəsi #sözlük