* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. bax bezmək. Amma Məşədi Nəcəf … kəndlilərin şikayətindən bezikib, inəyi əmim oğluna satmış imiş. C.Məmmədquluzadə. Əlyarov sual-cavabdan bezikmiş kimi ayağa durub, xalıların üstündən asılmış şəkillərə baxdı. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / bezikmək1 Mənbələrdə “əsmək”, “titrəmək” mənasını əks etdirən bez feili var. Bezik sözü “сильно дрожать” kimi açıqlanıb. Малярия kəlməsinin mənasını bezgək sözü ilə ifadə olunub. Deməli, bezikmək sözü indi “boğaza yığılmaq” anlamını əks etdirsə də, tarixən “əsnəmək, titrəmək” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bezikmək