bərkimək sözü azərbaycan dilində

bərkimək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bərkimək • 84.5070%
  • Bərkimək • 8.4507%
  • BƏRKİMƏK • 7.0423%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

bərkimək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk hala gəlmək, sərtləşmək, qatılaşmaq, möhkəmləşmək. Sümüyü bərkimək. // Qurumaq. Palçıq bərkiyibdir. 2. məc. Cismən və ruhən möhkəmləşmək, sağlamlaşmaq, qüvvətlənmək. Canı bərkimək. İdman nəticəsində orqanizm bərkiyir. Mübarizədə bərkimək. – Belə qorxulu fikirlər bir-bir Əsədin sinirlərini yerindən oynadıb, hələ bərkiməmiş bədənini dəhşətli bir titrəməyə salırdı. B.Talıblı. Qızlar getdikcə dəyişib qızarır, təmiz hava altında onlar boy atıb bərkiyirdilər. S.Rəhimov. [Cərgənin] …əvvəl ehtiyatla atdığı addımları indi bərkiyib qətiləşirdi. Ə.Əbülhəsən. 3. Artmaq, tezləşmək, cəldləşmək, yeyinləşmək. Avtomobilin sürəti bərkidi. Getdikcə addımlar bərkidi. 4. məc. Mərhəmətsiz olmaq, sərtləşmək. Ürəyi bərkimək. Xasiyyəti bərkimək. 5. Şiddətlənmək, artmaq, güclənmək. Külək bərkidi. Yağış bərkidi. Öskürəyi daha da bərkidi. ◊ Bərkiyib durmaq – inad etmək, qəti durmaq, dediyindən, tələbindən əl çəkməmək.

    Azərbaycan dilinin izahlı lüğəti / bərkimək

bərkimək sözünün sinonimləri (yaxın mənalı sözlər)

bərkimək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BƏRKİMƏK – BOŞALMAQ – Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M.F.Axundzadə). BƏRKİMƏK – YUMŞALMAQ Üç-dörd ayda cəbhədə bir qat daha bərkidi (S.Rüstəm); Onadək də bəlkə əmim bir tövr yumşaldı (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / bərkimək

bərkimək sözünün rus dilinə tərcüməsi

  • 1 1. затвердеть, затвердевать; 2. окрепнуть, закалиться;

    Azərbaycanca-rusca lüğət / bərkimək
  • 2 глаг. 1. твердеть, затвердевать, затвердеть. Beton bərkidi бетон затвердел, palçıq bərkidi грязь затвердела 2. крепнуть, окрепнуть: 1) стать более крепким, прочным. Sümükləri bərkiyib кости его окрепли 2) стать более здоровым, выносливым 3) увеличиваться, возрастать по силе, степени. Külək bərkiyir ветер крепнет (крепчает) 3. nədə крепнуть, окрепнуть; закаляться, закалиться. Mübərizədə bərkimək крепнуть в борьбе 4. перен. нарастать (усиливаться, возрастать). Sürət bərkiyirdi скорость нарастала 5. перен. становиться, стать жёстким, суровым. Qanunlar bərkiyib законы стали суровыми, nizam-intizam bərkiyib дисциплина стала жёсткой

    Azərbaycanca-rusca lüğət / bərkimək

bərkimək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (maye, palçıq və s.) to firm, to harden, to become* / to get* harder; to be* hardened / thickened; Jele tez bərkidi The jelly firmed quickly; 2. (yağış, külək və s.) to get* hard / strong / heavy; Külək bərkiyir The wind is getting hard / strong; Yağış bərkiyir The rain is getting heavy; 3. (polad, dəmir və s.) to become* / to be* tempered; Polad bərkiyib The steel has tempered; 4. tib. (qarın) to constipate; Mənim qarnım tez-tez bərkiyir I constipate very easily

    Azərbaycanca-ingiliscə lüğət / bərkimək

bərkimək sözünün fransız dilinə tərcüməsi

bərkimək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кӀеви хьун; // кӀеви гьалдиз атун, мягькем хьун (мес. кӀараб); // кьуру хьун (мес. палчух); // пер. руьгьдиз ва бедендиз мягькем хьун, къуватлу хьун, сагълам хьун (мес. ччан); // къати хьун, гужлу хьун (мес. гар); 2. йигин хьун, артух хьун, зарб акатун (мес. машиндик, кӀвачерик); 3. пер. мергьяметсуз хьун, къван хьун (мес. рикӀ, хесет); ** bərkiyib durmaq кӀевиз акъвазун, къетӀидаказ акъвазун, кӀвач акӀурун, терсвал авун, вичиз чидайди ахъай тавун.

    Azərbaycanca-ləzgicə lüğəti / bərkimək

Oxşar sözlər

#bərkimək nədir? #bərkimək sözünün mənası #bərkimək nə deməkdir? #bərkimək sözünün izahı #bərkimək sözünün yazılışı #bərkimək necə yazılır? #bərkimək sözünün düzgün yazılışı #bərkimək leksik mənası #bərkimək sözünün sinonimi #bərkimək sözünün yaxın mənalı sözlər #bərkimək sözünün əks mənası #bərkimək sözünün etimologiyası #bərkimək sözünün orfoqrafiyası #bərkimək rusca #bərkimək inglisça #bərkimək fransızca #bərkimək sözünün istifadəsi #sözlük