bərkitmək sözü azərbaycan dilində

bərkitmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bərkitmək • 97.9866%
  • Bərkitmək • 1.3423%
  • BƏRKİTMƏK • 0.6711%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2007 •••••••••••• 0.21
2010 •••••••••••••••••••• 0.36
2011 •••••••••• 0.17
2012 ••••••••••••••• 0.26
2013 ••••••••• 0.15
2014 •••••••••• 0.17
2017 ••••••••• 0.16
2018 ••••••••••••••••• 0.30
2020 •••••••• 0.13

bərkitmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək. – [Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi. S.Rəhimov. // Bir şeylə bağlayaraq, mıxlayaraq, calayaraq, yapışdıraraq, bənd edərək, ilişdirərək, keçirərək, buraraq möhkəmləndirmək. İlgəkləri bərkitmək. Vinti burub bərkitmək. Sınıq yeri iplə bağlayıb bərkitmək. Taxtaları mıxlayıb bərkitmək. Şəkilləri divara vurub bərkitmək. – Biri texnik motorların vintlərini bərkidir. S.Rüstəm. // Bağlamaq. Gündə bir pulsuzu qəssab əcəl darə çəkər; Bərkidər əl-ayağın, üstünə qəddarə çəkər. M.Möcüz. 2. Möhkəmlətmək; möhkəm, alınmaz, keçilməz hala gətirmək. [Vaqif:] Xan, … bu vəziyyətdə dolaşmamaq üçün vasitə çoxdur: hələlik Qalanı bərkitmək lazımdır. Çəmənzəminli. [Qızıl Arslan:] Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl, sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi. 3. Cismən və ruhən möhkəmləndirmək, qüvvətləndirmək, sağlamlaşdırmaq. Günəş, hava, su bədənimizi bərkidən mühüm amillərdir. – [Kəyan] bununla da əsgərləri ilə birlikdə həm də öz əsəblərini bərkitmək istəmişdi. Ə.Əbülhəsən. 4. İsrar etmək, inad göstərmək, sözünün üstündə durmaq. [Cəbi:] Yüz manat az pul deyil… Bir az bərkitsən, bəlkə üç yüz də verər. N.Vəzirov. 5. Sürətini artırmaq, yeyinlətmək. 6. Şiddətlənmək, güclənmək, bərkimək. Çiskin bərkidirdi. Sol tərəfdə neçə qara keçəli alaçıq görünürdü. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / bərkitmək

bərkitmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

bərkitmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. крепить, скреплять, укреплять, закреплять, прикреплять; 2. делать твердым; 3. закалять;

    Azərbaycanca-rusca lüğət / bərkitmək
  • 2 глаг. nəyi 1. разг. закрывать, закрыть, запирать, запереть, замыкать, замкнуть плотно. Qapını bərkitmək плотно закрыть дверь, darvazanı bəkitmək запереть ворота 2. крепить, укреплять, укрепить: 1) делать, сделать что-л. более крепким, прочным. İlgəkləri bərkitmək крепить петли, taxtaları mıxla bərkitmək укреплять доски гвоздями 2) закалять, закалить, придавать, придать силу, крепость. Bədənini bərkitmək укреплять тело, əsəbləri bərkitmək укреплять нервы 3) делать, сделать что-л. более мощным, сильным. Sistemi bərkitmək укрепить систему, sərhədləri bərkitmək укрепить границы 4) делать, сделать более строгим, строже. İntizamı bərkitmək крепить дисциплину

    Azərbaycanca-rusca lüğət / bərkitmək

bərkitmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to fasten (d.), to secure (d.); to anchor (d.); to harden (d.); to consolidate (d.); sancaqla ~ to pin (d.) togeth er, to fasten with a pin (d.); 2. tex. to lamp (d.); boltla ~ to bolt (d.); 3. (polad, dəmiri və s.) to temper (d.), to steel (d.)

    Azərbaycanca-ingiliscə lüğət / bərkitmək

bərkitmək sözünün fransız dilinə tərcüməsi

bərkitmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кӀевун, акьалун, агалун; тӀапӀар ягъун, кӀевирун (мес. рак, варар); 2. кӀеви авун, мягькемарун, тӀарамарун (са куьнивди кутӀунна, мих яна, алкӀурна, бургъаж гана ва мс.); // кутӀунун; 3. мягькемарун, кӀевирун; мягькем гьалдиз гъун (мес. къеле, часпарар); 4. кӀеви авун, гужлу авун, мягькемарун, сагъламарун (мес. беден); 5. гьуьжет авун, терсвал авун, гафунал акъвазун; 6. зарбвал артухарун, йигинарун; 7. кӀеви хьун, гужлу хьун, къати хьун (мес. марф).

    Azərbaycanca-ləzgicə lüğəti / bərkitmək

Oxşar sözlər

#bərkitmək nədir? #bərkitmək sözünün mənası #bərkitmək nə deməkdir? #bərkitmək sözünün izahı #bərkitmək sözünün yazılışı #bərkitmək necə yazılır? #bərkitmək sözünün düzgün yazılışı #bərkitmək leksik mənası #bərkitmək sözünün sinonimi #bərkitmək sözünün yaxın mənalı sözlər #bərkitmək sözünün əks mənası #bərkitmək sözünün etimologiyası #bərkitmək sözünün orfoqrafiyası #bərkitmək rusca #bərkitmək inglisça #bərkitmək fransızca #bərkitmək sözünün istifadəsi #sözlük