əritmək sözü azərbaycan dilində

əritmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əritmək • 94.8454%
  • Əritmək • 5.1546%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əritməklə emal
Əritməklə emal qaynaq prosesi ilə oxşarlığı vardır. Prototiplərin sürətli hazırlanmasının tərkibi olan bu üsul bərk materialı əridərək təbəqə şəklində üst-üstə birləşdirii və beləliklə verilmiş modelin hazırlanmasına imkan yaradır. Prosesin adı da ele buradan yaranıb: Fused Deposition Modeling (FDM) – yəni əridilmiş qatın çəkilməsi ilə modellərin hazırlanması. Burada pəstah rolunu oynayan məftil xüsusi qızdırıcı başlığın köməyi ilə ərimə temperaturuna qədər qızdırılır. FDM üsulu ərimə temperaturu və istilikkeçirmə qabiliyyəti aşağı olan materialların məsələn, süni materialların və mumun tətbiqi üçün əlverişlidir. Metalların tətbiqi isə yüksək əmək tutumlu hazırlıq işlərinin aparılması nəticəsində müəyyən problemlər yaradır. Püskürtmə başlığı fəzada 3 istiqamətdə hərəkət etdirilə bildiyindən istənilən üçölçülü modelin hazırlanması mümkündür. Başlıqdan verilən ərimiş materialın artiq bərkimiş səth üzərində qat şəklində birləşməsini təmin etmək üçün, verilən material şırnağının en kəsiyi elə idarə edilir ki, o çevrə şəklində yox ellips şəklində olsun. Bu səbəbdən yeni çəkilmiş təbəqədə yaranmış gərginlik nəticəsində çəkilmiş qat sonradan formasını dəyişməyə can atır. Səthi gərginlik tarazlaşdıqdan sonra yeni qatla bərkimiş qat arasında kifayət qədər möhkəm birləşmə əmələ gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2005 •••••••••••••••••• 0.67
2006 •••••• 0.23
2007 •••••• 0.21
2008 ••••••• 0.24
2010 ••••••• 0.27
2011 ••••• 0.17
2012 ••••••• 0.26
2013 ••••••••••••••• 0.58
2014 •••••••••••••••••• 0.69
2016 ••••••••• 0.35

əritmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu əritmək. – [Xoca Əziz] ocağı asıb qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. “Koroğlu”. Dağda ərit qarları; Bağda ərit qarları. M.Ə.Sabir. Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. 2. Həzm etdirmək, həll etmək. İstisu xörəyi yaxşı əridir. – [Bürcəliyev:] Əritməkdə, həzmə verməkdə bu Ağbulaq turşsuyunun əsla misli-bərabəri yoxdur. S.Rəhimov. 3. İşə getməyən malı cürbəcür yollarla işə vermək, satmaq. Köhnədən qalan malları əritmək. – O, möhkəm inanır ki, iki ton buğdanı lap iki həftədə əridər. “Kirpi”. 4. məc. Arıqlatmaq, üzmək; arıqlamasına, zəifləməsinə, əldən düşməsinə səbəb olmaq. Nola qeyrət atəşi canım əritsə mum tək. Füzuli. Gürşadı əridən araqla papiros idi. Ə.Vəliyev. 5. məc. Utandırmaq. Sözlərim onu utandırıb əritdi. 6. məc. Yavaş-yavaş batırmaq. Gözümdən günlər keçir əsrlərə bərabər; Zülmətləri əridən, qaynar şəfəqli günlər. R.Rza. Tiflis üzərində boranlı bir qış günü qanadlarını geniş açıb, ətrafı qəmgin bir yalqızlıq içində əridirdi. M.Hüseyn. 7. məc. Hiss edilmədən keçirmək. Sonralar o, gecələrini bu çırağın işığında əridər və sübhə kimi kənddə yalnız bu pəncərədən işıq çəkilməzdi. Ə.Məmmədxanlı. 8. dan. Xərcləmək, korlamaq, israr etmək (əsasən pul haqqında). Varis hər dəfədə uduzmağa və pulları əritməyə başladı. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / əritmək

əritmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

əritmək sözünün rus dilinə tərcüməsi

  • 1 топить, плавить, разводить, растворить

    Azərbaycanca-rusca lüğət / əritmək
  • 2 глаг. nəyi: 1. топить, растапливать, растопить. Piy əritmək топить жир 2. плавить, расплавлять, расплавить (нагревая до высокой температуры, сделать жидким). Filiz əritmək плавить руду, polad əritmək плавить сталь 3. растворять, растворить. Qəndi əritmək растворять сахар 4. разг. реализовать (продавать, продать что- л., обращать, обратить в деньги). Malları tez əritmək быстро реализовать (сбыть) товары 5. переваривать, переварить (переработать, усвоить в процессе пищеварения). Quşun mədəsi hər şeyi əridir желудок птицы переваривает всё 6. разг. перен. расходовать, израсходовать. Pulları əritmək израсходовать деньги 7. перен. изнурять, изнурить, доводить, довести до полного изнеможения кого-л. 8. перен. потратить, легкомысленно провести, прожить время, прожигать. Ömrünü əritmək прожигать жизнь

    Azərbaycanca-rusca lüğət / əritmək

əritmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (metalı) to melt (d.), to found (d.), to fuse (d.); 2. (qarı) to thaw (d.), to melt (d.); 3. (yağı, mumu və s.) to melt (down d.); (piyi) to render (d.); 4. (məhlulda) to dissolve (d.); 5. (həzmə vermək) to digest (d.)

    Azərbaycanca-ingiliscə lüğət / əritmək

əritmək sözünün fransız dilinə tərcüməsi

əritmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. цӀурун, цӀурурун; yağ əritmək гъери цӀурун; mum əritmək мум цӀурурун; 2. гьял авун, иливарун; 3. пер. цӀурурун, ише тефидай мал жуьреба-жуьре рекьералди ише ракъун, маса гун; 4. пер. яхунарун; яхун хьуниз, зайиф хьуниз, агатуниз себеб хьун; 5. пер. регъуь авун; 6. пер. яваш-яваш квадарун; 7. рах. харж авун, харжун, серф авун (пул).

    Azərbaycanca-ləzgicə lüğəti / əritmək

"əritmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əritmək nədir? #əritmək sözünün mənası #əritmək nə deməkdir? #əritmək sözünün izahı #əritmək sözünün yazılışı #əritmək necə yazılır? #əritmək sözünün düzgün yazılışı #əritmək leksik mənası #əritmək sözünün sinonimi #əritmək sözünün yaxın mənalı sözlər #əritmək sözünün əks mənası #əritmək sözünün etimologiyası #əritmək sözünün orfoqrafiyası #əritmək rusca #əritmək inglisça #əritmək fransızca #əritmək sözünün istifadəsi #sözlük