ərimək sözü azərbaycan dilində

ərimək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ərimək • 94.2857%
  • ƏRİMƏK • 2.8571%
  • Ərimək • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2011 •••••••••••• 0.09
2012 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

ərimək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir. Yağ əriyir. – Dağ başında qala var; Əriməyib hələ qar. (Bayatı). Ocağın yaxınlığındakı qar yığınları yavaş-yavaş əriyirdi. Ə.Vəliyev. Əridi, töküldü hər tərəfdə qar; Söylədim, xoş gəldin, bahar, ay bahar! M.Dilbazi. // Yanaraq azalmaq. Şam əriyir. – Eləmi yağ əridi; Piltədə yağ əridi. (Bayatı). [Turxan bəy:] Bir şam yanıb, əriyib də sönmək üzrə ikən. Xəyala sığmaz bir şiddət göstərir. H.Cavid. 2. Məhlulun içində həll olmaq. Şəkər çayın içində əridi. Duz suyun içində əridi. Toz dərman məhlulun içində əridi. 3. məc. Arıqlamaq, zəifləmək, sınıxmaq. Xəstə gündən-günə əriyir. Yazıq bir həftənin içində əridi. – Qarı baxdı ki, əvvəlki şahzadə Mütalibdən bir ad qalıb. Elə əriyib ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir. (Nağıl). [Böyükxanım:] Dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur. M.S.Ordubadi. [Çəpəl:] Qız, bu nə gündür, sınıxıb əriyibsən? Mir Cəlal. □ Əriyib çöpə (muma, şama) dönmək, əriyib mum (çöp) olmaq – son dərəcə arıqlamaq. Axır bu eşq odundan; Əriyib mum olmuşam. (Bayatı). [Mirzə Turab:] Mən sizin dərdinizi çəkməkdən əriyib çöpə döndüm. B.Talıblı. [Yaqub] burada onsuz da əriyib şama dönmüşdü. S.Vəliyev. Şam (mum) kimi ərimək – gündən-günə arıqlamaq. 4. məc. Utanmaq, xəcalət çəkmək. Heç ərimirsən? Sənin yerinə mən əriyirəm. – Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən. S.Vurğun. 5. məc. Yavaş-yavaş yox olub getmək, çəkilmək, çəkilib-getmək, itib-getmək, duyulmaz olmaq. Zülmət əridi. Qaranlıq əriyir. – Qanadlar yavaş-yavaş əriyib axırda tamam yox oldular. “Koroğlu”. Hamı sakit durub xortdanın əriyib məhv olmasını gözləyirdi. B.Talıblı. Gecənin nə cür əridiyindən xəbər tutmayaraq birdən səhərin soyuq nəfəsini hiss etdik. Ə.Məmmədxanlı. 6. məc. dan. Ürəyinə yatmaq, ləzzət almaq, həzz almaq, valeh olmaq. 7. məc. dan. Cürbəcür yollarla işə verilmək, satılmaq. Bu yollarla çox mallar əridi.

    Azərbaycan dilinin izahlı lüğəti / ərimək

ərimək sözünün etimologiyası

  • 1 Əsli örümək kimi olub. Od sözünün sinonimi kimi ört (öt) kəlməsi də işlə­dilib, ütmək, ütü, ərimək kimi sözlər həmin örü feili əsasında yaranıb və istilik anlamı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ərimək

ərimək sözünün sinonimləri (yaxın mənalı sözlər)

ərimək sözünün rus dilinə tərcüməsi

  • 1 1. таять, раствориться, растопиться; 2. плавиться; 3. перен. стыдиться;

    Azərbaycanca-rusca lüğət / ərimək
  • 2 глаг. 1. таять, растаивать, растаять: 1) превращаться в жидкое состояние под действием тепла, влаги. Yağ əriyir масло тает, buz əriyir лёд тает, qar əriyir снег тает 2) перен. постепенно исчезать, становиться незаметным. Zülmət əridi тьма растаяла, gecə əridi ночь растаяла 3) уменьшаться, уменьшиться, сгорая (о свече). Şam əriyir свеча тает 4) перен. постепенно расходуясь, приходить, прийти к концу. Pullar əriyir деньги тают, mal-dövlət əriyir богатство тает 5) перен. приходить, прийти в умиленное состояние. Onun qarşısında o saat əridi перед нею он сразу растаял 6) перен. худеть, чахнуть от болезни, горя. Xəstə günü-gündən əriyir больной тает изо дня в день, dərddən ərimək таять от горя 2. растворяться, раствориться. Şəkər çayın içində əriyir сахар растворяется в чае, duz əridi соль растворилась 3. плавиться, расплавляться, расплавиться (нагреваясь, сделаться жидким). Gümüş əriyir серебро плавится 4. рассасываться, рассосаться (об опухолях, синяках и т.п.). Şiş əridi опухоль рассосалась ◊ əriyib çöpə dönmək исхудать, превратиться в щепку, əriyib yerə girmək nədən провалиться сквозь землю от чего; şam kimi ərimək сгорать как свеча; ürəyinin yağı ərimək томиться ожиданием, yağ kimi ərimək таять, млеть (от любви взгляда и т.п.)

    Azərbaycanca-rusca lüğət / ərimək

ərimək sözünün inglis dilinə tərcüməsi

ərimək sözünün fransız dilinə tərcüməsi

ərimək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. цӀурун (мес. жив, мум); 2. жими затӀунин къене гьял хьун, акахьун, цӀурун (мес. кьел, шекер); 3. пер. яхун хьун, зайиф хьун, агатун; əriyib çöpə (muma, şama) dönmək, əriyib mum(çöp) olmaq) цӀрана кьал (шем) хьиз хьун, гзаф яхун хьун; şam (mum) kimi ərimək шем (мум) хьиз цӀурун, югъ-къандивай яхун хьун; 3. регъуь хьун, хажалат чӀугун; 4. пер. яваш-яваш квахьна фин, алатна фин (мес. мичӀивал, йиф); 5. пер. рах. рикӀи чӀугун, лезет къачун, гьейран хьун; 6. пер. рах. жуьреба-жуьре рекьералди ише ракъурнаваз хьун, маса ганваз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / ərimək

ərimək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#ərimək nədir? #ərimək sözünün mənası #ərimək nə deməkdir? #ərimək sözünün izahı #ərimək sözünün yazılışı #ərimək necə yazılır? #ərimək sözünün düzgün yazılışı #ərimək leksik mənası #ərimək sözünün sinonimi #ərimək sözünün yaxın mənalı sözlər #ərimək sözünün əks mənası #ərimək sözünün etimologiyası #ərimək sözünün orfoqrafiyası #ərimək rusca #ərimək inglisça #ərimək fransızca #ərimək sözünün istifadəsi #sözlük