girmək sözü azərbaycan dilində

girmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • girmək • 99.2982%
  • Girmək • 0.4211%
  • GİRMƏK • 0.2807%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

girmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Daxil olmaq, içəriyə keçmək (çıxmaq əksi). Evə girmək. Otağa girmək. Qapıdan girmək. – Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. [Mərcan bəy:] A gədə, qoçaq, mən səni çağırmayınca sən bu otağa girmə! Ü.Hacıbəyov. Bağa girmənəm sənsiz; Gülü dərmənəm sənsiz… (Bayatı). 2. Sığmaq, yerləşmək. Əlim əlcəyə girmir. 3. Çatmaq, yetişmək, daxil olmaq. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. Tehrana girənə qədər Gülnaz da, Səriyyə də Musa kişini, Firidunu tapacaqları ümidi ilə yaşayırdı( lar). M.İbrahimov. 4. Başlamaq, başlanmaq, gəlmək, daxil olmaq. Qış girdi. Yaz girdi. – Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi. 5. Bir yerdə gizlənmək, bir şeylə örtünmək. Günəş buludun dalına girdi. – Açıqlıqdan keçdi, kömür qədər qara və müzlüm görünən qamışlığa girdi. H.Nəzərli. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim. 6. Yatmaq üçün yorğan-döşəyə uzanmaq. Yorğan-döşəyə girmək. – Gəldim, soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Ə.Haqverdiyev. Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn. 7. Daxil olmaq (bir təşkilata, işə, məktəbə və s.-yə). İşə girmək. Məktəbə girmək. İnstituta girmək. – [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim. 8. Batmaq, keçmək. [Aslanın] iki böyük dəmir parçası qarnına girmiş, bağırsaqlarını çölə tökmüşdü. Ə.Vəliyev. 9. məc. Girişmək, başlamaq. 10. məc. Bir şeylə örtünmək. …Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gərçi girsə bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif. 11. Yuyunmaq, çimmək üçün bir şeyin içinə, ya bir yerə daxil olmaq. Suya girmək. Çaya girmək. – Hovuza girən qaşqabaqlı çıxmazdı, həmişə şad, nurani, pak-pakizə olardı. Çəmənzəminli. [Həsənqulu bəy:] Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? Ü.Hacıbəyov. 12. Soxulmaq. Adamların içinə girmək. 13. Dolmaq (adətən “yaşa, yaşına” sözü ilə). 10 yaşa girmək. – [Vəzir:] Sən on dörd yaşına girdiyin zaman; Ərəb ölkəsinə göndərdi atan. A.Şaiq. Bir neçə ay bundan qabaq; Girmişdi o doqquz yaşa. M.Dilbazi. 14. məc. kob. Pul, çəki və s. haqq-hesabında aldatmaq. 15. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: başına girmək, beyninə girmək, yuxusuna girmək, qoluna girmək.

    Azərbaycan dilinin izahlı lüğəti / girmək

girmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 girişmək — soxulmaq — batmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / girmək
  • 3 1. GİRMƏK İçəri altmış yaşlı, .. arıq bir qadın girdi (H.Abbaszadə); AYAQ BASMAQ [Ülfət:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızım oğurlayıb (Mir Cəlal); DAXİL OLMAQ Biz həyətə daxil olanda nəhəng köpək dartınıb daha da qəzəblə hürdü (İ.Əfəndiyev); DOLMAQ (məc.) Zəng vuruldu, qonaqlar zala dolub öz yerlərində oturdular (A. Şaiq); İÇƏRİ KEÇMƏK Bəybura çadırına çatıb atdan düşdü, içəri keçdi (Anar); KEÇMƏK Qarı mən sarıdan arxayın olub, öz otağına keçdi (M.Hüseyn); SOXULMAQ (zorla girmək) Bir azdan jandarmlar evi əhatə etdilər. İçəriyə soxulub aramağa başladılar (S.S.Axundov); TƏPİŞMƏK (məc.) Onlar başılovlu Kəlbiyevin kabinetinə təpişdilər (M.Hüseyn). 2. GİRMƏK (ali və ya orta məktəbə) [Natiq:] Men bildir girdim instituta.. (Anar); DAXİL OLMAQ Qəndab: Qəsəbədə açılan fəhlə gənclər məktəbinə daxil olmuşdum (B.Bayramov). 3. GİRMƏK (yaşa dair) [Vəzir:] Sən də on dörd yaşına girdiyin zaman; Ərəb ölkəsinə göndərdi atan (A.Şaiq); DOLMAQ (adətən yaşa, yaşına sözü ilə) Elə mərd oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoymuşdu (Ə.Məmmədxanlı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / girmək

girmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. входить, заходить, вступать, въезжать; 2. поступить; 3. врезаться, 4. лезть, входить; 5. садиться, стягиваться, оседать (о ткани) 6. наступать (о времени года);

    Azərbaycanca-rusca lüğət / girmək
  • 2 глаг. 1. входить, войти: 1) идя, двигаясь, проникнуть куда-л., в пределы чего-л. Otağa girmək входить в комнату, sinfə girmək входить в класс, içəriyə girmək войти вовнутрь, liftə girmək входить в лифт 2) проникнуть вглубь, внутрь чего-л. Dərinin altına girmək войти под кожу, dərinə girmək войти вглубь 3) вместиться во что-л., уместиться в чём-л. Şeylər çamadana girmir вещи не входят в чемодан 2. въехать, въезжать (едучи, вступить в пределы, внутрь чего-л.). Kəndə girmək въехать в село, şəhərə girmək въехать в город, həyətə girmək въехать во двор 3. наступать, наступить, начинаться, начаться (о времени). Bahar girdi наступила весна, yay girdi наступило лето, aprel girdi наступил апрель, Yeni il girdi наступил Новый год 4. поступать, поступить: 1) устраиваться, устроиться куда-л. İşə girmək поступить на работу 2) разг. зачисляться, быть зачисленным. Universitetə girmək поступить в университет, aspiranturaya girmək поступить в аспирантуру, hazırlıq kursuna girmək поступить на подготовительные курсы 5. врезываться, врезаться: 1) входить, войти режущей частью, острием; воткнуться чем-л. узким, острым. Qayıq quma girdi лодка врезалась в песок, kotan torpağa girdi плуг врезался в почву 2) налететь на что-л. Maşın binaya girdi машина врезалась в здание, avtomobil hasara girdi автомобиль врезался в забор 6. забираться, забраться (влезать, влезть, укрываться, укрыться где либо). Yorğanın altına girmək забраться под одеяло, yorğan-döşəyə (yatağa) girmək забраться в постель 7. прятаться, спрятаться куда-л., за что-л., заходить, зайти (о небесных светилах). Günəş buludların dalına girdi солнце спряталось за тучи 8. лезть, влезать, влезть, налезать, налезть: 1) сходить, сесть, садиться куда-л., во что-л. Suya girmək лезть в воду, vannaya girmək лезть в ванну, palçığa girmək лезть в грязь 2) карабкаясь, проникнуть, протиснуться внутрь чего-л. Yuvaya girmək влезть в нору, kabinəyə girmək влезть в кабину 3) забраться, попасть куда-л. тайком. Oğrular evə (mənzilə) girib воры влезли в квартиру 4) вместиться во что-л., уместиться в чём-л. Bu kitablar çantaya girmir эти книги не влезают в сумку 5) подходить, подойти по размерам (об одежде, обуви). ayaqqabı ayağına girmir обувь не влезает на его ногу, kostyum əyninə girmir костюм не налезает на него 9. разг. садиться, сесть (укорачиваться), сузиться от влаги (о материи, коже). Pencək girib пиджак сел, parça yuyulduqda girir ткань садится при стирке 10. вторгаться, вторгнуться, врываться, ворваться (насильственно войти). Özgə torpaqlarına girmək вторгнуться в чужие земли 11. пойти (начать идти – о возрасте). Uşaq yeddi yaşına girdi ребёнку пошёл седьмой год ◊ altından girib üstündən çıxmaq nəyin переворачивать, перевернуть вверх дном что; araya girmək посредничать, быть посредником между спорящими сторонами; разнять дерущихся; başıma (başına) girmir в голову не лезет; не укладывается в голове; beyninə girmir kimin см. başına girmir; ağlına girmir kimin не идёт на ум кому; boyunduruq altına girmək надевать, надеть себе хомут на шею, попасть под ярмо; bir qulağından girir (alır), o biri qulağından çıxır (çıxardır) в одно ухо входит, в другое – выходит; borca girmək влезать, влезть в долги; bu kol sən (o) girən kol deyil не твоего ума дело; qara yerə girəsən! (girsin!) чтоб ни дна тебе (ему) ни покрышки; qəlbinə girmək см. ürəyinə girmək; qulağına girmir kimin nə не действует на кого что; dona girmək маскироваться, надевать маску, притворяться; dondan-dona girmək менять маску; yerə girəsən см. qara yerə girəsən (выражение укора, проклятия); yerə girməyə hazır идим готов был провалиться сквозь землю; yuxusuna ilan-qurbağa girir kimin спит и видит кошмары, кому снятся кошмары; küpünə girmək пить мёртвую (чашу), пить запоем; gözə girmək: 1. стараться обращать, обратить на себя чьё-л. внимание; 2. быть бельмом в глазу у кого; gözünə yuxu girmir не засыпает; min dona (qəlibə, cildə) girmək см. dondan-dona girmək; qınına girmək уходить, уйти в свою скорлупу, прятаться, спрятаться; замыкаться, замкнуться в самом себе; rəngdən-rəngə girmək см. min dona girmək; cilddən-cildə girmək см. dondandona girmək; yükün altına girmək взваливать, взвалить на себя ношу; ürəyinə girmək kimin лезть в душу чью, кого, кому; əlaqəyə girmək kimlə 1. входить, войти в контакт с кем 2. входить, войти в переговоры с кем 3. входить, войти в связь с кем; işin içinə girmək входить, войти в курс дела; rola girmək входить, войти в роль; qılığına girmək kimin 1. входить, войти в сердце (душу) чьё, кого, к ому 2. подмазываться, подмазаться к кому; qurddan qorxan meşəyə girməz волков бояться – в лес не ходить; qoyun dərisinə girmiş qurd (canavar) волк в овечьей шкуре

    Azərbaycanca-rusca lüğət / girmək

girmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to enter, to go* in, to come* in; otağa ~ to enter the room, to go* into the room; limana ~ (gəmi) to sail / to steam into the port, to enter the harbour; əlaqəyə ~ to enter into relation (with); rola ~ to feel* at home in one’s role, to enter into one’s role; 2. to call (on), to drop in (at); instituta ~ (binaya) to call at the institute; (oxumaq üçün) to enter the institute; yolüstü ~ to drop in on the way / when passing by; O, dükana girməlidir He / She must look in at the shop; 3. to join (d.), to enter (d.); partiyaya ~ to join the party; vuruşa ~ to join battle; itttifaqa ~ to ally oneself (with), to enter into an alliance (with); 4. to go* to work (for), to join (d.), to enter (d.); universitetə ~ to join / to enter the university; məktəbə ~ to enter the school, to go* the school; işə ~ to go* to work; 5. to get* (into); suya ~ to get* into water; ◊ bir kəsin qəlbinə ~ to worm oneself into smb.’s confidence; ◊ gözə ~ to hang* round, to make* a nuisance of oneself; 6. (parça) to shrink

    Azərbaycanca-ingiliscə lüğət / girmək

girmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. entrer vi (ê), pénétrer vi ; ittifaqa ~ allier (s’) ; vuruşa ~ engager (s’) dans le combat ; işə ~ être embouché, -e ◊ bir kəsin qəlbinə ~ gagner la confiance de qn ; gözə ~ tâcher d’attirer l’attention sur soimême

    Azərbaycanca-fransızca lüğət / girmək

girmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гьахьун; ət ilə dırnaq arasına girmə. Ata. sözü якlунни кикен арада гьахьмир; // къенез фин; qapıdan girmək рикӀинай гьахьун; 2. гьатун, гьакьун, фин (мес. кӀвач чекмедиз); 3. агакьун, гьахьун (мес. фена са хуьруьз); 4. алукьун, атун, авалун, хьун; payız girdi зул алукьна (гьахьна); 5. акатун, фин (мес. рагъ циферин кьулухъ); 6. акахьун (мес. месик); гьахьун; suya girmək це гьахьун, цик акахьун; 7. экечӀун, гьахьун (мес. кӀвалахдал); 8. фин, акӀун, акьахун (мес. гъилиз цаз); 9. сух хьун, гьахьун (мес. инсанрин арада); 10. пер. эгечӀун, авалун; 11. пер. рах. пулунал, заланвилел ва мс. гьахъ-гьисабдал алцурарун; ** araya girmək кил. ara; başına girmək кьиле гьатун; dona girmək кил. don; ələ girmək кил. əl; gözə girmək кил. göz; qəlbinə girmək кил. qəlb; qılığına girmək кил. qılıq; qulağa girmək кил. qulaq; yerə girmək кил. yer; yuxusuna girmək кил. yuxu.

    Azərbaycanca-ləzgicə lüğəti / girmək

girmək sözünün türk dilinə tərcüməsi

"girmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#girmək nədir? #girmək sözünün mənası #girmək nə deməkdir? #girmək sözünün izahı #girmək sözünün yazılışı #girmək necə yazılır? #girmək sözünün düzgün yazılışı #girmək leksik mənası #girmək sözünün sinonimi #girmək sözünün yaxın mənalı sözlər #girmək sözünün əks mənası #girmək sözünün etimologiyası #girmək sözünün orfoqrafiyası #girmək rusca #girmək inglisça #girmək fransızca #girmək sözünün istifadəsi #sözlük