gəzmək sözü azərbaycan dilində

gəzmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gəzmək • 97.1352%
  • Gəzmək • 2.3277%
  • GƏZMƏK • 0.5372%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.30 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 ••••• 1.57
2004 •• 0.67
2005 •••• 1.35
2006 •••• 1.35
2007 •••• 1.48
2008 •• 0.73
2009 •••••••• 2.88
2010 •••••••••••• 4.18
2011 •••••••••••• 4.55
2012 ••••••••••••• 4.73
2013 •••••••••••••••••••• 7.59
2014 •••••••••••• 4.46
2015 ••••••••• 3.06
2016 ••••••••• 3.12
2017 •••••••• 2.76
2018 •••• 1.20
2019 ••••••• 2.36
2020 ••••••• 2.65

gəzmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yerimək, dolaşmaq. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya kəndi gəzmirik? C.Cabbarlı. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Ümumiyyətlə, hərəkət etmək, hərəkətdə olmaq. – Yenə açılmağa az qalıb səhər; Gəzir buludları keşik çəkənlər. M.Rahim. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman. 2. Var-gəl etmək, o baş-bu başa gedibgəlmək; gəzişmək, gəzinmək. Eyvanda gəzmək. Həyətdə gəzmək. 3. Səyahət etmək, hər yeri dolaşmaq. O, bir çox ölkələri gəzmişdir. – [Sənubər:] Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır. B.Bayramov. 4. Seyrə çıxmaq, gəzintiyə getmək. Vaxtilə qadınlar cümə günləri ziyarət adı ilə [Pirvənzəriyə] gəzməyə gedərdilər. H.Sarabski. 5. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa etmək. Muzeyi gəzmək. Xan sarayını gəzmək. – O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn. 6. Bir şeyi axtarmaq, hər yerə baxmaq. Kitabların arasını gəzmək. Şkafı gəzmək. – [Bayram:] Ağa, bir sözümə qulaq as, mən bu yaxınlıqda ov gəzirdim. M.F.Axundzadə. [Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. Ü.Hacıbəyov. // Axtarış aparmaq, axtarmaq. Polislər gəzir, hər yeri addım-addım eşələyir( dilər). S.Rəhimov. 7. Bir yerdən başqa yerə köçmək, çox yerə baş vurmaq. Kəndbəkənd gəzmək. – Çox gəzmişəm bu dünyanı oba-oba, oymaqoymaq; Kim istəyir bu neməti öz əlindən yerə qoymaq? S.Vurğun. 8. məc. Görüşmək, dostluq etmək, vaxt keçirmək, ünsiyyət bağlamaq. Oğlan qonşu qızı ilə gəzir. – Əlbəttə, Eyvazla gəzdiyini bilsə də, anası [Gülşənə] bir söz deməzdi, çünki bu, təsadüfi görüş idi. Ə.Vəliyev. // məc. Cinsi yaxınlıqda olmaq. Tiflisdə oxuduğu və xidmət etdiyi zaman … çox qızla gəzmiş. Ə.Abasov. 9. məc. Vaxtını kefdə, əyləncədə, əyyaşlıqda keçirmək. [Qurban Nənəxanıma:] Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən, oğul, vaxtında evə gəl?! Çəmənzəminli. [Gülcahan:] O gedib gəzəcək, mən sənin üçün evdə qalıb qulluqçuluq edəcəyəm? T.Ş.Simurq. 10. Keçmək, ötmək. Ay gəzər, il dolanar, şənbə düşər Novruza. (Ata. sözü). 11. Zahir olmaq, bir şeyin əlaməti görünmək, aşkar olmaq, özünü büruzə vermək. Dodağında təbəssüm gəzirdi. – Məsumənin sifətində zəhrimardan acı bir gülüş gəzdi. B.Bayramov. 12. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dillərdə gəzmək, əldə gəzmək, kənar gəzmək.

    Azərbaycan dilinin izahlı lüğəti / gəzmək

gəzmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. GƏZMƏK Nahar yeməyindən sonra onlar bir daha Mədain xərabələrini gəzdilər, sonra da Bağdada qayıtmaq üçün gəmiyə oturdular (M.S.Ordubadi); DOLANMAQ [Qəndab] asta-asta həyət-bacanı dolanır, bir kölgədə oturub Çingiz qağanın gətirdiyi yeni kitablarla dərdləşməyə başlayırdı (B.Bayramov); DOLAŞMAQ Onlar qayıdıb bir daha dolaşdılar (M.S.Ordubadi); GƏZİNMƏK Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman... (S.Vurğun); GƏZİŞMƏK Gəl çıxaq dağlara gəzişək, dalaq; Dövranımız kimi bəxtiyar olaq (M.Rahim); GİRLƏNMƏK Nəbi Naxçıvanda bir az girlənib, İsmayılın yerini öyrənməyə çalışırdı.. (“Qaçaq Nəbi”); SEYR ETMƏK (ELƏMƏK) Çıxalım Buzovnada kiçik qayalıqlara; Seyr edəlim bir ara.. (M.Müşfiq). 2. GƏZMƏK [Sənubər:] Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır (B.Bayramov); SƏYAHƏTƏ ÇIXMAQ Gündüz Gülüşə: Bax, baba, biz dünən məktəbdə uşaqlarla dünya səyahətinə çıxmışdıq (C.Cabbarlı). 3. gəzmək bax 1. axtarmaq; 2. gəzinmək 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / gəzmək

gəzmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 GƏZMƏK I f. Seyr etmək, dolanmaq. Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır (B.Bayramov). GƏZMƏK II f. Axtarmaq. Onu jandarmalar gəzir dörd dövrə (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / gəzmək

gəzmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. гулять, разгуливать, прогуливаться, расхаживать; 2. изъездить, объездить; 3. кататься;

    Azərbaycanca-rusca lüğət / gəzmək
  • 2 глаг. 1. ходить: 1) обладать способностью, быть в состоянии двигаться, делая шаги. Xəstə artıq gəzir больной уже ходит 2. совершать движение в разных направлениях. Mağazaları gəzmək ходить по магазинам, küçələri gəzmək ходить по улицам, hər yeri gəzmək ходить всюду, qar üstündə gəzmək ходить по снегу 3) быстро двигаться по какой-л. поверхности (о чём-л.). Əlləri kağızın üstündə yavaş-yavaş gəzirdi руки медленно ходили по бумаге 4) переходить от одного к другому. Məktub əldən ələ gəzirdi письмо ходило по рукам, söz gəzir ходят слухи, şöhrəti ölkəni gəzir ходит слава чья по стране 5) носить что-л., быть одетым во что либо. Çanta ilə gəzmək ходить с сумкой, çətirlə gəzmək ходить с зонтиком; ayaqyalın gəzmək ходить босиком, corabsız gəzmək ходить без чулок, eynəkdə (eynəkli) gəzmək ходить в очках, başıaçıq gəzmək ходить без головного убора, qısa yubkada gəzmək ходить в короткой юбке 6) находиться, пребывать в каком-л. состоянии, настроении и т.п. Kefli gəzmək ходить пьяным, qanıqara gəzmək ходить не в настроении; subay gəzmək ходить холостяком 2. обходить, обойти: 1) проходить, пройти по всему пространству чего-л.; побывать всюду. Bütün bağı gəzmək обойти весь сад, ev-ev gəzmək обходить дома, kənd-kənd gəzmək обходить сёла, bütün Respublikanı gəzmək обойти всю Республику 2) побывать поочередно у всех, у каждого. Qonşuları gəzmək обойти соседей 3) в сочет. со словами gen, uzaq и т.п. избегать, сторониться кого-л., чего-л. Gen (aralı) gəzmək обходить стороной, uzaq gəzmək (yan gəzmək) kimdən, nədən обходить стороной кого, что, сторониться кого, чего 3. ездить (двигаться, перемещаться по суше или воде при помощи каких-л. средств передвижения). Maşında gəzmək ездить на машине, at belində gəzmək ездить на лошади верхом, Avropanı gəzmək ездить по Европе 4. объезжать, объездить, объехать: 1) пользуясь каким-н. средством передвижения, побывать всюду, во многих местах. Dünyanı gəzmək объехать (весь) мир, Qafqazı gəzmək объехать (весь) Кавказ 2) пользуясь каким-л. средством передвижения, побывать поочерёдно у всех, у каждого, всюду, где нужно. Obyektləri gəzmək объехать объекты, tanışları gəzmək объехать знакомых, sahələri gəzmək объехать участки 5. гулять, погулять: 1) ходить, не торопясь, для отдыха, удовольствия, прогуливаться. Parkda gəzmək гулять в парке, bulvarda gəzmək гулять на бульваре, meşədə gəzmək гулять в лесу, gəzməyə aparmaq брать гулять, gəzməyə çıxmaq выйти гулять; cüt gəzmək гулять вдвоём 2) перен. перемещаться в разных направлениях, беспрепятственно распространяться. Qrip gəzir гуляет грипп 3) быть свободным от работы, занятий. İşsiz gəzmək гулять без работы, boş-bekar gəzmək гулять без дела 4) простореч. kimlə находиться в близких, любовных отношениях. Qızla gəzmək гулять с девушкой, onlar gəzirlər они гуляют 6. искать (стараться найти, обнаружить). Mən səni gəzirdim я искал тебя, şkafın içini gəzmək искать в шкафу 7. осматривать, осмотреть (обходя и рассматривая, ознакомиться с чем-л.). Zavodu gəzmək осмотреть завод, muzeyi gəzmək осмотреть музей 8. промелькать, промелькнуть (едва заметно обнаруживаться, слегка проявляться). Üzündə bir təbəssüm gəzdi на его лице промелькнула улыбка 9. пробегать, пробежать (бегло просмотреть, прочитать про себя). Gözləri sətirləri gəzdi пробежал глазами строчки 10. в сочет. nə gəzir? откуда что-л. у кого-л.?: 1. обозначает причину перемены места чего-л. Bu kitab onda nə gəzir? откуда у него эта книга? 2. указывает на отсутствие чего-л. у кого-л., где-л.; обозн.: нет, не имеется. Məndə pul nə gəzir? откуда у меня деньги? ◊ alnıaçıq gəzmək ходить с гордо поднятой головой; açıq gəzmək не прятаться от кого-л.; qapı-qapı gəzmək ходить по миру; по дворам (нищенствовать, побираться); dillərdə gəzmək быть притчей во языцех; qarış-qarış gəzmək nəyi, haranı изойти вдоль и поперёк

    Azərbaycanca-rusca lüğət / gəzmək

gəzmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to walk, to have* / to take* a walk, to be* out for a walk; 2. to walk about, to stroll about; 3. to travel all over, to have* a trip / journey; dünyanı ~ to travel all over the world; 4. to roll, to roll about; (miniklə) to drive* about; (atla) to ride; 5. (axtarmaq) to look for (d.)

    Azərbaycanca-ingiliscə lüğət / gəzmək

gəzmək sözünün fransız dilinə tərcüməsi

gəzmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къекъуьн, экъуьн; bağda gəzmək багъда къекъуьн; çılpaq gəzmək кьецӀилдаказ къекъуьн; muzeyi gəzmək музейда къекъуьн; 2. пер. дуствал авун, авсият хуьн, къекъуьн (мес. гада рушахъ галаз); 3. алатун, алатна фин, акъатун (мес. варз); 4. са затӀунин лишанар акун, винел акъатун, ашкара хьун (мес. пӀузаррал хъвер).

    Azərbaycanca-ləzgicə lüğəti / gəzmək

gəzmək sözünün türk dilinə tərcüməsi

"gəzmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gəzmək nədir? #gəzmək sözünün mənası #gəzmək nə deməkdir? #gəzmək sözünün izahı #gəzmək sözünün yazılışı #gəzmək necə yazılır? #gəzmək sözünün düzgün yazılışı #gəzmək leksik mənası #gəzmək sözünün sinonimi #gəzmək sözünün yaxın mənalı sözlər #gəzmək sözünün əks mənası #gəzmək sözünün etimologiyası #gəzmək sözünün orfoqrafiyası #gəzmək rusca #gəzmək inglisça #gəzmək fransızca #gəzmək sözünün istifadəsi #sözlük