* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq. Asta-asta getmək. İti getmək. Piyada getmək. Yolla getmək. Yanınca getmək. // Bir yerdən başqa yerə varmaq. Şah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin… M.F.Axundzadə. [Kərbəlayı Qubad:] Gedirəm Sijimqulu bəyin yanına. Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsində hərəkət etmək. Qatarla getmək. Araba ilə getmək. Kəndə atla getmək. // Bir yerə gedərkən birisinə yoldaşlıq etmək. Qardaşı da onunla şəhərə getdi. // Başqa yerə varmaq üçün olduğu yerdən ayrılmaq, yola düşmək, istiqamət almaq. Xaricə getmək. Bağa getmək. Dənizə getmək. – Əziz Kamalı anasına tapşırıb cəbhəyə getdi. S.Rəhman. // Eyni mənada nəqliyyat vasitələri haqqında. Qatar gecə gedir. Təyyarə saat 6-da gedir. // Olduğu yeri tərk etmək, oradan çıxıb getmək. Evdən getmək. Şəhərdən getmək. Dərsdən getmək. İclasdan yarımçıq getmək. – [Oğlan] getmək istəyir, zəng çalınır, Sona gəlir. H.Nəzərli. 2. Başqa bir yerə köçmək, yaşayış yerini dəyişmək. Yaylağa getmək. – İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kəpəgir dağında yaylağa gedəsi idilər. C.Məmmədquluzadə. 3. Keçmək, ötmək, keçib getmək. Xiyabanla getmək. 4. dan. Özünə sənət, peşə seçmək, bir işin dalınca varmaq. Həkimliyə getmək. Müəllimliyə getmək. – Heç bilmirəm, niyə xalq bu tərtəmiz qələm işinə getdi, sən bu gilkərpic işinə. S.Rəhimov. 5. Yolda, hərəkətdə olmaq (göndərilən şey haqqında). Təyyarə Bakıdan Daşkəndə neçə saata gedir? 6. Cərəyan etmək, vaqe olmaq, davam etmək. Sinifdə dərs gedir. Məşğələ yaxşı gedir. – …Çarpışma konsullar yerləşən məhəllələrdən çox uzaqda gedirdi. M.S.Ordubadi. Bu qayda ilə ata ilə oğul arasında söhbətlər gedir. S.Rəhimov. Çöldə qızğın biçin gedirdi. S.Rəhman. 7. Yaxınlaşmaq, az qalmaq. Günəş batmağa doğru gedirdi. M.İbrahimov. 8. Bitmək, qurtarmaq, ötmək, keçmək, sona çatmaq. Ömür getdi. Cavanlıq getdi. – Qış getdi, bahar oldu; Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq [Xurşud:] Gün gedib, aylar dolandı, padşahım gəlmədi. Ü.Hacıbəyov. Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Çəmənzəminli. // Yox olmaq, əldən çıxmaq. İt də getdi, ip də. (Məsəl). 9. Lazım olmaq, çatmaq, sərf olunmaq. Xalata 5 metr parça gedir. – Bir quyunun qazılmasına gedən vaxtın yarıdan çoxunu başqa işlər aparır. M.İbrahimov. // Ehtiyacı ödəmək, bəs olmaq, görmək. Bu palto üç il gedər. // Xərclənmək, sərf edilmək, işlənmək. Bu qədər pul hara getdi? 10. Tamaşaya qoyulmaq, göstərilmək. Operada nə gedir? “Azərbaycan” kinoteatrında “Koroğlu” filmi gedir. – Bu axşam dram teatrında “Sevil” tamaşası gedirdi. S.Rəhimov. 11. Aparıb çıxarmaq (yol haqqında). Bu yol Göy gölə gedir. 12. məc. Ölmək, dünyanı tərk etmək. Mən gedərəmsə məramım genə dünyadə durar. M.Ə.Sabir. Ey könül, bu acı hisslərdən əl çək? İnsan bir gün gəlmiş, bir gün gedəcək. M.Müşfiq. 13. Evlənmək, ərə getmək. [Şahsənəm:] Ana, razı olun, gedim Qəribə; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. [Nazlı:] Dadaş, and olsun Allaha, mən Mirbağır ağaya getməyəcəyəm. C.Məmmədquluzadə. [Sənəm:] Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi? Ü.Hacıbəyov. 14. Bir ünvana göndərilmək, çatdırılmaq. Məktub Moskvaya gedəcək. – [Nərgiz Səməndərə:] Həmin bu kitab instituta gedəcək, … mühafizə olunacaqdır. B.Bayramov. 15. məc. Rəvac olmaq, satılmaq. Mal yaxşı gedir. 16. Axmaq, cərəyan etmək (maye haqqında). Evin dalından su gedirdi. 17. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: fikrə getmək, xəyala getmək, rəngi getmək, əldən getmək. ◊ Getsin gəlməsin – təkrar olunması arzu edilməyən hadisə və ya bir iş haqqında söylənir. Ağır günlər getsin gəlməsin. – [Kəblə Məhəmməd:] Ay usta, o illər getsin gəlməsin! Yadıma salma. Mənim də başıma az iş gəlmədi. Çəmənzəminli. Az getdi, üz getdi, dərə, təpə düz getdi… – Azərbaycan nağıllarında “çox getmək” mənasında işlədilir. get-gedə bax getdikcə. [Zeynal] getgedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. Muxtar get-gedə narahat olur, hətta darıxmağa başlayırdı. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / getmək3 1. GETMƏK [Kərim baba:] Tüfəngimi götürüb getdim (A.Şaiq); AZİM OLMAQ (kl.əd.) Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfüləşrəf şəhərinə azim olacaq (C.Məmmədquluzadə); ÇIXMAQ Azər şəhərə çıxdı (Ə.Kərim); DABAN ALMAQ (fr.v.) Qəndab: Ancaq ayaqlarım getmir, qəhər məni boğurdu. Ayrı əlac yox idi. Asta-asta daban aldım (B.Bayramov); DƏYMƏK (məc., dan.) Həmid: Mehmanxanada yerimi öyrənib əvvəlcə limana dəyəcəkdim (H.Abbaszadə); İRƏLİLƏMƏK Və bir-birinin ardınca düzülmüş dörd maşın qaranlıqda ağır-ağır irəliləyirdi (İ.Əfəndiyev); İTİLMƏK (dan.) Əbdürrəhman bəy: A gedə, Əbdürrəhim, sən atayın goru tez bir çubuq ver, durum itilim buradan (N.Vəzirov); RƏDD OLMAQ (dan., vulq.) Əl çək yaxamızdan, itil, idbar dilənçi! Rədd ol qapımdan, ağlama zar-zar dilənçi! (M.Ə.Sabir); TƏRPƏNMƏK Nərgiz: Tez ol ata, deyəsən anagilin dəstəsi tərpənir.. (Ə.Məmmədxanlı); ÜZ QOYMAQ Onlar yolun ortası ilə məhkəmə binasına sarı üz qoydular (H.Abbaszadə); VARMAQ Odur ki, bu ayrılıq çağında mən varıram; Atamın daxmasına tək səni aparıram (M.Rahim); YERİŞ ETMƏK Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi (N.Nərimanov); YOL ALMAQ Səhər tezdən biz Sabir sovxozuna yol aldıq (İ.Əfəndiyev); YOL BAŞLAMAQ Səba xanım Əfıfəyə mehribancasına bir razılıq verdi; əlindən tutub yelkənə çıxardı və şəhərin qərb tərəfinə yol başladılar (M.S.Ordubadi); YOL ETMƏK (ELƏMƏK) İlyas qəmli bir halda qəbrin üzərindən qalxdı, qəbiristandan çıxıb Xanəgah kəndinə doğru yol elədi (M.S.Ordubadi); YOLA DÜŞMƏK ...Alo yola düşdü (S.Rəhimov); YOLA DÜZƏLMƏK Ayazlı, şaxtalı bir qış axşamı; Yeddi yoldaş olub, yola düzəldik (S.Vurğun); YOLA RƏVAN OLMAQ Şeylər furqona qoyulduqdan sonra rəfiqəm əlvida edərək furqona mindi və “sümsükut” orucunu tutub yola rəvan oldu (S.S.Axundov); YOLLANMAQ Zəhra çadrasız qapıdan çıxıb hara isə yollandı (M.İbrahimov); YÖNƏLMƏK Qəmər ..qıvrılıb açılan cığır ilə kəndə yönəldi (S.Rəhimov). 2. getmək bax yerimək 3. getmək bax ölmək
Azərbaycan dilinin sinonimlər lüğəti / getmək1 GETMƏK – QAYITMAQ İndi ikisi də sübh açılandan gedib, bir də qaş qaralanda qayıdır (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / getmək2 глаг. 1. идти: 1) передвигаться, перемещаться в пространстве; пойти. Piyada getmək идти пешком, suya getmək идти за водой, arxasınca getmək kimin, nəyin идти за кем-л., за чем, sürətlə getmək идти быстро, yorğa getmək идти рысью; tələsmədən getmək идти не спеша, asta getmək идти медленно, qatar şərqə gedir поезд идёт на восток, məktublar gec gedir письма идут долго, sahillə getmək идти берегом, meşə ilə getmək идти лесом, küçə ilə getmək идти по улице 2) направляться, направиться, отправляться, отправиться с какой-л. целью; пойти. Gəzməyə getmək идти гулять 3) приступать, приступить к какой-л. службе, деятельности, вступать, пойти куда-л. Oxumağa getmək идти, пойти учиться, əsgər getmək идти в солдаты, könüllü getmək идти добровольцем, sağıcı getmək пойти в доярки 4) перен. следовать, двигаться, развиваться в каком-л. направлении. Demokratiya yolu ilə getmək идти по пути демократии, hər şey yaxşılığa doğru gedir всё идёт к лучшему, hansı yolla getmək lazımdır? каким путём надо идти? 5) разг. находить сбыт, быть покупаемым (продаваться по той или иной цене). Yaylıqlar ucuz gedir платки идут за бесценок, şalvar yaxşı gedir брюки идут хорошо 6) вести куда-л., выходить (о входе, дороге и т.п.). Bu yol hara gedir? куда идёт эта дорога? 7) иметь место, происходить, совершаться. İmtahan gedir идёт экзамен, iclas gedir идёт заседание, döyüş gedir идёт бой, sinifdə dərs gedir в классе идёт урок, hazırlıq gedir идёт подготовка 8) ставиться, показываться. Yeni tamaşa gedir идёт новый спектакль, film gedir идёт фильм 9) иметь течение, ход (с обстоятельственными словами). İşlərin necə gedir? Как идут (твои) дела? Alver yaxşı gedir торговля идёт хорошо 10) быть готовым, склонным к чему-л.; пойти Ölümə gedir он идёт на смерть, на гибель, risqə getmək идти на риск 11) предназначаться, использоваться, употребляться для чего-л. İxraca getmək идти на экспорт, təmirə getmək идти на ремонт 12) получаться, ладиться, спориться. İş yaxşı gedir работа идёт хорошо 13) вступать, вступить в брак (о женщине). Ərə getmək идти (выходить) замуж, kimə gedir? за кого идёт? 14) разг. делать, сделать, ход в игре; пойти. İndi sən gedirsən? теперь ты идёшь? piyada ilə getmək шахм. идти пешкой 15) иметь что-л. своим содержанием, предметом, касаться кого-л., чего-л. Söhbət nədən gedir? о чем идёт разговор? mübahisə gedir идёт спор 2. ходить (то же, что идти – о движении повторяющемся, совершающемся в разных направлениях и в разное время). Ova getmək ходить на охоту, məktəbə getmək ходить в школу, uşaq bağçaya gedir ребёнок ходит в садик 3. уходить, уйти: 1) покинуть какое-л. место, отправившись куда-л. İşə getdi он ушёл на работу, evdən getdi он ушёл из дому, iclasdan getdi он ушёл с собрания, dərsdən getdi он ушёл с урока, icazəsiz getdi он ушёл без разрешения 2) оставлять, оставить какое-л. занятие, службу, учёбу и т.п. İşdən getmək уйти с работы, zavoddan getdi он ушёл с завода 3) умереть. aramızdan getdi ушёл от нас, həmişəlik getdi ушёл навсегда 4) тратиться, расходоваться, использоваться на что-л. Pul ərzağa getdi деньги ушли на продукты, pul biletə getdi деньги ушли на билет 5) потребоваться на что-л. (о времени). Vaxtı söhbətə getdi время у него ушло на разговоры, vaxtı oxumağa getdi время у него ушло на учёбу; bu işə neçə il getdi? сколько лет ушло на эту работу 6) погружаться, опускаться, проникать в глубь чего-л. Dərinə getdi ушёл вглубь, suyun altına getdi ушёл под воду 4. проходить, пройти: 1) протекать, протечь, миновать (о времени, о событиях). Ömür getdi жизнь прошла, qış getdi зима прошла 2) разг. пролегать, пролечь, протягиваться, протянуться в каком-л. направлении (о дороге, туннеле и т.п.). Evin dalından dəmir yolu gedir за домом проходит железная дорога, buradan yol gedəcək здесь пройдёт дорога 5. ехать (двигаться, перемещаться по суше или воде при помощи каких-л. средств передвижения). Gəmi ilə getmək ехать на пароходе, qatarla getmək ехать на поезде (поездом), avtobusda getmək ехать на автобусе (автобусом) 6. уезжать, уехать (отправляться куда-л., пользуясь какими-л. средствами передвижения), ехать. Sabah Gəncəyə gedirəm завтра уезжаю (еду) в Гянджу; в сочет. xəyala getmək (dalmaq) замечтаться, погрузиться в мечты; güzəştə getmək kimə идти, пойти на уступки кому; компромися (qarşılıqlı güzəştlərə) getmək пойти на компромисс; zidd getmək kimə, nəyə идти, пойти против кого, чего; köməyə getmək kimə, nəyə идти, пойти на помощь к ому; zəhləsi getmək: 1. kimdən не переваривать кого; 2. nədən не любить, не терпеть чего; fikrə getmək задумываться, задуматься; предаваться, предаться думам; könüllü getmək идти, пойти добровольно ◊ belə getməz так не пойдет; özündən getmək падать, упасть в обморок; gözünə yuxu getmir kimin не может заснуть кто; не спится кому; gedə bilərsən (bilərsiniz) можешь идти, уйти (можете уходить); əldən getmək: 1. kim üçün дрожать над чем; 2. сильно любить кого; 3. лишаться, лишиться кого-л., чего-л. Malı əldən getdi (он) лишился богатства, evi əldən getdi (он) лишился дома; dadı damağından getmir не может забыть вкус чего; belə getsə, … если так пойдёт, … qurban getmək становиться, стать жертвой; üz tutub getmək hara направиться куда; брать, взять направление куда; əldənayaqdan getmək см. əldən getmək; əlliayaqlı getdi пропал бесследно, без следа; baş göturub getmək уйти куда глаза глядят; yola getmək kimlə уживаться, ужиться; жить, работать совместно, в согласии с кем; yola getməmək kimlə не уживаться с кем, xoş getdin! скатертью дорога (говорится уходящему в знак того, что в его присутствии не нуждаются); salamat get доброго пути; getsin gəlməsin nə не дай бог повториться ч ему; упаси Господи; dərin getsin kimi чтобы провалился кто; it də getdi, ip də всё потеряно; остался ни с чем
Azərbaycanca-rusca lüğət / getmək1 f. 1. to go*; to walk; qol-qola ~ to walk arm-in-arm; işə ~ to go* to work; kəşfiyyata ~ hərb. to go* on reconnaissance; ova ~ to go* shooting, to go* hunting; 2. (baş çəkmək) to go* to see (d.), to attend (d.), to visit (d.); teatra ~ to go* to the theatre; məktəbə ~ to go* to school; (oxumaq) to attend school; mühazirəyə ~ to attend lectures; O hər gün onlara gedir He / She visits them every day; 3. (çıxıb getmək, yola düşmək) to leave*, to go* away / off, to depart, to start; işdən ~ to leave* work; vəzifədən ~ to leave* one’s post, to resign one’s post; səhnədən ~ to leave* stage, to retire from the stage; Qatar saat 5-də gedir The train leaves / starts / departs at 5
Azərbaycanca-ingiliscə lüğət / getmək1 f. 1) aller vi (ê), partir vi (ê) ; qolqola ~ aller bras dessus bras dessous ; 2) visiter vt, rendre (se) auprès de qn, fréquenter qn ; 3) partir vi, quitter vt
Azərbaycanca-fransızca lüğət / getmək1 гл. 1. фин; piyada getmək ях(ди) фин, кӀвачи-кӀвачи фин; rəngi getmək ранг фин, ранг алахьун; 2. фин, рекье гьатун; гьерекат авун, юзун; avtobus saat üçdə gedir автобус сятдин пудаз физва; 3. экъечӀна фин; куьч хьун, авай чка дегишун; yaylağa getmək яйлахдиз фин; 4. пер. кьин, дуьньядилай куьч хьун; 5. гъуьлуьз фин; 6. хъфин; ** getsin gəlməsin фин хьуй, хтун тахьуй (мад хъхьана кӀанзавачир пис кардикай рахадамаз).
Azərbaycanca-ləzgicə lüğəti / getmək